Məhkəmə qərarları › İş №2(050)-943/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-943/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-943/2024 16.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı 15 sentyabr 1961-ci il təvəllüdlü X1 04 dekabr 2019-cu il il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, həyat yoldaşı 15 sentyabr 1961-ci il təvəllüdlü X2 04 dekabr 2019-cu ildə vəfat etmiş, Ağsu şəhəri Şeyx Dursun qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümünün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum həyat yoldaşı Sahidə Hacıyeva 04 dekabr 2019-cu il tarixdə vəfat etsədə meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölməsi faktının müəyyən edilməsi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərərk, əlavə olaraq bildirdi ki, həyat yoldaşı Ağsu şəhərində xəstəlikdən rəhmətə getmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin Qeydiyyat şöbəsinin rəisi Atakişi Əliyev məktubla müraciət edərək, işə şöbə əməkdaşının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində müfəttiş vəzifəsində işləyir. Ərizəçi oğlu Babək Hacıyev ilə iş yoldaşı olmuşdur. Ərizəçinin həyat yoldaşı X2 vəfat etmişdir. O və digər iş yoldaşları mərhumun yas mərasimində iştirak etmişlər. Yas mərasimi Bakı şəhərində təşkil olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində müfəttiş vəzifəsində işləmiş, 2020-ci ildə səhhəti ilə əlaqədar işdən çıxmışdır. Ərizəçi oğlu Babək Hacıyev ilə iş yoldaşı olmuşdur. Ərizəçinin həyat yoldaşı X2 vəfat etmişdir. O və digər iş yoldaşları mərhumun yas mərasimində iştirak etmişlər. Yas mərasimi Bakı şəhərində təşkil olunmuşdur. Şəxsiyyət vəsiqəsindən görünür ki, X2 15 sentyabr 1961-ci ildə Ağsu rayonu, Bico kəndində doğulmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 arasında 24 avqust 1981-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış nikah, 171 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə arvada Hacıyev (a) soyadı verilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş 17 noyabr 2023-cü tarixli aktdan görünür ki, 15 sentyabr 1961-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Ağsu şəhəri Şeyx Dursun qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-790/2023 saylı məktubdan görünür ki, X1 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli, 18-1-25/2-B-913- 1367/2023 saylı arayışından görünür ki, 15.09.161-ci il təvəllüdlü X1 qohumunun deməsinə və sənədlərinə görə xx.xx.2019-cu ildə vəfat etmişdir. X2 “Ağsu RMX” PHŞ-yə hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmiş və onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X2 15 sentyabr 1961-ci ildə doğulmuş, 04 dekabr 2019-cu ildə vəfat etmiş, Ağsu şəhəri Şeyx Dursun qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 04 dekabr 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 04 dekabr 2019-cu il tarixdə ölmüş X1 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 sentyabr 1961-ci ildə doğulmuş X1 04 dekabr 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsininə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar