Məhkəmə qərarları › İş №2(050)-774/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-774/2024

13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-774/2024 13.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı Masallı rayou Böyiik Xocavar kənd sakini X5 21 iyul 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı Masallı rayonu Böyük Xocavar kənd sakini, X5 21 iyul 2021-cü il tarixdə yaşadığı evində ürək çatışmamazlığından vəfat etmişdir. Həmin vaxt ölüm faktı ilə bağlı Masallı rayonu qeydiyyat şöbəsinə müraciət edə bilməmişlər və ölümü təsdiq edən şəhadətnamənin əldə edilməsi mümkün olmamışdır. Qızı kənd qəbirasmtanlığında dəfn olunmuşdur. Qızının ölümündən 3 ildən çox vaxt keçsədə, o, qeydiyyat idarəsinə və kənd ərazi nümayəndəliyinə müraciət etmişdir. Lakin ölüm şəhadətnaməsinin əldə olunması mümkün olmamışdır. Qızı 21 iyul 2021-ci ildə vəfat etsə də, həkim rəyi olmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümü faktının qeydi başqa yolla mümkün deyildir. Bu səbəbdən də ölümün qeydi mümkün olmamışdır. Mərhum qızı Raidə Mənəfova 21 iyul 2021-ci ildə vəfat etsə də, həkim rəyi olmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə qızının ölümü faktının qeydi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi və mərhum onun həmkəndiləridir. X5 21 iyul 2021-ci ildə ölmüşdür. Mərhum Masallı rayonu Böyük Xocavar kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfin və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi və mərhum onun həmkəndiləridir. X5 21 iyul 2021-ci ildə ölmüşdür. Mərhum Masallı rayonu Böyük Xocavar kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun dəfin və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-73/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, X5 barəsində Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İş materiallarında olan Masallı RİHB-nin Banbaşı kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 34 nömrəli arayışda qeyd olunmuşdur ki, X5 21 iyul 2021-ci il tarixdə Masallı rayonu Böyük Xocavar kəndində vəfat etmiş və Masallı rayonu Böyük Xocavar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 3-16-5/8-243-2023 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X5 29 may 1981-ci ildə Masallı rayonu Banbaşı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 21 iyul 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 29 may 1981-ci ildə Masallı rayonu Banbaşı kəndində doğulmuş X2 21 iyul 2021-ci ildə Masallı rayonu Böyük Xocavar kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar