Məhkəmə qərarları › İş №2(050)-786/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-786/2023

24.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-786/2023 24.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə. Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 21 yanvar 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL-00146 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 və 10 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 70 manat, cəmi 140 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşdur. Nikahlarını 2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2016-cı ildə X4 və 10 may 2018-ci ildə X5 adlı uşaqları olmuşdur. Xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(050)-2998/2018 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Ayrıldıqdan sonra Rasim uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Rasim ilə 21 yanvar 2023-cü ildə mediasiya prosesində MŞL-00146 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay hər bir uşağa 70 manat, cəmi 140 manat alimenti ona ödəyəcəkdir. Aliment hər ayın 01-i günü ödənilməlidir. Lakin Rasim barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi alimenti ona ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 21 yanvar 2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL-00146 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 xx.xx.2016-cı ildə, X5 10 may 2018-ci ildə doğulmuşlar. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(050)-2998/2018 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah qeydi pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli, MŞL-00146 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs faktiki nikaha girərək ailə qurmuşdur. Nikahlarını 2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016cı ildə X4 və 10 may 2018-ci ildə X5 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 29 noyabr 2018ci il tarixli, 2(050)-2998/2018 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Hazırda uşaqlar analarının yanında yaşayırlar. Tərəflər ayrıldıqdan sonra uşaqların atası Maraqlı şəxs iki nəfər yetkinlik yaşına çatmayan uşaqlara baxmamış, uşaqların saxlanılması üçün onların gündəlik təlabatlarını qarşılamamışdır. İkinci tərəf Maraqlı şəxs saziş imzaladıqdan sonra birgə faktiki nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüldü X4 və 10 may 2018-ci il təvəllüldü X3 yetkinİik yaşına çatana kimi hər ay hər bir uşağa görə 70 manat, iki uşağa görə cəmi 140 manat alimenti birinci tərəfə ödəyəcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 14 fevral 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 21 yanvar 32023-cü il tarixli, MŞL-00146 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2016-cı il təvəllüldü X1 və 10 may 2018-ci il təvəllüldü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar