Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-900/2024 12.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində bağlanmış MŞM/MT036/ 2023-00386 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, X2, X4, X5 və X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü 2023-cü il dekabr ayının 1-dən hesablanılmaqla hər ay hər bir uşaq üçün 50 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə toy edərək ailə həyatı qurmuş, rəsmi nikah 13 oktyabr 2011-ci il tarixdə bağlanmışdır. Həmin nikahdan xx.xx.2008-ci ildə X2, xx.xx.2011-ci ildə X4, xx.xx.2013-cü ildə X5 və xx.xx.2014-cü ildə X6 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pisləşmişdir. Aralarında olan nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların saxlanılması üçün dörd uşağa görə cəmi 320 manat aliment tutulmuşdur. Cavabdehin səhətində ciddi problemlər olduğundan aliment borcunu vaxtı-vaxtında ödəmək iqtidarında olmamışdır. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında alimentin azaldılması ilə bağlı razılığa gəlmişlər və bununla bağlı barışıq sazişi bağlanmışdır. Lakin iddiaçı aliment borcunu barışıq sazişi imzalandığı vaxtdan bu zamana qədər ödəməmişdir. Odur ki, həmin barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 22 dekabr 2023-cü il tarixli, MŞM/MT036/2023-00386 saylı barışıq sazişində göstərilir ki, tərəflər arasında uşaqların saxlanması üçün bir uşağa görə təyin edilmiş 80 manat sabit pul məbləğində alimetin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinə dair razılığa gəlinmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-107/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2011-ci il tarixdə bağlanmış nikah akt qeydi ləğv edilmiş, xx.xx.2008-ci ildə X2, xx.xx.2011-ci ildə X4, xx.xx.2013-cü ildə X5 və xx.xx.2014-cü ildə X6 anasının yanında saxlanmış və uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2008-ci ildə X2, xx.xx.2011-ci ildə X4, xx.xx.2013-cü ildə X5 və xx.xx.2014-cü ildə X6 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay hər uşaq üçün 50 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 02 fevral 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞM/MT036/ 2023-00386 saylı, xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyun olaraq xx.xx.2008-ci ildə X2, xx.xx.2011-ci ildə X4, xx.xx.2013-cü ildə X5 və xx.xx.2014-cü ildə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 22 dekabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-900/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-900/2024
12.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver