Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-96/2024 19.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə. İddiaçı Cavabdeh cehiz əmlak və qızıl zinət tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh cehiz əmlakları və qızıl-zinət əşyaları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 2016-cı ildə faktiki ailə qurmuşlar. Nikahları xx.xx.2017-ci ildə bağlanmışdır. Birgə nikahlarından 3 uşaq anadan olmuşdur. Cavabdehlə 2016-cı ildə ailə qurarkən ərinin valideynlərinə məxsus Masallı rayonu Boradigah qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Gəlin köçərkən ona cehiz əmlaklar və qızıl-zinət əşyaları hədiyyə olunmuş, özünə məxsus bir sıra əşyaları həmin evə aparmışdır. Həmin əmlaklar hazırda cavabdehdədir və o, əmlakları geri qaytarmır. Evdən zorla çıxarıldığı üçün özü ilə heç bir əmlak, o cümlədən şəxsi əşyalarını götürə bilməmişdir. Cavabdeh onu evdən zorla çıxarmış, əvvəlcə Bakı şəhərinə Mediasiya orqanına aparmış, daha sonra gətirib valideynlərinin evində qoymuş, uşaqları zorla özündə saxlamışdır. Ona görə də heç bir əşya götürə bilməmişdir. Onun mülkiyyətində olan qızıl-zinət əşyaları, cehiz əmlaklar və şəxsi əşyalar aşağıdakılardır: Şəxsi əşyalar: “Qurani Kərim” kitabı, “Redmi” markalı mobil telefon, uşaqların və onun sənədləri, toy diskləri, paltarlar, ayaqqabılar, bəzək əşyaları; Qızıl-zinət əşyaları: 150 manat dəyərində 1 ədəd klonla uşaq sepi, 100 manat dəyərində 1 ədəd uşaq bilərziyi, 100 manat dəyərində 1 ədəd uşaq sırğası, 200 manat dəyərində 1 ədəd böyük bilərzik, 300 manat dəyərində 1 ədəd bilərzik, 250 manat dəyərində 1 ədəd qızıl beşlik, 500 manat dəyərində 1 ədəd zifir üzük, 100 manat dəyərində 1 ədəd tək qaş üzük, 300 manat dəyərində 1 ədəd nişan üzüyü, 300 manat dəyərində 1 ədəd tarakan üzük, 200 manat dəyərində 1 ədəd kəpənək üzük, 300 manat dəyərində 1 ədəd kişi üzüyü; Cehiz əmlakları: 2000 manat dəyərində yataq dəsti, 900 manat dəyərində 1 mətbəx mebeli, 500 manat dəyərində künc divan, jurnalni masa, 300 manat dəyərində 6 ədəd stul və 1 ədəd stol, 600 manat dəyərində 7 kq-lıq paltaryuyan, 600 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd qaz pilitəsi, 150 manat dəyərində 1 ədəd soba, 50 manat dəyərində 1 ədəd ətçəkən maşın, 50 manat dəyərində 1 ədəd qablı mikser, 50 manat dəyərində 1 ədəd blender, 90 manat dəyərində 1 ədəd çamadan qaşıq dəsti, 50 manat dəyərində çamadan bıçaq dəsti, 60 manat dəyərində 1 ədəd elektrikli somavar, 20 manat dəyərində 1 ədəd elektrikli qəfədan, 100 manat dəyərində 2 cür ayrı-ayrı çaynikli qəfədan, 300 manat dəyərində qab-qacaq dəsti, 60 manat dəyərində 2 cüt xrustal meyvə qabı, 30 manat dəyərində 1 cüt xrustal ləpə qabı, 30 manat dəyərində 1 cüt xrustal tort qabı, 300 manat dəyərində qara nimçə servisi, 80 manat dəyərində 12 ədəd balaca madonna, 12 ədəd böyük madonna nimçə, 150 manat dəyərində 2 dəst 4 künc nimçə nabor, 300 manat dəyərində 4 dəst pribor, 30 manat dəyərində 12 ədəd balaca ləpə qabı, 40 manat dəyərində 24 ədəd böyük qara nəlbəki, 40 manat dəyərində 24 ədəd balaca qara nəlbəki, 100 manat dəyərində 44 ədəd xrustal stəkan, 30 manat dəyərində 24 ədəd armudu stəkan, 30 manat dəyərində 2 dəst tort qabı, 1 ədəd bulud nimçəsi, 10 manat dəyərində 6 ədəd şüşə ləpə qabı, 20 manat dəyərində 6 ədədli bıçaq dəsti, 15 manat dəyərində çömçə dəsti, 10 manat dəyərində lak qaşıq dəsti, 10 manat dəyərində 3 ədəd çayqabı, 15 manat dəyərində 3 ədəd qırmızı çayqabı, 20 manat dəyərində 4 künc ağbəzək qab, 45 manat dəyərində 2 ədəd ayrı-ayrı xrustal meyvə qabı, 30 manat dəyərində 1 ədəd xrustal külqabı, 20 manat dəyərində 6 ədəd bagema rumka, 60 manat dəyərində 4 ədəd şüşə çaynik, 20 manat dəyərində 3 ədəd bulud, 25 manat dəyərində 2 ədəd qara şüşə qab, 50 manat dəyərində 1 ədəd böyük güldan, 15 manat dəyərində 2 ədəd çuqun fincan, 20 manat dəyərində 1 ədəd çuqun vedrə, 20 manat dəyərində 1 ədəd böyük aşsüzən, 10 manat dəyərində 1 ədəd alüminium su qabı, 300 manat dəyərində 1 ədəd uşaq çarpayısı, 20 manat dəyərində xrustal fincan dəsti, 20 manat dəyərində sarı fincan dəsti, 50 manat dəyərində 3 cüt xrustal mürəbbə qabı, 30 manat dəyərində 1 cüt meyvə qabı, 100 manat dəyərində 1 ədəd qədimi aftafa ləyən, 40 manat dəyərində 1 ədəd paltar ütü masası, 60 manat dəyərində 1 ədəd böyük alüminium qazan, 80 manat dəyərində böyük çuqun çən, 40 manat dəyərində çuqun ləyən, 20 manat dəyərində 1 cüt balaca çuqun ləyən, 60 manat dəyərində 1 ədəd paltartikən maşın, 50 manat dəyərində elektrikli şirniyyat bişirən, 400 manat dəyərində 1 ədəd böyük xalça, 200 manat dəyərində 1-ədəd orta boy xalça, 100 manat dəyərində 1 ədəd balaca xalça, 100 manat dəyərində 2 ədəd taxt döşəyi, 60 manat dəyərində 2 ədəd təknəfərlik döşək, 40 manat dəyərində 2 ədəd təknəfərlik yorğan, 30 manat dəyərində 1 ədəd taxt yorğanı, 60 manat dəyərində 6 ədəd böyük balış, 40 manat dəyərində 4 ədəd balaca balış, 40 manat dəyərində 4 ədəd sindifon balış, 20 manat dəyərində 2 ədəd sindifon yorğan, 300 manat dəyərində pakroval dəsti pərdəsi ilə, 150 manat dəyərində 4 ədəd pərdə, 40 manat dəyərində 4 ədəd təknəfərlik adyal, 40 manat dəyərində 1 ədəd alüminium test, 30 manat dəyərində 12 ədəd qara masqura, 20 manat dəyərində 12 ədəd ağ masqura, 15 manat dəyərində 6 ədəd qara kasa, 10 manat dəyərində 6 ədəd ağ kasa, 20 manat dəyərində fındıqçəkən maşın, 150 manat dəyərində 4 dəst mələfə dəsti, 25 manat dəyərində 2 ədəd 2 mərtəbə şirniyyat qabı, 20 manat dəyərində 2 mərtəbə 1 şüşə, 100 manat dəyərində 1 ədəd somavar qəfədan, 15 manat dəyərində 1 ədəd somavar çayniki, 20 manat dəyərində 3 ədəd şirniyyat tavası, 25 manat dəyərində 2 ədəd tefal kastorka, 20 manat dəyərində 4 ədəd alüminium kastorka, 60 manat dəyərində 1 ədəd böyük çilçıraq, 40 manat dəyərində 1 ədəd balaca çilçıraq, 20 manat dəyərində 1 ədəd mətbəx saatı, 20 manat dəyərində 12 ədəd ağ güllü nimçə, 20 manat dəyərində 12 ədəd sadə nimçə, 50 manat dəyərində 24 ədəd qızılgüllü nimçə, 30 manat dəyərində 1 ədəd böyük çuqun kastorka, 300 manat dəyərində 6 dəst mələfə çıxol dəsti, 400 manat dəyərində 10 cüt əl dəsmalları, 10 manat dəyərində qətvə dəsti, 10 manat dəyərində 6 ədədli çay süfrəsi, 190 manat dəyərində 5 ədəd stəkan, 100 manat dəyərində 8 ədəd süfrəliklər, 50 manat dəyərində 1 ədəd xrustal qab, 30 manat dəyərində 1 ədəd xrustal güldan, 40 manat dəyərində 1 ədəd yaşıl güldan, 10 manat dəyərində 2 ədəd podnus, 20 manat dəyərində 1 ədəd qızılı podnus, 10 manat dəyərində limon çəngəl qabı, 25 manat dəyərində 1 cüt ayaqlı qəddan, 50 manat dəyərində 8 ədəd nalça. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, qızına məxsus sırğa, qolbaq, boyunbağı tələbi hissədə iddiadan imtina etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ailə qurarkən üzük, boyunbağı, sırğa, qolbaq və klon komplekti, 1 ədəd brilyant nişan üzüyü cavabdehin valideynləri, “5”lik qızıl qayınanası, 3 qramlıq tək qaş üzük ad günündə, 4 qramlıq zifir üzük cavabdeh Rəşad, 2 qramlıq sadə qolbaq qayınatası tərəfindən, kəpənək üzük öz qardaşı, tarakan üzük nənəsi, 1 ədəd zəncirvari qolbaq öz anası tərəfindən hədiyyə edilmişdir. Cavabdeh onu evdən 19 iyun 2023-cü il tarixdə qovmuşdur. Onun ailə münasibətlərinə xələl gətirən səvh hərəkəti olmuş və bu səbəblə Cavabdeh onu həmin gecə döymüş, səhəri günü də əvvəlcə Masallı şəhərinə, sonra isə Bakı şəhərində mediator yanına nikahlarının pozulması üçün aparmış, oradan da atası evinə gətirmişdir. O, evdən çıxarkən materialı qızıl olan zifir üzüyünü, tək qaş üzüyünü, nişan üzüyünü, qızına aid sırğa, boyunbağı, gözmüncuğunu götürmüş, şalvarının cibinə qoymuşdur. Lakin cavabdeh onun üzərini axtarmış və qızılları geri almışdır. Digər qızıllar isə onlar ilə qurduqdan bir müddət sonra ondan məcburi alınıb satılmışdır. Belə ki, əvvəlcə 2017-ci ildə komplekt dəst (boyunbağı, qolbaq, sırğa, klon və üzük) satılmışdır. Daha sonra öz anasının hədiyyə etdiyi zəncirvarı qolbağı, qardaşının hədiyyə etdiyi kəpənək üzük, nənəsinin hədiyyə etdiyi tarakan üzük, kişi üzüyü, qayınatasının hədiyyə etdiyi qolbağı, qayınanasının hədiyyə etdiyi “5”-lik qızıl satılmışdır. Ailə qurarkən cavabdehlərin deməsinə görə nişan üzüyü brilyant olmuşdur. Qızllar satılanda borclarının olduqlarını, pul lazım olduğunu, ona görə satdıqlarını demişlər. O, qızılları ərinin sözü ilə məcbur olub satılmağa vermişdir. İddiaçı Gülnar Məcidov həmçinin bildirmişdir ki, mobil telefonu, iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları, toy mərasinə aid kompakt disklər, fotoşəkillər də cavabdehlə yaşadığı mənzildə qalmışdır. Cavabdeh onları vermir, ona görə də iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh cehiz əmlakları barədə məhkəməyə siyahı təqdim edərək izahatında bildirmişdir ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdən ayrı yaşayırlar. Tələb olunan cehiz əşyaları yoxlanılmış və onların evində 1 ədəd mobil telefon, Qurani-Kərim kitabı, İddiaçı sənədləri, toy diski, paltarlar, ayaqqabılar, bəzək əşyaları, yataq dəsti, mətbəx mebeli, künç divanı, jurnalni, 6 ədəd stul, 1 ədəd stol, paltaryuyan maşın, soyuducu, qaz piltəsi, soba, ət çəkən maşın, mikser, blender, çamadan qaşıq dəsti, elektrikli qəfədan, çaynikli qəfədan, kastorka naboru, xrustal meyvə qabı, xrustal ləpə qabı, xrustal tort qabı, qara nimçə servisi, 12 ədəd nimçə naboru, 12 ədəd ləpəqabı, 24 ədəd qara nəlbəki, 24 ədəd balaca qara nəlbəki, 24 ədəd armudu stəkan, 1 ədəd bulud nimçəsi, 6 ədəd şüşə ləpə qabı, 6 ədədli bıçaq dəsti, 3 ədəd çayqabı, qırmızı çayqabı, 2 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal külqabı, 6 ədəd bogema rumka, 4 ədəd şüşə çaynik, 3 ədəd bulud, 2 ədəd qara şüşə qab, 2 ədəd çuqun fincan, 1 ədəd çuqun vedrə, 1 ədəd aşsüzən, alüminium su qabı, xrustal çaşqa dəsti, 3 formada xrustal mürəbbə qabı, 1 cüt meyvə qabı, qədimi aftava ləyən dəsti, 1 ədəd ütü masası, 1 ədəd böyük alüminium qazan, 1 ədəd çuqun çən, 1 ədəd çuqun ləyən, 1 cüt balaca çuqun ləyən, 1 ədəd paltartikən maşın, 1 ədəd şirniyyat bişirən, 1 ədəd böyük xalça, 1 ədəd orta boy xalça, 1 ədəd balaca xalça, 2 ədəd taxt döşəyi, 2 ədəd təknəfərlik döşək, 2 ədəd təknəfərlik yorğan, 1 ədəd taxt yorğanı, 6 ədəd böyük balış, 4 ədəd balaca balış, pakroval və pərdə dəsti, 12 ədəd qara maskura, 12 ədəd ağ maskura, 6 ədəd qara kasa, 6 ədəd ağ kasa, 1 ədəd fındıqçəkən, 4 ədəd çexol dəsti, 2 ədəd iki mərtəbə şirniyyat qabı, 3 ədəd şirniyyat tavası, 2 ədəd tefal kostorka dəsti, 1 ədəd böyük çilçıraq, 1 ədəd balaca çilçıraq, 1 ədəd mətbəx saatı, 12 ədəd ağ nimçə, çuqun kostorka, 6 ədədli çay süfrəsi, 8 ədəd süfrəlik, 1 ədəd xrustal güldan, 1 ədəd yaşıl güldan, 2 ədəd podnus, limon çəngəl və qabı dəsti, 1 ədəd qəndqabı, 8 ədəd nalçadan ibarət cehiz əmlakları vardır. Mobil telefonda Gülnarın hərəkətlərinə görə sübutlar olduğuna görə vermək istəmir, digər qeyd olunan əşyaların qaytarılmasına etiraz etmir. Cavabdeh X3 izahatında qızıl-zinət əşyaları tələbinə münasibətdə bildirdi ki, qızına məxsus olan qızıllar qızının üzərindədir. Toy və nişan mərasimində isə Gülnara onlar tərəfindən boyunbağı, qolbaq, üzük, sırğa və klondan ibarət kompelkt dəst, 3 qramlıq qolbaq, 4 qramlıq nişan üzüyü, zifir üzük, 2 qramlıq tək daş üzük, 3 qramlıq tarakan üzük, 3 qramlıq kəpənək üzük, 3 qramlıq qolbaq hədiyyə olunmuşdur. Həmin qızıllardan əlavə onun özünə 1 ədəd kişi üzüyü hədiyyə olunmuşdur. Qeyd olunan qızıllardan zifir üzüyünü, nişan üzüyünü evdən gedərkən Gülnar özü ilə aparmışdır. Digər qızıllar isə ailə ehtiyaclarına görə satılmışdır. Sonradan maddi imkanına görə qızılları alacaqdı. Satılan qızıl-zinət əşyalarından kişi üzüyü özünə məxsus olduğuna, zifir və nişan üzüyünü iddiaçının özü ilə aparmasına görə, eləcə də digər qızıllar ailə ehtiyaclarına görə satıldığına görə qızıl-zinət tələbinə münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh ilə eyni əsaslarla çıxış edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: X1 ifadəsində bildirdi ki, o, Cavabdeh anasıdır. Tələb olunun qızıl-zinət əşyaları toy və nişan mərasimində İddiaçı hədiyyə olunmuşdur. Toylarından sonra ehtiyaclarına görə nişan və zifir üzüyündən başqa digər qızıllar satılmışdır. Həmin qızıllardan 1400 manata alınmış sırğa, üzük, boyunbağı və klon komplekti, 3 qramlıq qolbaq, “5”-lik qızıl, 3 qramlıq tək qaş üzük, 4 qramlıq zifir üzük, 2 qramlıq sadə qolbaq, onlar tərəfindən, kəpənək üzük, tarakan üzük, 1 ədəd digər qolbaq Gülnarın valideynləri tərəfindən hədiyyə edilmişdir. Nişan və zifir üzüyü isə Gülnar gedərkən özü ilə aparmışdır. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 20 qramlıq kompekt dəst 3000 manat, 15 qramlıq qolbağı 1425 manat, 4 qramlıq brilyant nişan üzüyü 700 manat, 4 qramlıq zifir üzük 380 manat, 2 qramlıq tək daş üzük 190 manat, 3 qramlıq tarakan üzük 285 manat, 3 qramlıq kəpənək üzük 285 manat, 3 qramlıq qolbaq 285 manat dəyərindədir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 136,40 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iddianın əsaslı hissəsində cehiz əmlakları və qızıl-zınət əşyaları iddiaçıya hədiyyə olunmaqla, onun öz mülkiyyətinə aiddir. Həmin əşyaları tələb etmək onun mülkiyyət hüququndan irəli gələn subyektiv hüququdur. Məhkəmə cehiz əmlaklarına münasibətdə qeyd edir ki, həmin tələb sübuta yetən hissədə, yəni cavabdehin qəbul etdiyi və tərtib etdiyi siyahıya uyğun əsaslı hesab olunmalıdır. Belə ki, iddiaçı cehiz əmlaklarının iddiada qeyd edilən sayda cavabdehlə yaşadığı evdə olması barədə yetərli sübut təqdim etməmişdir. Məhkəmə qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, 1 ədəd kişi üzüyü istisna olmaqla, toy və nişan mərasimində, ad günündə Gülnara boyunbağı, qolbağı, üzük, sırğa və klondan ibarət komplekt dəst, 2 ədəd qolbağı, nişan üzüyü, zifir üzük, tək qaş üzük, tarakan üzük, kəpənək üzüyün hədiyyə olunması ilə bağlı mübahisəli hal yoxdur. Bu halı cavabdeh və şahid qismində dindirilmiş cavabdehin anası təsdiq etmişlər. Mübahisəli hal satılan qızılların qayratılmasının əsaslılığı, eləcə də zifir və tarakan üzüklərin, nişan üzüyünün iddiaçının evdən gedərkən özü ilə aparması ilə bağlıdır. Məhkəmə qeyd edir: -Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahatının sonunda (1:28 dəqiqə) bildirmişdir ki, qızılları satarkən sonradan imkan olsa alacağını düşünmüşdür. Bu hal İddiaçı izahatını bir daha təsdiq etmişdir. -Cavabdeh qeyd edir ki, zifir və nişan üzüyünü İddiaçı özü ilə aparmışdır. Lakin Cavabdeh həmçinin bildirmişdir ki, uşaqlara aid qızıllar evdədir. İddiaçı isə bildirir ki, qızına aid qızıllar və özünə aid nişan, zifir və tarakan üzükləri əvvəlcə götürüb cibinə qoymuş, lakin gedərkən Rəşad tərəfindən ondan alınmışdır. Beləliklə təsdiq olunur ki, uşaqlara aid qızıllar cavabdehdədirsə, İddiaçı izahatı tam səmimidir və gedərkən üzüklərin cavabdeh tərəfindən ondan alınması halı doğrudur. -Bundan başqa İddiaçı evdən getmə şəraitində nişan, tarakan və zifir üzükləri özü ilə aparmasının mümkünlüyü işin hallarına əsasən müzakirə olunmuş və bu nəticəyə gəlinmişdir ki, cavabdehin və ailə üzvlərinin təkidi ilə Gülnarın evdən çıxarılması, onun birbaşa Bakı şəhərinə aparılması şəraitində onun üzərinin yoxlanılması və qızılların iradəsinə zidd alınması mümkün haldır. Məhkəmə qızılların çəkisini və dəyərini müzakirə edərək qeyd edir ki, bu barədə bazar qiymətinə uyğun mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəyin brilyant qaşlı nişan üzüyü və 15 qramlıq qolbağı hissəsi ilə məhkəmə razılaşmayaraq qeyd edir ki, qolbağın 14 qram olması, nişan üzüyünün brilyant qaşlı olması təsdiq olunmur. Cavabdeh tərəf həmin qolbağının 3 qram olmasını, nişan üzüyünün isə sadə qaşlı olmasını qeyd edir. Məhkəmə bununla bağlı cavabdeh tərəfin mövqeyini əsas götürür və digər qızılların orta bazar qiymətinə uyğun olaraq, 3 qramlıq qolbağı 285 manat dəyərində, 4 qramlıq nişan üzüyünü 385 manat dəyərində qiymətləndirir. Məhkəmə 1 ədəd mobil telefonun verilməsinə cavabdehin etirazına münasibətdə qeyd edir ki, həmin telefonun iddiaçıya məxsus olması tərəflərin izahatları ilə təsdiq olunur, belə olan halda telefonun iddiaçıya məxsus şəxsi məlumatlara görə saxlanılması mülkiyyət hüququnun tələblərinə ziddir. Odur ki, mobil telefon iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçıya aid şəxsi digər əşyalara münasibətdə qeyd edir ki, cavabdeh tərəf həmin əşyaları mübahisələndirmir, iddiaçıya məxsusdur, odur ki, qeyd edilən şəxsi əşyalar “Qurani Kərim” kitabı, toy diskləri, paltarlar, ayaqqabılar, bəzək əşyaları İddiaçı sənədləri iddiaçıya verilməlidir. Məhkəmə 1 ədəd kişi üzüyü tələbinə münasibətdə bildirir ki, həmin üzüyün Cavabdeh aid olması tərəflərin izahatları ilə təsdiq olunmuşdur, ona görə də həmin üzüyü tələb etməkdə iddiaçının subyektiv hüququ yoxdur. Belə olan halda həmin qızıla münasibətdə iddia əsassız hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddia tələbinin əsaslı hesab olunan dəyərinə görə hesablanaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd ounmuş Məcəllənin 118.3-maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, tələb sübuta yetən hissədə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat dəyərində 20 qramlıq komplekt dəst, 285 manat dəyərində 3 qramlıq qolbağ, 385 manat dəyərində 4 qramlıq nişan üzüyü, 380 manat dəyərində 4 qramlıq zifir üzük, 190 manat dəyərində 2 qramlıq tək daş üzük, 285 manat dəyərində 3 qramlıq tarakan üzük, 285 manat dəyərində 3 qramlıq kəpənək üzük, 285 manat dəyərində 3 qramlıq qolbaq və yaxud dəyərləri, “Qurani Kərim” kitabı, “Redmi” markalı mobil telefon, toy diskləri, paltarlar, ayaqqabılar, bəzək əşyaları İddiaçı sənədləri, o cümlədən 2000 manat dəyərində yataq dəsti, 900 manat dəyərində mətbəx mebeli, 500 manat dəyərində künc divanı, jurnalni, 300 manat dəyərində 6 ədəd stul, 1 ədəd stol, 600 manat dəyərində paltaryuyan maşın, 600 manat dəyərində soyuducu, 600 manat dəyərində qaz piltəsi, 150 manat dəyərində soba, 50 manat dəyərində ət çəkən maşın, 50 manat dəyərində mikser, 50 manat dəyərində blender, 90 manat dəyərində çamadan qaşıq dəsti, 20 manat dəyərində elektrikli qəfədan, 100 manat dəyərində çaynikli qəfədan, kastorka naboru, 60 manat dəyərində xrustal meyvə qabı, 30 manat dəyərində xrustal ləpə qabı, 30 manat dəyərində xrustal tort qabı, 300 manat dəyərində qara nimçə servisi, 12 ədəd nimçə naboru, 30 manat dəyərində 12 ədəd ləpəqabı, 40 manat dəyərində 24 ədəd qara nəlbəki, 40 manat dəyərində 24 ədəd balaca qara nəlbəki, 30 manat dəyərində 24 ədəd armudu stəkan, 1 ədəd bulud nimçəsi, 10 manat dəyərində 6 ədəd şüşə ləpə qabı, 20 manat dəyərində 6 ədədli bıçaq dəsti, 10 manat dəyərində 3 ədəd çayqabı, 15 manat dəyərində qırmızı çayqabı, 45 manat dəyərində 2 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal külqabı, 20 manat dəyərində 6 ədəd bogema rumka, 60 manat dəyərində 4 ədəd şüşə çaynik, 20 manat dəyərində 3 ədəd bulud, 25 manat dəyərində 2 ədəd qara şüşə qab, 15 manat dəyərində 2 ədəd çuğun fincan, 20 manat dəyərində 1 ədəd çüyün vedrə, 20 manat dəyərində 1 ədəd aşsüzən, 10 manat dəyərində alüminium su qabı, 20 manat dəyərində xrustal fincan dəsti, 50 manat dəyərində 3 formada xrustal mürəbbə qabı, 30 manat dəyərində 1 cüt meyvə qabı, qədimi aftava ləyən dəsti, 40 manat dəyərində 1 ədəd ütü masası, 60 manat dəyərində 1 ədəd böyük alüminium qazan, 1 ədəd çuğun bak, 1 ədəd çuqun ləyən, 20 manat dəyərində 1 cüt balaca çuqun ləyən, 60 manat dəyərində 1 ədəd paltartikən maşın, 50 manat dəyərində 1 ədəd şirniyyat bişirən, 400 manat dəyərində 1 ədəd böyük xalça, 200 manat dəyərində 1 ədəd orta boy xalça, 100 manat dəyərində 1 ədəd balaca xalça, 100 manat dəyərində 2 ədəd taxt döşəyi, 60 manat dəyərində 2 ədəd təknəfərlik döşək, 40 manat dəyərində 2 ədəd təknəfərlik yorğan, 330 manat dəyərində 1 ədəd taxt yorğanı, 60 manat dəyərində 6 ədəd böyük balış, 40 manat dəyərində 4 ədəd balaca balış, 300 manat dəyərində pakroval və pərdə dəsti, 30 manat dəyərində 12 ədəd qara maskura, 20 manat dəyərində 12 ədəd ağ maskura, 15 manat dəyərində 6 ədəd qara kasa, 10 manat dəyərində 6 ədəd ağ kasa, 20 manat dəyərində 1 ədəd fındıqçəkən, 150 manat dəyərində 4 ədəd çexol dəsti, 25 manat dəyərində 2 ədəd iki mərtəbə şirniyyat qabı, 20 manat dəyərində 3 ədəd şirniyyat tavası, 25 manat dəyərində 2 ədəd tefal kostorka dəsti, 60 manat dəyərində 1 ədəd böyük lüstür, 40 manat dəyərində 1 ədəd balaca lüstur, 20 manat dəyərində 1 ədəd mətbəx saatı, 20 manat dəyərində 12 ədəd ağ nimçə, 30 manat dəyərində çuğun kastorka, 10 manat dəyərində 6 ədədli çay süfrəsi, 100 manat dəyərində 8 ədəd süfrəlik, 30 manat dəyərində 1 ədəd xrustal güldan, 40 manat dəyərində 1 ədəd yaşıl güldan, 10 manat dəyərində 2 ədəd podnus, 10 manat dəyərində limon çəngəl və qabı dəsti, 25 manat dəyərində 1 ədəd qəndqabı, 50 manat dəyərində 8 ədəd nalçadan ibarət cehiz əmlakları və yaxud qətnamə icra olunan vaxt olmayan əmlakın dəyəri, ödənilmiş dövlət rüsumuna görə 131,44 manat alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-96/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-96/2024
19.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver