Məhkəmə qərarları › İş №2(050)-897/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-897/2024

12.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-897/2024 12.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə mediasiya prosesində Maraqlı şəxs ilə bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişinə əsasən aylıq 150 manat alimentin Maraqlı şəxs Fizuli oğlunun əmək haqqından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2-ci dərəcə əmək qabiliyyətsiz əlildir və səhhəti ilə əlaqədar olaraq heç bir yerdə işləmir. Maraqlı şəxs onun oğludur. xx.xx.2023-cü ildə Masallı rayon 1 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aliment tələbi ilə bağlı saziş bağlanmış, sazişə əsasən Maraqlı şəxs ona ayda 150 manat aliment verməyi barədə razılığa gəlinmişdir. Lakin sonradan Maraqlı şəxs aliment ödəməkdən imtina etmişdir. Barışıq sazişində qeyd edilmişdir ki, tərəflər bu sazişi imzaladıqdan sonra razılığa gəlirlər ki, saziş könüllü 10 təqvim günü ərzində icra edilməlidir və imzalandığı gündən məcburi xarakter daşıyır. Tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin elektron kabinet vasitəsilə ərizə verərək ərizəçianası Ərizəçi 2-ci qrup əmək qabiliyyətsiz əlil olduğu üçün Mediasiya Müraciət etmiş və ona aylıq 150 AZN məbləğində aliment ödənilməsi barədə onunla saziş bağlanmışdır. Lakin o, vaxtdı-vaxtında alimenti ödəmədiyinə görə Əmək haqqından tutulmasına və ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli, MŞM/MT 036/2023-00405 saylı barışıq sazişində göstərilir ki, 1.Əmək qabliyyəti olan yetkinlik yaşma çatmış övladlar maddi yardıma ehtiyac əmək qabiliyyəti olmayan valideynlərini saxlamğa və onları qayğı göstərməyə borcludurlar; 2. İkinci tərəf Maraqlı şəxs bu imzaladığdan sonra İİ-ci qurup əllil olan anası Ərizəçi hər ay 150 manat aliment ödəməyə razılıq vermişdir. Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Ərizəçi İİ dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər 150 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 02 fevral 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli, MŞM/MT 036/2023-00405 saylı barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq anası Ərizəçi ödənilsin. Alimentin tutulması 29 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar