Məhkəmə qərarları › İş №2(050)-862/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-862/2025

10.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-862/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00079 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər xx.xx.2021 -ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay bir uşağa göra 80 manat, iki uşağa görə cəmi 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətlər düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Soltanağa uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentän ödənilməsi ilə bağlı mediasiya müraciət etmişdir. Soltanağa ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00079 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat alimenti ona özü ödəyəçəkdir. Lakin Soltanağa barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00079 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alımentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, 07 mart 2021-ci il təvəllüdlü X1 və 07 mart 2021-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. 18 yanvar 2025-ci il tarixli, MŞL/MT014/2025-00079 saylı barışıq sazişində görünür ki, Maraqlı şəxs bu sazişi imzalamaqla 07 mart 2021-ci il təvəllüdlü X1 və 07 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat aliment pulunu anası Ərizəçi ödəyəcəyini öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin yanvar ayının 25-dən başlamaqla, hər ayın 25-də pul və ya bank köçürülməsi yolu ilə birinci tərəf Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin yanvar ayındən başalayaraq hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 30 yanvar 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 18 yanvar 2025-ci il tarixli, MŞL/MT014/2025-00079 saylı barışıq sazişi təsdiq edilsin. 25 yanvar 2025-ci ildən başlayaraq Maraqlı şəxs 07 mart 2021-ci il təvəllüdlü X1 və 07 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, iki uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar