Məhkəmə qərarları › İş №2(050)-902/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-902/2023

28.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-902/2023 28.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL-01175 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimentin alınıb ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2008-ci ildə X10, xx.xx.2010-cu ildə X8 və xx.xx.2013-cü ildə X9 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqadan sonra cavabdeh uşaqlara baxmamış və uşaqların xərclərini qarşılamamışdır. Bu səbəbdən mediasiyaya müraciət etmişdir. xx.xx.2022-cü ildə mediasiya prosesində MŞL-01175 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat aliment ödəməsi barədə öhdəlik götürmüşdür. Alimentin ödənilməsi müddəti hər ayın 20-i müəyyən edilmişdir. Lakin aliment ödənilməmişdir. Odur ki, xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL- 01175 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs iddianı qəbul edərək, bildirdi ki, maddi imkanı olmadığı üçün müəyyən edilmiş alimenti ödəyə bilməmişdir. Yaxın zamanda onun ödənilməsini təmin edəcəkdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X1 arasında 23 avqust 2008-ci il tarixdə 40 nömrə ilə qeyd edilmiş nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2008-ci ildə Ərizəçi doğulmuş X7 atasıdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 anası Əliyeva (Məmmədova) Ramiyyə Mərdan qızı, atası Maraqlı şəxsdur. xx.xx.2022-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL-01175 saylı barışıq sazişində göstərilir ki, tərəflər Maraqlı şəxs və Ərizəçi xx.xx.2008-ci il tarixli nikahın davam etdirilməsinə razı olmadılar. Tərəflər xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 Ərizəçi yanında saxlanılmasına razılaşdılr. ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yasına çatması üçün saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimentin Ərizəçi ödəməsi barədə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 20-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin yanvar ayının 20-dən başalayaraq hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə 20 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2022-ci il tarixli, MŞL-01175 nömrəli barışıq sazişi təsdiq edilsin. 20 yanvar 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar