Məhkəmə qərarları › İş №2(050)-851/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-851/2024

09.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-851/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-01904 saylı banşıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs dörd nəfər, xx.xx.2007-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2005-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2007-ci ildə X10, xx.xx.2010cu ildə X8, xx.xx.2022-ci ildə X4, xx.xx.2023-cü ildə X9 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Rasim uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Rasim ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01904 saylı barışıq sazişi imzalanmışdır. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşıb ki, Maraqlı şəxs dörd nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, cəmi 320 manat alimenti ona özü ödəyəçəkdir. Lakin Rasim barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-01904 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs dörd nəfər, xx.xx.2007-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2022-ci il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X6 arasında 25 otyabr 2005-ci il tarixdə Masallı rayon İHB-nin Banbaşı ərazi nümayəndəliyində 41 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Bayramov soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 18 dekabr 2007-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X17 05 oktyabr 2010-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 03 yanvar 2022-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 02 iyul 2023-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli, MŞM/MT014/MŞL-01904 nömrəli Barışıq Sazişindən görünür ki, Təraflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2007-ci ildə X10, xx.xx.2010-cu ildə X8, xx.xx.2022-ci ildə X4, xx.xx.2023-cü ildə X9 anası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. İkinci tərəf Maraqlı şəxs barışıq sazişi imzaladıqdan sonra xx.xx.2007-ci ildə X10, xx.xx.2010-cu ilidə X8, xx.xx.2022-ci ildə X4, xx.xx.2023-cü ildə X9 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat aliment pulunu pulunu anaları Ərizəçi ödənilməsinə öhdəlik götürür. Alimentin hesablanması 2023-cu ilin avqust ayının 10-dan başlamaqla har ayın 10-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödayacəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 10-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 29 yanvar 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 04 avqust 2023-cü il tarixli, MŞM/MT014/MŞL-01904 nömrəli barışıq sazişi təsdiq edilsin. 10 avqust 2023-cü ildən başlayaraq Maraqlı şəxs 18 dekabr 2007-ci il təvəllüdlü X7, 05 oktyabr 2010-cu il təvəllüdlü X2, 03 yanvar 2022-ci il təvəllüdlü X1, 02 iyul 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 80 manat olmaqla, dörd uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar