Məhkəmə qərarları › İş №2(050)-90/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-90/2024

30.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-90/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək ona qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus Masallı rayonu, Babaser kəndində yerləşən 0,12 hektar zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsində inşa etdikləri qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilərək boşaldılması və ödədiyi 100 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 avqust 1948-ci ildə Masallı rayonu, Babaser kəndində anadan olmuş, sonradan Masallı rayonu, Türkoba kəndinə gəlin köçmüşdür. Hazırda Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayır. Dövlət tərəfindən ona 0.12 hektar kənd təsərrüfatlı torpaq sahəsi ayrılmışdır. Uzun illər həmin torpaq sahəsini əkib-becərmişdir. Torpaq sahəsinin onun mülkiyyətində olması barədə Daşınmaz Əmlak tərəfindən ona **********33 reyestr nömrəli çıxarış verilmişdir. Bir neçə il xəstəliyi ilə bağlı torpaq sahəsini əkib becərə bilməmişdir. Onun xəstəliyindən istifadə edən cavabdehlər onun torpaq sahəsini zəbt etmişlər. Cavabdehlər torpaq sahəsini zəbt etdiklərindən torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Qoca və xəstə olmasından istifadə edərək onun torpaq sahəsini bilə-bilə boşatmırlar. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh6 məhkəmə iclas zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözü gedən torpaq sahəsində böyük əziyyətlə tikdiyi yaşayış evi vardır. Həmin torpaq sahəsi ona 30 il bundan Masallı rayon İcra Hakimiəyyəti tərəfindən verilmişdir. O da həmin torpaq sahəsində yaşamaqla əkib-becərək ailəsini dolandırmış, maddi imkanı olmadığından sözü gedən torpaq sahəsinə dair sənəd düzəldə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********33 saylı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Masallı rayonu, Babaser kəndində 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, 223 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/623 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-44/2-04/2024 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayonu, Babaser kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli və **********33 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-04/2024 №-li mütəxəssis rəyinə əsasən, **********33 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh6 tərəfindən istifadə edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu plalnında həmin torpaq sahəsinin yerləşmə vəziyyəti, koordinatları və ölçüləri göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-04/2024 №-li mütəxəssis rəyinə əsasən, **********33 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X2 çəpəri daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********33 saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə Masallı rayonu, Babaser kəndində 0.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən həmkəndliləri Cavabdeh6 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq istifadə edirlər. İddiaçı cavabdehlərdən torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, ona həmin torpaq sahəsindən istifadə etməsinə və orada əkin işləri aparmağına imkan verməmişlər. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə müvafiq ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/623 saylı ekspert rəyinə əsasən həmin torpaq sahəsinin 0.12 hektar hissəsinin hazırda cavabdehlər Cavabdeh6 və ailə üzvlərinin faktiki istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılqlarının pozulması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Göründüyü kimi mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********33 saylı çıxarışa əsasən İddiaçı məxsus Masallı rayonu, Babaser kəndində yerləşən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh6 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı, torpaq sahəsində inşa etdikləri qanunsuz tikililər cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi cavabdehlərin hesabına əvvəlki vəziyyətinə gətirilib boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 191 manat cavabdehlərə aid edilməli, habelə cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********33 saylı çıxarışa əsasən İddiaçı məxsus Masallı rayonu, Babaser kəndində yerləşən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsınlar, torpaq sahəsində inşa etdikləri qanunsuz tikililər cavabdehlərin hesabına sökülsün və torpaq sahəsi cavabdehlərin hesabına əvvəlki vəziyyətinə gətirilib boşaldılaraq İddiaçı təhvil verilsin. Əlavə olaraq cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dövlət rüsumuna görə ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 191 manat, cəmi 291 (iki yüz doxsan bir) manat tutulub İddiaçı verilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar