Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-866/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 07 iyul 2022-ci ildə mediasiya prosesində bağladıqları MŞL-00401 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 10 fevral 2007-ci il il təvəllüdlü X6 və 08 may 2011-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 09 oktyabr 2005-ci ildə X4, 10 fevral 2007-ci ildə X6 və 08 may 2011-ci ildə X5 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən 17 mart 2020-ci il tarixdə məhkəmə qətnaməsi ilə ayrılmışlar. Ayrıldıqdan sonra Bayram uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığmdan alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Bayram ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00401 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh fərdi əməklə məşğul olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat alimenti ona özü ödəyəçəkdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladığları vaxtdan bir iki dəfə ödəsə də, sonradan sazişi icra etməkdən yayınmışdır. Hazırda xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmış, hərbi xidmətdədir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00401 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 fevral 2020-ci il tarixli, 357/1, 357/2 və 357/3 saylı arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 09 oktyabr 2005-ci ildə X4, 10 fevral 2007-ci ildə X6 və 08 may 2011-ci ildə X5 adlı uşaqları anadan olmuşlar. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah 05 may 2020-ci il tarixdə ləğv edilmişdir. 08 iyul 2022-ci il tarixli, MŞL-00401 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 09 oktyabr 2005-ci il təvəllüdlü X4, 10 fevral 2007ci il təvəllüdlü X6 və 08 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşağa görə 80 manat, üç uşağa görə cəmi 240 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 15-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə olacaqdır.Barışıq sazişi 08 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 15 iyul 2022-cü ildən başlamaqla hər ayın 15-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 08 iyul 2022-ci il tarixli, MŞL-00401 nömrəli barışıq sazişi təsdiq edilsin. 10 fevral 2007-ci il təvəllüdlü X2 və 08 may 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 15 iyul 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-866/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-866/2024
09.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver