Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-94/2022 10.10.2022 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 iştrakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 manat dəyərində stenka mebel, 400 manat dəyərində termo, 500 manat dəyərində taxt, 200 manat dəyərində 2 ədəd çarpayı, 80 manat dəyərində sandıq, 450 manat dəyərində stol və 6 ədəd stul, 70 manat dəyərində jurnal stolu, 600 manat dəyərində 3 ədəd xalça, 100 manat dəyərində çilçıraq, 160 manat dəyərində 4 ədəd yorğan, 200 manat dəyərində 3 ədəd döşək, 130 manat dəyərində 8 ədəd balış, 80 manat dəyərində 14 ədəd nalça, 120 manat dəyərində 3 ədəd saç feni, 30 manat dəyərində 1 ədəd elektrik sərinkeş, 30 manat dəyərində elektrik qızdırıcı, 60 manat dəyərində 2 ədəd çamadan, 40 manat dəyərində 3 ədəd tava, 50 manat dəyərində 30 ədəd dayaz boşqab, 30 manat dəyərində 30 ədəd çəngəl, 30 manat dəyərində 30 ədəd bıçaq, 40 manat dəyərində 2 ədəd qazan dəsti, 10 manat dəyərində 1 ədəd tort tavası, 10 manat dəyərində 3 ədəd çömçə, 10 manat dəyərində 2 ədəd kəpkir, 1 manat dəyərində 1 ədəd tərəzi, 20 manat dəyərində 5 ədəd çörək qabı, 10 manat dəyərində 2 ədəd tort bıçağı, 20 manat dəyərində 1 ədəd böyük güldan, 30 manat dəyərində 5 ədəd balaca güldan, 30 manat dəyərində 30 ədəd nəlbəki, 40 manat dəyərində 10 ədəd böyük kasa, 30 manat dəyərində 10 ədəd balaca kasa, 50 manat dəyərində ətçəkən maşın, 80 manat dəyərində sokçəkən maşın, 100 manat dəyərində samovar, 50 manat dəyərində ütü, 60 manat dəyərində ütü masası, 150 manat dəyərində 50 ədəd dərin boşqab, 25 manat dəyərində tefal, 30 manat dəyərində çay dəsti, 30 manat dəyərində 30 ədəd qaşıq, 20 manat dəyərində 20 ədəd stəkan, 50 manat dəyərində 3 dəst servis nabor, 20 manat dəyərində 10 ədəd xrustal stəkan, 20 manat dəyərində 3 ədəd çaynik, 15 manat dəyərində 2 ədəd çaydan, 150 manat dəyərində 5 ədəd adyal, 100 manat dəyərində 5 dəst mələfə-döşəkağı, 40 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 20 manat dəyərində 10 ədəd çay dəsmalı, 25 manat dəyərində 5 ədəd padnos, 10 manat dəyərində 2 ədəd ləyəndən ibarət cehiz əşyalarının və ya onların dəyərinin, eləcə də uşaqlarla özünə məxsus olan 300 manat dəyərində 7 dəst paltar, 110 manat dəyərində 3 ədəd kurtka, 200 manat dəyərində 4 dəst məktəbli forması, 30 manat dəyərində jaket, 20 manat dəyərində 2 ədəd papaq, 20 manat dəyərində 4 ədəd şarfdan ibarət geyim əşyalarının və ya onların dəyərinin, həmçinin birgə yaşadıqları dövrdə alınmış “Opel Vectra” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobildə 1/2 payını müəyyən etməklə, həmin avtomobilin dəyərinin yarısının, eləcə də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa etdirdikləri fərdi yaşayış evinin dəyərinin yarısının, həmçinin birgə nikah dövründə alınmış 800 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində divan və 2 ədəd kreslo, 2000 manat dəyərində kondisioner, 650 manat dəyərində soyuducu, 500 manat dəyərində paltaryuyan maşın, 500 manat dəyərində televizor, 100 manat dəyərində televizor altlığı, 100 manat dəyərində tozsovurandan ibarət əşyaların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları dövrdə alınmış “Opel Vectra” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə ½ payın müəyyən edilməklə, həmin avtomobilin dəyərinin yarısının ödənilməsi hissəsində tələbini azaldmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları dövrdə alınmış kondisionerin dəyərinin 1500 manat olmasını və birgə nikah dövründə inşa edilmiş evin dəyərindən 6000 manat ödənilməsini nəzərə alınmaqla həmin evin dəyərinin iddiaçının payına düşən hissəsinin ödənilməmiş 5297 manatının cavabdehdən alınıb verilməsi, həmçinin iddianın digər tələbləri hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuş və onun valideynlərinin kənddə yerləşən evinə gəlin köçərək orada bir neçə ay yaşadıqdan sonra Bakı şəhərinə köçmüşlər. Bir müddət kirayədə yaşadıqdan sonra 2005-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,5 sot torpaq sahəsi alıb, 2006-cı ildə orada 1 mərtəbəli, 2 otaqlı, mətbəx, hamam, dəhlizdən ibarət ev tikərək yaşamışlar. Tərəflər nikahlarını 26 aprel 2014-cü il tarixdə Masallı rayon İHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Tərəflər birgə yaşadıqları dövrdə 800 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində divan və 2 ədəd kreslo, 1500 manat dəyərində kondisioner, 650 manat dəyərində soyuducu, 500 manat dəyərində paltaryuyan maşın, 500 manat dəyərində televizor, 100 manat dəyərində televizor altlığı, 100 manat dəyərində tozsovuran almışlar. Həmin əşyalar, o cümlədən iddiaçının cehiz əşyaları, özünə və uşaqlarına məxsus geyim əşyaları da həmin evdədir. İddiaçı və övladları yaranmış problem ilə bağlı 2021-ci ilin may ayından mübahisəli fərdi yaşayış evində yaşamırlar. Sonda Vəkil1 iddianın təmin edilməsini xahiş etdi. İddiaçı Vəkil1 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil3 məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, iddiaçının cehiz əmlak kimi “Tefal” məişət əşyası gətirməsi sübut olunmur. Digər əmlaklar isə evdədir. Bundan başqa, cavabdehin bildirməsinə görə tərəflərin birgə yaşadıqları dövrdə aldıqları mətbəx mebeli, divan və 2 ədəd kreslo, kondisioner, soyuducu, paltaryuyan maşın, televizor, televizor altlığı, tozsovuran mübahisəli evdədir və cavabdeh həmin əmlakların tələb edilən dəyərinin yarsını mübahisələndirmir. Sonda Vəkil3 göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nikah haqqında arayışdan və doğum haqqında arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 26 aprel 2014-cü il tarixdə Masallı rayon İHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 saylı nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından 25 yanvar 2004-cü ildə X4 və xx.xx.2007-ci ildə doğulmuş X3 doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(050)-1679/2021 saylı qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, 25 yanvar 2004-cü ildə anadan olmuş X2 və 08 avqust 2007-ci ildə anadan olmuş X1 atasının Cavabdeh olmasının müəyyən edilməsi, 25 yanvar 2004-cü ildə anadan olmuş X2 və 08 avqust 2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, alimentin tutulmasının 03 may 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(050)-2193/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü tarixdə Masallı rayonu Çaxırlı kəndində 09 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(050)-3309/2021 saylı qərardadı ilə Bakı Şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evində olan mübahisə predmeti olan əmlakların (iddia ərizəsində göstərilmiş əmlakların) siyahıya alınması, cavabdeh tərəfindən mübahisə predmeti olan həmin əmlaklar üzərində sərəncam verilməsinə qadağa qoyulması, həmçinin “Opel Vectra” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı həmin qərardad, icra vərəqəsi və iddia ərizəsi icra orqanına təqdim edilmiş, icra vərəqəsinin (iddia ərizəsində göstərilmiş əmlaklar ilə bağlı) icrası ilə bağlı icra məmuru tələb edilən əmlakların yerləşdiyi Bakı Şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş, mübahisə predmeti olan əmlaklar siyahıya alınaraq, saxlanac üçün borcluya təhvil verilmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, “...fərdi yaşayış evinə baxış zamanı “Tefal” adlanan məişət əşyasından başqa qərardadda sadalanan əşyalar evdə müəyyən olundu. Həmin əşyalar məsul saxlanc üçün borcluya təhvil verildi.” Masallı Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(050)-94/2022 saylı qərardadı ilə “Opel Vectra” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin iddiaçının ərizəsinə əsasən götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 10/928 saylı ekspert rəyində görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bir mərtəbəli, iki otaq, mətbəx, hamam, və dəhlizdən ibarət mübahisəli fərdi yaşayış evində (tikinti quraşdırma və təmir-bərpa xərcləri daxil olmaqla) aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 22594,2 manat məbləğində müəyyən olunur.; qərardadın ikinci sualı üzrə rəydə göstərilir ki, mübahisə predmeti olan 1 ədəd mətbəx mebeli, 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd kondisioner, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor, 1 ədəd televizor altlığı və 1 ədəd tozsovuran təqdim olunmadığı üçün həmin avadanlıqların hazırki vəziyyətdə orta bazar qiymətinin nə qədər təşkil etməsini müəyyən etmək olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, tərəflər faktiki nikah münasibətlərində olaraq yaşamışlar, nikahlarını isə 2014-cü ildə qeyd etdirmişlər. Faktiki nikah münasibətlərində olduqları müddətdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fərdi yaşayış evi tikmişlər. İddiaçı 2014-cü ilin təxminən ortalarından işləməyə başlamış, mübahisəli fərdi yaşayış evi ilk əvəllər hazırki vəziyyətdə olmamış, hazırki vəziyyətə gəlməsində onunda əməyi olmuşdur. Fərdi yaşayış evi üzərində hüquq qeydiyyata alınmamışdır. Tərəflər arasında nikah pozulmuş, onlar ayrı yaşayırlar və uşaqlar anaları ilə yaşayırlar. Mübahisəli fərdi yaşayış evində cavabdeh yaşayır. İddiaçının cehiz əmlakları, o cümlədən özünün və övladlarının fərdi istifadə əşyaları (geyim) və birgə nikah dövründə alınmış əşyalar mübahisəli fərdi yaşayış evindədir. Məhkəmə iddiaçının - cehiz əşyaları barədə tələbinə münasibətdə bildirir ki, həmin tələbin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamsının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır, bu halı Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(050)-3309/2021 saylı qərardadının icrası ilə əlaqədar görülmüş icra tədbirləri də təsdiq edir. Belə ki, icra sənədinin icrası ilə bağlı qərardad, icra vərəqəsi və iddia ərizəsi icra orqanına təqdim edilmiş, tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, “...fərdi yaşayış evinə baxış zamanı “Tefal” adlanan məişət əşyasından başqa qərardadda sadalanan əşyalar evdə müəyyən olundu. Həmin əşyalar məsul saxlanc üçün borcluya təhvil verildi.” İddiaçı isə cehiz əşyalarının içərisində “Tefal” adlanan məişət əşyasının olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə iddiaçının tələb etdiyi - uşalarla özünə məxsus olan 300 manat dəyərində 7 dəst paltar, 110 manat dəyərində 3 ədəd kurtka, 200 manat dəyərində 4 dəst məktəbli forması, 30 manat dəyərində jaket, 20 manat dəyərində 2 ədəd papaq, 20 manat dəyərində 4 ədəd şarfdan ibarət geyim əşyalarına münasibətdə bildirir ki, Ailə Məcəlləsinin 34.2 və 36.6-cı maddələrinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Yuxarıda qeyd edildiyi kimi Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(050)-3309/2021 saylı qərardadının icrası ilə əlaqədar görülmüş icra tədbirləri onu deməyə əsas verir ki, həmin əşyalar da mövcud olmuş və saxlanc üçün borcluya təhvil verilmişdir. Məhkəmə iddiaçının tələb etdiyi - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa etdirdikləri fərdi yaşayış evinin dəyərinin yarısının onun verilməsinə münasibətdə bildirir ki, mübahisəli ev tərəflər arasında nikah rəsmiləşdirilməmiş, onların faktiki nikah münasibətlərində olduğu müddətdə tikilmiş, iddiaçı 2014-cü ilin təxminən ortalarından işləməyə başlamış, mübahisəli fərdi yaşayış evi ilk əvəllər hazırki vəziyyətdə olmamış, hazırki vəziyyətə gəlməsində onunda əməyi olmuşdur. Fərdi yaşayış evi üzərində hüquq qeydiyyata alınmamışdır. Tərəflər arasındakı münasibətlərə görə fərdi yaşayış evindən iddiaçı və övladları məhrum olmuşlar (yaşamırlar), fərdi yaşayış evində cavabdeh yaşayır. Tərəflər ekspert rəyi ilə müəyyən edilmiş fərdi yaşayış evinin dəyərini mübahisələndirməmişlər, həmçinin cavabdeh rəy ilə müəyyən edilmiş 22594,2 manat məbləğində pul vəsaitinin yarısının iddiaçıya verilməsini mübahisələndirməmiş, hətta həmin məbləğin 6000 manat hissəsini yekun məhkəmə aktı qəbul edilənədək ödədiyindən iddiaçı tələbinin azaldılması barədə ərizə vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenum Qərarında göstəririlr ki, “...Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iddiaçının - 800 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində divan və 2 ədəd kreslo, 1500 manat dəyərində kondisioner, 650 manat dəyərində soyuducu, 500 manat dəyərində paltaryuyan maşın, 500 manat dəyərində televizor, 100 manat dəyərində televizor altlığı, 100 manat dəyərində tozsovurandan ibarət əşyaların dəyərinin yarısının ona ödənilməsi barədə tələbinə münasibətdə bildirir ki, tərəflərin nikahları 26 aprel 2014-cü il tarixdə rəsmiləşdirilmiş, həmin əmlaklar birgə nikah dövründə alınmışdır, əmlaklar mübahisəli fərdi yaşayış evindədir və həmin əmlakların tələb edilən dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (218.3). Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 19,5 manat məbləğində hissəsi Cavabdeh onun xeyrinə tutulmalı, 100 manat məbləğində ekspertiza xərcinin 50 manat məbləğində hissəsi İddiaçı, 50 manat məbləğində hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 1000 manat dəyərində stenka mebel, 400 manat dəyərində termo, 500 manat dəyərində taxt, 200 manat dəyərində 2 ədəd çarpayı, 80 manat dəyərində sandıq, 450 manat dəyərində stol və 6 ədəd stul, 70 manat dəyərində jurnal stolu, 600 manat dəyərində 3 ədəd xalça, 100 manat dəyərində çilçıraq, 160 manat dəyərində 4 ədəd yorğan, 200 manat dəyərində 3 ədəd döşək, 130 manat dəyərində 8 ədəd balış, 80 manat dəyərində 14 ədəd nalça, 120 manat dəyərində 3 ədəd saç feni, 30 manat dəyərində 1 ədəd elektrik sərinkeş, 30 manat dəyərində elektrik qızdırıcı, 60 manat dəyərində 2 ədəd çamadan, 40 manat dəyərində 3 ədəd tava, 50 manat dəyərində 30 ədəd dayaz boşqab, 30 manat dəyərində 30 ədəd çəngəl, 30 manat dəyərində 30 ədəd bıçaq, 40 manat dəyərində 2 ədəd qazan dəsti, 10 manat dəyərində 1 ədəd tort tavası, 10 manat dəyərində 3 ədəd çömçə, 10 manat dəyərində 2 ədəd kəpkir, 1 manat dəyərində 1 ədəd tərəzi, 20 manat dəyərində 5 ədəd çörək qabı, 10 manat dəyərində 2 ədəd tort bıçağı, 20 manat dəyərində 1 ədəd böyük güldan, 30 manat dəyərində 5 ədəd balaca güldan, 30 manat dəyərində 30 ədəd nəlbəki, 40 manat dəyərində 10 ədəd böyük kasa, 30 manat dəyərində 10 ədəd balaca kasa, 50 manat dəyərində ətçəkən maşın, 80 manat dəyərində sokçəkən maşın, 100 manat dəyərində samovar, 50 manat dəyərində ütü, 60 manat dəyərində ütü masası, 150 manat dəyərində 50 ədəd dərin boşqab, 30 manat dəyərində çay dəsti, 30 manat dəyərində 30 ədəd qaşıq, 20 manat dəyərində 20 ədəd stəkan, 50 manat dəyərində 3 dəst servis nabor, 20 manat dəyərində 10 ədəd xrustal stəkan, 20 manat dəyərində 3 ədəd çaynik, 15 manat dəyərində 2 ədəd çaydan, 150 manat dəyərində 5 ədəd adyal, 100 manat dəyərində 5 dəst mələfə-döşəkağı, 40 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 20 manat dəyərində 10 ədəd çay dəsmalı, 25 manat dəyərində 5 ədəd padnos, 10 manat dəyərində 2 ədəd ləyəndən ibarət cehiz əşyaları və ya qət olunan əşyaların cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakların dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı və övladlarına məxsus olan 300 manat dəyərində 7 dəst paltar, 110 manat dəyərində 3 ədəd kurtka, 200 manat dəyərində 4 dəst məktəbli forması, 30 manat dəyərində jaket, 20 manat dəyərində 2 ədəd papaq, 20 manat dəyərində 4 ədəd şarfdan ibarət geyim əşyaları və ya qət olunan əşyaların cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakların dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilmiş fərdi yaşayış evi Cavabdeh saxlanılmaqla, 5297 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Birgə nikah dövründə alınmış 800 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində divan və 2 ədəd kreslo, 1500 manat dəyərində kondisioner, 650 manat dəyərində soyuducu, 500 manat dəyərində paltaryuyan maşın, 500 manat dəyərində televizor, 100 manat dəyərində televizor altlığı, 100 manat dəyərində tozsovurandan ibarət əşyalar Cavabdeh saxlanılmaqla, həmin əşyalarının dəyərinin yarısı olan 2425 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 19,5 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. 100 manat məbləğində ekspertiza xərcinin 50 manat məbləğində hissəsi İddiaçı, 50 manat məbləğində hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ceyhun Quliyev