Məhkəmə qərarları › İş №2(050)-729/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-729/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-729/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1n xx.xx.2013-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X6 xx.xx.1959-cu ildə anadan olmuşdur. Lakin keçirmiş olduğu xəstəliydən atası X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. X1 Masallı rayon Şıxlar kənd qəbirsanlığda dəfn eləmişlər. Mərhum atası X6 xx.xx.2013-cü ildə vəfat edərkən Masallı rayon mərkəzi xəstəxansına bu barədə məlumat verə bilməmişdir. Buna görə atasının ölümü qeydiyyata alınmamış qalmışdır. Buna görə də Maraqlı şəxs mərhum X1n barəsində ölüm haqqında şəhadətnamə verə bilməmişdir. Hazırda mərhum atası X6 ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində ona lazım olduğundan onu əldə edə bilməmişdir. Odur ki, mərhum atası X6 xx.xx.2013-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, mərhumla qonşu olmuşdur. X6 12 avqust 2013-cü ildə Masallı rayonu Şıxlar kəndində ölmüşdür. Mərhum Masallı rayonu Şıxlar kənd qəbristanlığında dəfn edilmişdir. O da, Əlövsətin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, mərhumla bir kənddə yaşamışdır. X6 12 avqust 2013-cü ildə Masallı rayonu Şıxlar kəndində ölmüşdür. Mərhum Masallı rayonu Şıxlar kənd qəbristanlığında dəfn edilmişdir. O da, Əlövsətin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Şıxlar kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 414 nömrəli arayışda qeyd olunmuşdur ki, X6 xx.xx.2013-cü ildə ölmüş və Masallı rayonu Şıxlar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X6 ilə X8 arasında 02 oktyabr 1982-ci il tarixdə Masallı rayon Yeddioymaq ərazi nümayəndəliyində 45 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nağıyeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 05/Q-192 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 12 avqust 2013-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 05 mart 1960-cı ildə Masallı rayonu Şıxlar kəndində doğulmuş X3 12 avqust 2013cü ildə Masallı rayonu Şıxlar kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar