Məhkəmə qərarları › İş №2(050)-781/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-781/2025

27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-781/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, iddia ərizəsində tələb etdiyi qızılzinət əşyaları (sep 583 əyyar 20 qram 1700 manat, qolbaq 583 əyyar 5 qram 430 manat, komplekt üzük-sırğa 583 əyyar 8 qram 680 manat, brilyant qaşlı nişan üzüyü 585 əyyar 5 qram 450 manat, üzük 583 əyyar 3 qram 250 manat, klon 585 əyyar 2 qram 170 manat) cavabdeh tərəfindən ona verilmişdir. Gəələcəkdə qızıllara dair cavabdeh və digər şəxslərə qarşı iddia və tələbi olmayacaqdır. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin onun tərəfindən məhkəməyə iddia ərizəsi üzrə İddiaçı tərəfindən ondan tələb edilən qızıl-zinət əşyalarının (sep 583 əyyar 20 qram 1700 manat, qolbaq 583 əyyar 5 qram 430 manat, komplekt üzüksırğa 583 əyyar 8 qram 680 manat, brilyant qaşlı nişan üzüyü 585 əyyar 5 qram 450 manat, üzük 583 əyyar 3 qram 250 manat, klon 585 əyyar 2 qram 170 manat) iddiaçıya təhvil verməsinə dair ərizə ünvanlanmışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz № **********) 60 manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz № **********) 60 (altmış) manat dövlət rüsumu geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar