Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-973/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X3 07 noyabr 2003-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X8 29 sentyabr 2003-cü ildə anadan olmuş və 07 noyabr 2003-cü il tarixdə ev şəraitində vəfat etmişdir. Körpə ümumi 39 gün yaşamışdır. Qardaşı qəbirstanlığında dəfin olunmuş, lakin körpə olduğu üçün ona məzar daşı qoyulmamışdır. Qardaşının vəfatı ilə bağlı xəstəxanada və Qeydiyyat şöbəsində hərhansı qeydiyyat aparılmamışdır. Bu səbəbdən qardaşı mərhum X3 barəsində ölüm haqqında akt qeydi mövcud deyildir, onun vəfat etməsi ilə bağlı təsdiq edən şahidləri vardır. Ölüm faktının müəyyən olunması bəzi sənədləşmə işləri, vərəsəlik işlərinin aparılması üçün zəruriyyət var, lakin qardaşının vəfatı ilə bağlı Qeydiyyat şöbəsində ölüm aktı mövcüd deyildir. Ölüm faktın müəyyən edilməsi ilə bağlı müvafiq icra orqanına müraciət etmiş, orada bu məsələ ilə bağlı məhkəmə müraciət etməsi barədə ona izah olunmuşdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, mərhum qardaşı X3 07 noyabr 2003-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, 29 sentyabr 2003-cü ildə Bakı şəhərində anadan olmuş mərhum qardaşı X8 07 noyabr 2003-cü tarixdə Bakı şəhərində ölmüş və Kənd Əhmədli qəbiristanlığında dəfn olunmuşdur. Qardaşı qaraciyərində xəstəlik səbəbindən vəfat etmişdir. Qardaşını mərhum atası dəfn etmiş və dəfn mərasimində dostu Rafiq Xudaverdiyevlə birlikdə Şahid1 iştirak etmişdir, lakin Rafiq rəhmətə getmişdir. Ancaq Rafiqin qardaşı Eynulla adlı şəxs bildirmişdir ki, qardaşı Məmməd onların yaxın qohumlarının yanında dəfn olunmuşdur. Qeyd olununlara əsasən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Ərizəçi atası İkramla iş yoldaşı olmuşlar. O, Bakı şəhər Baş Polis idarəsində konvoy taborunda işləmiş, İkram isə əməliyyat müvəkkili olmuşdur. Eyni zamanda 2005-2006-cı illərdə Müslümün dayısı Raufla da, birlikdə işləmişlər. Onun İkramın ikinci oğlunun doğulmasından xəbəri olmamışdır, lakin sonradan bildirmişlər ki, uşaq ölmüşdür. Ona görə də, o, İkram və Əbülfət adlı iş yoldaşları ilə birlikdə uşağın dəfn yeri üçün Eynullanın qardaşı X1 yanına getmişlər. Onlar Rafiqin yanına kənd qəbirstanlığında dəfn üçün yerlərinin olması ehtimalı ilə getmişlər. Uşağı Rafiqin və onun dayısı oğlunun yanında Kənd Əhmədli qəbirstanlığında dəfn etmişlər. Lakin o, uşağın hansı səbəbdən rəhmətə getməsini bilməmişdir.
6. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi dayısıdır. Müslümün anası bacısı, Müslümün atası isə əmisi oğludur. O, bacıgildə qaldığı müddətdə evdə Müslümün oğlu Məmmədin özündən getdiyini görmüşlər və Müslüm uşağı özü götürüb xəstəxanaya aparmışdır. Xəstəxanada uşağın artıq keçindiyini bildirdikləri üçün Müslüm uşağı ordan aparıb dəfn edərək evə gəlmiş və uşaq öldüyü üçün dəfn etdiyini bildirmişdir. Müslüm həmin vaxt əsəbi olduğu üçün arvadını belə uşağın dəfn olunduğu qəbirstanlığa aparmamışdır.
İş materialları:
7. AZ-İ seriyalı 406034 nömrəli 11 oktyabr 2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 sentyabr 2003-cü ildə Sumqayıt şəhərində doğulmuş, atası X5, anası X6r.
8. 3028705 nömrəli Doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X2 və X4 29 sentyabr 2003-cü ildə Bakı şəhəri Nizami rayonu 7 saylı doğum evində oğlan uşağı doğulmuşdur.
9. AZ-İİ seriyalı 447434 nömrəli 26 oktyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 oktyabr 2024-cü il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında kitabında 08 oktyabr 2024-cü il tarixdə 501 № ilə qeyd edilmişdir.
10. AZ-İİ seriyalı 003797 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında 13 sentyabr 2001-ci il tarixdə Sumqayıt şəhər “Nikah evin”də nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 611 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Məmmədova” soyadını qəbul etmişdir.
11. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 12 fevral 2025-ci il tarixli 18-1-60/2-M-125-31-107/2025 saylı arayışından görünür ki, X3 ölməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.
12. Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, 13 fevral 2025-ci il tarixdə Ərizəçi vəfat etmiş qardaşının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ölmüş şəxsin qohumlarının, onun qonşularının və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi, yəni ölüm haqqında həkim arayışı və plüm haqqında feldşer arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin 07 may 2025-ci ildə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəi aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Məmməd Məmmədovun doğumu istisna olmaqla onun barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydinə dair hər hansı məlumat aşkar edilməmişdir.
14. Masallı Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinin 13 may 2025-ci il tarixli məktubundan görünür ki, 06 oktyabr 2024-cü ildə vəfat etmiş X2 adına «ASAN Xidmət» Mərkəzində notariat ofisində 29 oktyabr 2024-cü il tarixində 8v/448 reyestrli vərəsəlik işi açılmış, lakin şəhadətnamə verilməmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, X8 29 sentyabr 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. X8 07 noyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Kənd Əhmədli qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X3 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
20. Göründüyü kimi X3 07 noyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 sentyabr 2003-cü ildə Bakı şəhərində anadan olmuş X3 07 noyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
23. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi: Ərizə təmin olunsun. 29 sentyabr 2003-cü ildə Bakı şəhərində anadan olmuş X3 07 noyabr 2003-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov