Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-938/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00819 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2015-ci ildə X3 və xx.xx.2017-ci ildə X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2015-ci ildə X3 və xx.xx.2017-ci ildə X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Fuad uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Fuad ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00819 saylı barışıq sazişi imzalanmışdır. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat alimenti ona özü ödəyəcəkdir. Lakin, Fuad barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00819 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşağın saxlanılması hər ay hər bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat alimentin Fuaddan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 22 sentyabr 2015-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 17 iyul 2017-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 31 avqust 2022-ci il tarixli, MŞL-00819 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər 2008-ci ildə rəsmi nikah bağlanmadan faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və bu nikah münasibətlərindən iki uşaq doğulmuşdur-xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4. Son vaxtlar Tərəflərin xasiyyətləri düz gəlmədiyinə görə ayrılmışlar və ayrı-ayrı ünvanlarda yaşayırlar. Onların birgə övladları X3 və X4 anası Ərizəçi himayəsindədir. Ona görə də Tərəflər uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisəsini həll etmək məqsədilə könüllü olaraq mediasiyaya müraciət etmişlər. Qeyd edilən mübahisə üzrə keçirilən mediasiya prosesi zamanı tərəflər uşaqların saxlanması üçün aliment təyin edilməsi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. X3 və X4 yetkinlik yaşına çatana qədər onların hər biri üçün 80 (səksən) manat sabit məbləğdə aliment müəyyən edilir. X3 və X4 yetkinlik yaşına çatana qədər, 2022-ci ilin sentyabr ayının 15-dən başlayaraq, gələn hər ayın 15-nə qədər, 160 (yüz altmış) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 15-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 08 fevral 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 31 avqust 2022-ci il tarixli, MŞL-00819 nömrəli barışıq sazişi təsdiq edilsin. 15 sentyabr 2022-ci ildən başlayaraq Maraqlı şəxs 22 sentyabr 2015-ci il təvəllüdlü X1 və 17 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 80 manat olmaqla, 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-938/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-938/2024
16.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver