Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-942/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq 16 sentyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti qaydasında toy etdirməklə 2021-ci ilin avqust ayının 6-da qeyri-rəsmi ailə həyatı qurmuşlar. Faktiki ər-arvad yaşamaqla 2022-ci ilin avqust ayının 12-də Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzində rəsmi nikaha daxil olub 2022-ci ilin sentyabr ayının 1-nə kimi ərarvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 16 sentyabr 2022-ci ildə X4 adlı bir nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaq onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşağa baxmadığı üçün o, məcbur olub nikahın pozulması və aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə arasında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən sentyabr ayının 01-dən başlayaraq cavabdeh bir uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 220 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qrumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, lakin alimenti ödəməkdən yayınmışdır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almıdır. Nikahları məhkəmə qaydasında pozulmuşdur. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həm də münasib iş yoxdur. Vəziyyəti çox çətindir. İki nəfər uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlartmı nəzərə alıb məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikah 26 dekabr 2023-cü il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.02023-cü il tarixdə, 458 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 16 sentyabr 2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli, MŞL/MT 014/2023/MŞL-01858 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2022-ci il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər xx.xx.2022-ci il təvəllüdlü X1 Ruqəyyə Aydın qızının yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 220 manat aliment pulunu Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin sentyabr ayının 01-dən hesablanmaqla, hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Birinci tərəf Ərizəçi bu sazişi imzaladıqdan sonra, hər həftənin bazar günləri saat 10:00-dan 14:00-dək birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X4 ilə atası Maraqlı şəxs ünsiyyət verməyə öhdəlik götürmüşdür. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 3350/2023 nömrəli qətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 12 avqust 2022-ci il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 2187 nömrə ilə qeydə alınmış nikah pozulması, Tərəflərin birgə nikahından anadan olmuş 16 sentyabr 2022-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 08 fevral 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 28 avqust 2023-cü il tarixli, MŞL/MT 014/2023/MŞL-01858 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 sentyabr 2023-cü ildən başlayaraq Maraqlı şəxs 16 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-942/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-942/2024
16.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver