Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-863/2025 07.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Rahim qızının (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rahim qızı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-00069 saylı barışıq sazişinin təsdiq edilməsini, Maraqlı şəxs 20 iyul 2019-cu il təvəllüdlü X3 və 02 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 20 iyul 2019-cu il təvəllüdlü X3 və 02 may 2021-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞL/MT014/2023/MŞL-00069 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat, cəmi 180 manat aliment ödəməlidir. Alimentin hesablanması 2025-ci ilin yanvar ayının 25dən başlamaqla, hər ayın 25-də gün ərzində icra etməli idi. Lakin, Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-00069 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 20 iyul 2019-cu il təvəllüdlü X2 və 02 may 2021-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçi Rahim qızıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, 20 iyul 2019-cu il təvəllüdlü X2 və 02 may 2021-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs hesab edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2023/MŞL-00069 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 20 iyul 2019-cu il təvəllüdlü X3 və 02 may 2021-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 90 manat, cəmi 180 manat aliment pulunun Ərizəçi Rahim qızına ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin yanvar ayının 25-dən başlamaqla, hər ayın 25-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi tam imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndləri məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Rahim qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2023/MŞL-00069 saylı barışıq sazişinin aşağıda göstərilən bəndləri - hissəsi məcburi icra üçün təsdiq edilsin: - Maraqlı şəxs saziş imzalandıqdan sonra 20 iyul 2019-cu il təvəllüdlü X3 və 02 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat olmaqla, iki uşaq üçün 180 manat sabit pul məbləğində alimenti Ərizəçi Rahim qızına ödəməsinə öhdəlik götürür. -Alimentin hesablanması 2025-ci ilin yanvar ayının 25-dən başlamaqla, hər ayın 25də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və bank vasitəsi ilə ödəniləcəkdir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-863/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-863/2025
07.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver