Məhkəmə qərarları › İş №2(050)-840/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-840/2025

07.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-840/2025 07.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 30 sentyabr 2024-cu ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2024- 00821 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından olan uşaqları - 18 may 2022-ci il təvəllüdlü X1 alınıb ona verilməsi, həmçinin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat iddiaçının xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 2021-ci ilin yanvar ayının 31-də faktiki ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə 18 may 2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Təxminən 6 aydır ki, ayrı yaşayırlar. Maraqlı şəxs uşağın saxlanmasına köməklik etmədiyindən iddiaçı bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə 30 sentyabr 2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00821 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş 18 may 2022-ci il təvəllüdlü X3 onun yanında saxlanılmalı, Maraqlı şəxs həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 15-dən 28-dək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməlidir. Lakin Maraqlı şəxs barışıq sazişini ötən ilin sentyabr ayının 30-da imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə 30 sentyabr 2024-cü ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2024-00821 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək 30 sentyabr 2024-cu ildə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, uşaq ona verilsə anasının heç ona alimenti də, lazım deyil. Ananın istənilən vaxt uşağı görməyinə də, icazə verər, lazım gəlsə aparıb saxlaya da, bilər. Uşağı barışıq sazişindən sonra anaya vermiş, lakin ana bir müddət sonra uşağı ona qaytararaq Bakı şəhərinə getmişdir. Hal-hazırda uşağı anasına vermir. Uşaq onda qaldığı üçün aliment ödəmir, yalnız bir dəfə ödəmişdir. Uşağın onda qalmasını istəyir. Qeyd olunanlara əsasən barışıq sazişinin təsdiqinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil bildirdi ki, tərəflər faktiki nikaha daxil olaraq bir övladları dünyaya gəlmiş və Göytəpə qəsəbəsində yaşamışlar. Tərəflərin münasibəti pisləşdiyindən ana uşağı atıb atası evinə getmişdir. Barışıq sazişinin heç bir əhəmiyyəti də, yoxdur, elə bir inistut da, yoxdur. Qız Vüqara bildirmişdir ki, onun anası ilə birlikdə yaşamaq istəmir. Ona görə də, Vüqar rayonda ona ayı 150 manata ev tutmuşdur. Barışıq sazişini də, həmin vaxt bağlamışlar ki, uşaq anada qalsın və demişdir ki, hər ay aliment ödəyəcəkdir. Bundan 10 gün sonra qız özü gətirib uşağı ona vermişdir ki, özü Bakıya yaşamaga gedir, burda sərbəst yaşaya bilmir, anası ilə də, münasibəti pozulmuşdur. Uşağı 5 aydır ki, atıb atasının yanına çıxıb getmişdir. Təxminən 1 həftə əvvəl Göytəpə polisində iş olanadək ana uşağı ilə maraqlanmamışdır. Uşaq atanın özündədir, uşağa özü baxır. Barışıq sazişinin təsdiqi əsasızdır. Bugünki gün qız işləmir, Bakıda yaşayır, bibisigildə qalır, uşağı saxlamağa yeri yoxdur. Ərizəçinin öz anası ilə münasibəti yoxdur, lakin bugün anası bura gəlmişdir. Oğlanın isə evi və işi var, valideynləri ilə bir evdə yaşayır. Qeyd olunanlara əsasən barışıq sazişinin təsdiqinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 sentyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00821 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflərin birgə uşağı 18 may 2022-ci il təvəllüdlü X3 anası 2-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində aliment müəyyən edilir; 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 1-ci Tərəf Maraqlı şəxs 2024-cü ilin oktyabr ayının 15-dən 28-dək və gələn hər növbəti ayın 15-dən 28-dək olan müddət ərzində 100 (yüz) manat məbləğində alimenti 2-ci Tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür; 1-ci Tərəf Maraqlı şəxs uşaqlarla ünsiyyətdə olmaq məqsədi ilə sazişin imzalandığı gündən hesablanmaqla, gələn ilk bazar günündən başlayaraq, gələn hər növbəti ayın bazar günləri saat 10:00-da 18 may 2022-ci il təvəllüdlü X2 anası 2-ci Tərəf Ərizəçi təhvil alıb özü ilə aparır və həmin gün saat 19:00-da geri qaytararaq anasına təhvil verir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən 18 may 2022-ci il təvəllüdlü X1 anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilməli, 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində aliment müəyyən edilməli və 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2024cü ilin oktyabr ayının 15-dən 28-dək və gələn hər növbəti ayın 15-dən 28-dək olan müddət ərzində 100 (yüz) manat məbləğində alimenti Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 sentyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00821 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “tərəflərin birgə uşağı 18 may 2022-ci il təvəllüdlü X3 anası 2-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində aliment müəyyən edilir; 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci Tərəf Maraqlı şəxs 2024-cü ilin oktyabr ayının 15-dən 28-dək və gələn hər növbəti ayın 15-dən 28-dək olan müddət ərzində 100 (yüz) manat məbləğində alimenti 2-ci Tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadının 44-cü bəndində qeyd olunmuşdur ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Həmin qərardadın 45-ci bəndində qeyd edilmişdir ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Qərardadın 47-ci bəndində göstərilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Qərardadın 49-cu bəndində qeyd edilmişdir ki, bəzi hallarda məhkəmə barışıq sazişini təsdiq edərkən əqdin tərəflərinin iradəsinin təşəkkül tapmasına səbəb olan (məhkəmədən kənar) halları prosessual baxımdan yoxlamaq imkanında olmur. Bu vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: əqdin tərəfinin aldadıldığını, yaxud vacib əhəmiyyətli yanılmaya düşdüyünü özünün də bilməməsi, yaxud onu saziş bağlamağa məcbur edən hədənin hələ davam etməsi səbəbindən bu barədə məhkəməyə məlumat verməməsi və s.. Bu kimi halların mövcudluğuna baxmayaraq, görünən və yoxlanılan şərtlər əsasında sazişin imzalanması və təsdiqi, eləcə də razılaşma mətninin məhkəmə aktına daxil edilməsi, tərəfin qüsurlu davranışı, hakimin prosessual pozuntuya yol verməsi və səhv qərardad çıxarması kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə aktının ləğv edilməsi üçün prosessual hüquqi əsas mövcud olmur. Məhkəmə Maraqlı şəxs 30 sentyabr 2024-cü il tarixli barışıq sazişinin etibarsız olması ilə bağlı dəlilinə məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadında qeyd olunmuş mövqeni nəzərə almaqla qeyd edir ki, hazırda barışıq sazişini təsdiqlənməsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir və maraqlı şəxsin barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinə ümumi qaydada baxıla bilər. Barışıq sazişinin tamamlanması prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 sentyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00821 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “tərəflərin birgə uşağı 18 may 2022-ci il təvəllüdlü X3 anası 2-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində aliment müəyyən edilir; 18 may 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci Tərəf Maraqlı şəxs 2024-cü ilin oktyabr ayının 15-dən 28-dək və gələn hər növbəti ayın 15-dən 28-dək olan müddət ərzində 100 (yüz) manat məbləğində alimenti 2-ci Tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür”. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar