Məhkəmə qərarları › İş №2(050)-864/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-864/2025

10.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-864/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Ərizəçi, Maraqlı şəxs ilə faktiki nikah münasibətlərinə daxil olmuş və birgə yaşadıqları müddətdə xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqlar anadan olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Vüqar uşağa baxmadığından və uşağın xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Vüqar ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00080 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 90 manat alimenti özü ödəyəcəkdir. Lakin Vüqar barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. İddiaçının tələbi: Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00080 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, iki uşağa görə cəmi 180 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞL/MT014/2025-00080 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişində göstərilir: Tərəflər, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: Maraqlı şəxs bu sazişi imzalamaqla xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 90 manat, cəmi 180 manat sabit məbləğdə aliment pulunu Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürür. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2020-ci ildə, X5 xx.xx.2023-cü ildə anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, AZ-İ № 478796 saylı şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2020-ci ildə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli AZ-İ № 465376 saylı şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü ildə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşağa 90 manat, cəmi 180 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL/MT014/2025-00080 saylı, 18 yanvar 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar