Məhkəmə qərarları › İş №2(050)-844/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-844/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-844/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizədə göstərdiyi tələbini dəyişdirərək, mərhum əri 01 may 1949-cu ildə doğulmuş X2 13 noyabr 2016-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1949-cu ildə Masallı rayonu Qızılağac kəndində anadan olmuş həyat yoldaşı X6 ilə 1974-cü ildə toy edib el adəti ilə evlənmişlər. Rəsmi nikahlarını xx.xx.1974-cü ildə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.1975-ci il tarixdə iki əkiz övladları Şahid1 və X5 dünyaya gəlmişlər. O, X6 ilə təxminən 40-45 il əvvəl iki ilə yaxın müddətdə Türkmənistan Respublikasında yaşamış, sonra o, qeyri-rəsmi olaraq başqa bir qadınla yaşamağa başlamış və Türkmənistan Respublikasından çıxıb Ukrayna Respublikasına getmişdir. Belə bir vəziyyətdə o, 1975-ci ildə iki uşağını da götürüb Azərbaycana doğulduğu Masallı rayonu Qızılağac kəndinə qayıtmışdır. Həmin kənddə yaşamaqla uşaqlarını tək başına böyüdüb boya-başa çatdırmışdır. Həmin vaxtdan hal-hazıradək X4 görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. X6 aralarında olan nikah isə formal olaraq qalmışdır. Sonradan eşitmişdir ki, (yaxın qohumlarından), X6 8-10 il əvvəl Ukrayna Respublikasının Xarkov şəhərində ölmüşdür. O, hazırda X3 ölümü ilə bağlı sənədləri əldə edə bilmir. Ukrayna Respublikasının Rusiya Federasiyası ilə aralarında gedən müharibə Ukrayna Respublikasının Xarkov şəhərindən də yan keçməmişdir. Hazırda da həmin müharibə bitməmiş, davam etməkdədir. Hətta bitmiş olsa da, belə X1 (mediyadan) aldıqları məlumatlara (televiziyada göstərilənlərə) əsasən Xarkov şəhəri baş vermiş müharibə nəticəsində ciddi ziyan çəkmişdir. Bir çox binalar, eləcədə dövlət əhəmiyyətli binalar dağıdılmış, mərmi düşməsi nəticəsində yanaraq məhv olmuşdur. Bu səbəbdən də onun ölümü ilə bağlı məlumatları əldə etmək mümkün deyildir. O, öz mülkiyyəti barədə sərəncam verə bilmir. Şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin, doğum faktınının müəyyən edilməməsinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Yenidən doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə bununla əlaqədar Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə mərhum ərinin doğum faktı müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərinin 13 noyabr 2016-cı il tarixdə Xarkov şəhərində öldüyünü, orada dəfn edildiyini, lakin ölümü ilə bağlı qeydiyyat aparılmadığından ərinin həmin tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum X7 onun qardaşı olmuşdur. O, ailəsindən ayrıldıqdan sonra Ukrayna Respublikasının Xarkov şəhərində yaşamışdır. Orada sonradan ailə də qurmuşdur. Onunla həmişə əlaqəsi olmuşdur. Onun ikinci ailəsindən bir oğlu da olmuşdur, həmin oğlu da vəfat etmişdir. Özü isə 13 noyabr 2016-cı ildə Ukraynada vəfat etmişdir. O, vəfat edərkən Ukraynaya gedib onun dəfn mərasimini keçirmiş, Ukraynada Xarkov şəhərində müsəlman qəbiristanlığında vəfat etmiş oğlunun qəbrinin yanında dəfn edilmişdir. Sonradan kəndə qayıdıb onun üçün ehsan vermişdir. Mərhum qardaşı vəfat etməmişdən az müddət əvvəl onların yaşadığı kəndə gəlib bir müddət qalmışdır. O, kəndə gəldiyi vaxt xəstə idi. Getdikdən sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum X7 onun atası olmuşdur. O, atasını cəmi bir dəfə təxminən 8 il əvvəl görmüşdür. Onların ataları ilə əlaqələri olmamışdır. Lakin, ataları bir dəfə kəndə gələrkən onu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum X7 onun atası olmuşdur. O, atasını cəmi bir dəfə təxminən 8 il əvvəl görmüşdür. Onların ataları ilə əlaqələri olmamışdır. Lakin, ataları bir dəfə kəndə gələrkən onu görmüşdür. Atası kəndə gələrkən xəstə olmuşdur. Sonradan Ukraynaya qayıtdıqdan sonra vəfat etmişdir. O, vəfat edərkən əmisi Nayıb Ukraynaya gedib dəfn mərasimində iştirak etmişdir. 01 aprel 2025-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum X7 onun həmkəndlisi olmuşdur. Onu uşaqlıq vaxtdan tanımışdır. Bir müddət sonra o, ailəsindən ayrılmış və Ukraynaya getmişdir. Təxminən 10 ilə yaxın müddətdir ki, Qadir vəfat etmişdir. O, vəfat edərkən qardaşı Nayıb Ukraynaya getmişdir. Onun cənazəsini Azərbaycana gətirə bilməmiş və orada dəfn etmişdir. Sonradan onun ailəsinə Qadirin ölməsi ilə bağlı başsağlığı da vermişdir. Həmçinin Qadir vəfat etdiyinə görə kənddə ehsan da verilmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi nikahlarını 18 iyul 1974cü il tarixdə, 13 nömrəli akt qeydi ilə, Masallı rayon Qızılağac kənd sovetində rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Abıyev (a) soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, Şahid1 və X5 xx.xx.1975-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuşlar. Onların atası X6, anası Ərizəçidır. Masallı RİHB-nın Qızılağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 may 2024-cü il tarixli, 312 saylı arayışından görünür ki, X7 onun yaxın qohumlarının verdiyi məlumata əsasən 8 ilə yaxındır ki, Ukrayna Respublikasının Xarkov vilayətində rəhmətə getmiş və dəfn olunduğu ünvan məlum deyildir. Masallı Rayon Məhkəməsinin 2(050)-3582/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X2 xx.xx.1949-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində doğulması faktı müəyyən edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X7 01 may 1949-cu ildə doğulmuş, 13 noyabr 2016-cı ildə vəfat etmiş, Ukrayna Respublikasının Xarkov vilayətində yerləşən qəbirstanlığda dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 13 noyabr 2016-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X2 13 noyabr 2016-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 may 1949-cu ildə doğulmuş X2 13 noyabr 2016-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar