Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-730/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu mərhum əri xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, əri X5 xx.xx.2010-cu ildə vəfat etmiş və Masallı rayon Boradigah qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Mərhum əri vəfat edərkən təcili tibbi yardıma məlumat verilməmişdir. Buna görə ölümü qeydiyyata alınmamışdır. Bu səbədən də Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ölüm haqqında şəhadətnamə bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu başqa cür əldə edə bilmir. Odur ki, mərhum əri X2 xx.xx.2010-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı X2 arvadıdır. Mərhum qardaşı X5 xx.xx.2010-cu tarixdə vəfat etmiş, Masallı rayon Boradigah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı arvadıdır. Mərhum dayısı X5 xx.xx.2010-cu tarixdə vəfat etmiş, Masallı rayon Boradigah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, X5 ilə 02 fevral 1960-cı ildə doğulmuşdur. Nikahın haqqında arayışdan görünür ki, X5 ilə X1 arasında 20 dekabr 1987-ci il tarixdə bağlanmış, 80 nömrə ilə qeydə alınmış nikah qeydi var. Nikah bağlandıqdan sonra ərə (arvada) Kazımov (a) soyadı verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 827 saylı arayışdan görünür ki, Ərizəçi mərhum əri X5 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və Masallı rayon Boradigah qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məzar daşının foto şəkilindən görünür ki, X3 xx.xx.1960-cı il tarixdə doğulması və xx.xx.2010-cu il tarixdə ölməsi qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X5 xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.2010-cu ildə vəfat etmiş və Masallı rayon Boradigah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 xx.xx.2010-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, xx.xx.2010-cu il tarixdə ölmüş X2 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə doğulmuş X2 xx.xx.2010-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsininə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-730/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-730/2023
13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver