Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-906/2023 02.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01217 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-cı il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 230 manat, iki uşağa görə 460 manat alimentin, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqların müalicə xərci olaraq bir uşağa 80 manat, iki uşağa görə 160 manat müalicə xərcinin Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cü ildə X5 və xx.xx.2017-ci ildə X3 adlı iki nəfər uşaqları olmuşdur. Bir müddət yaşdıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra Sahil uşaqlara baxmamış və uşaqların xərclərini və təhsilli ilə bağlı xərclərini qarşılmamışdır. Sahil hazırda işləyir və aylıq gəliri vardır və Sahil ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01217 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 230 manat, cəmi 460 manat alimenti və iki nəfər uşaqların müalicələri üçün hər ay bir uşağa 80 manat, iki uşağın müalicəsinə 160 manat müalicə xərcini ona ödəyəcəkdir. Qeyd edilən məbləğin ödənilməsini isə hər ayın 01-də edəcəkdir. Lakin Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqdan sonra xəbər göndərdi ki, imkanı çatdığı qədər pulu ödəyəcəkdir. Halbu ki, Sahil barışıq sazişi imzalayanda hər ay 460 manat aliment və 160 manat müalicə xərci ona verəcəyinə söz vermişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01217 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 29 avqust 2014-cü il tarixdə Masallı RİHB-nin Kalinovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 04 oktyabr 2014-cü ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 26 dekabr 2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli, MŞL-01217 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 230 manat, iki uşağa görə 460 manat alimenti birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat, iki uşağa görə 160 manat müalicə xərcini birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 20 fevral 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 10 dekabr 2022-ci il tarixli, MŞL-01217 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 yanvar 2023-cü ildən başlayaraq Maraqlı şəxs 04 oktyabr 2014-cü il təvəllüdlü X2 və 26 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 230 manat olmaqla, cəmi 460 (dörd yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Maraqlı şəxs 04 oktyabr 2014-cü il təvəllüdlü X2 və 26 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat müalicə xərcin tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-906/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-906/2023
02.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver