Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-996/2023 11.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz və birgə nikah dövründə əldə olunmuş əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz və birgə nikah dövründə əldə olunmuş əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada gəlin köçərkən ona hədiyyə kimi verilən cehiz əmlakları-mebel dəsti-5000 manat, paltaryuyan LG-650 manat, televizor LG-550 manat, tozsovuran qalaksi-50 manat, ətçəkən qalaksi- 150 manat, şirəçəkən heins-100 manat, blendr-50 manat, duxovka-80 manat, ləpəçəkən- 30 manat, salatdoğrayan maşın-20 manat, soğançəkən maşın-8 manat, termuz 4 litr-25 manat, 2 ədəd 1 litrlik termuz-25 manat, tefal dəsti 5 parça-150 manat, tefal tava 2 ədəd- 40 manat, kasturka 3 ədəd-40 manat, çuqun vedrə 2 ədəd-30 manat, çuqun tabağ 1 ədəd- 25 manat, çuqun qafadan-40 manat, nerjavik tabaq 2 ədəd-20 manat, tian 2 ədəd-70 manat, teşt qapaqlı 2 ədəd-50 manat, aşsüzən 2 ədəd-20 manat, ləyən plastik 5 ədəd-35 manat, aftafa ləyən 1 ədəd-10 manat, zibilqabı-10 manat, paltar səbəti-10 manat, paltar asan setka-30 manat, padnos naboru-40 manat, təkli padnos 2 ədəd-15 manat, kabab şişi 6 ədəd-6 manat, qaşıq çamadan 12 nəfərlik-70 manat, bıçaq 5 ədəd-10 manat, meyvə bıçağı 12 ədəd-4 manat, qayçı bıçaq naboru 3 parça-10 manat, qozsındıran 1 ədəd-3 manat, tyorka 1 ədəd-3 manat, kartofəzən-3 manat, kartofkəsən-2 manat, kəpkir-3 manat, çömçə yemək-3 manat, dağ qaşığı 2 ədəd-4 manat, salat taxtası-4 manat, ələk-2 manat, çörəkqabı-2 ədəd-10 manat, ütü-30 manat, ütü stolu-50 manat, şpilka vedrəsi-36 ədəd şpilka-10 manat, paltar asqısı 6 ədəd-6 manat, plastik çömçə-2 manat, saat-30 manat, güzgü-20 manat, güldan 1 ədəd-50 manat, konfetqabı 2 ədəd-100 manat, qəndqabı 4 ədəd-20 manat, meyvəqabı 4 ədəd-50 manat, ləpəqabı 2 ədəd-20 manat, mürəbbəqabı 6 ədəd-6 manat, külqabı 3 ədəd-15 manat, salfetkaqabı 2 ədəd-8 manat, tortqabı naboru 7 ədəd-15 manat, servis naboru-250 manat, rumka 4 dəst-100 manat, xurustal stəkannəlbəki ədədlik-30 manat, 36 ədəd stəkan 36 ədəd nəlbəki-50 manat, armudu çaşka nəlbəki 6 ədəd-10 manat, şüşə çaşka 6 ədəd-5 manat, plov tarelkası 24 ədəd-24 manat, souz tarelkası 24 ədəd-24 manat, kabab tarelkası 24 ədəd-24 manat, salat tarelkası 24 ədəd-24 manat, kasa 12 ədəd-12 manat, masqura 12 ədəd-12 manat, bulud 4 ədəd-20 manat, lüstür 1 ədəd-55 manat, pərdə 2 pəncərə 1 qapı-180 manat, xalça 1 ədəd-150 manat, masa örtüsü klonka-36 manat, süfrə 1 ədəd-10 manat, şirniyyatqabı-30 manat, çay dəsmalı 6 ədəd-20 manat, əl-üz dəsmalı 10 ədəd-80 manat, əl-üz dəsmalı naboru-10 manat, qətifə 6 ədəd-80 manat, pastel 4 dəst-100 manat, taxt örtüyü-150 manat, adyal 3 ədəd-100 manat, yorğan döşək 5 dəst-500 manat, yastıq 12 ədəd-150 manat, nalça 14 ədəd-140 manat, krafat uşaq üçün-250 manat, dolab-30 manat, vanna naboru-30 manat, kalyaska-190 manat, qızıl-zinət əşyaları-nişan üzüyü 1 ədəd 4 qram 583 əyyarlı-320 manat, üzüklər 3 ədəd hər biri 3 qram cəmi 9 qram 583 əyyarlı-720 manat, sep 1 ədəd 25 qram 583 əyyarlı-2000 manat, bilərzik 1 ədəd 3 qram 583 əyyarlı-240 manat, sep 1 ədəd 6 qram 583 əyyarlı-480 manat, bilərzik 1 ədəd 6 qram 583 əyyarlı-480 manat, uşaq bilərziyi 1 ədəd 2 qram 583 əyyarlı-160 manat və ya onların dəyəri olan pulun, eləcədə bir baş inək və onun balasının və ya onun dəyəri olan 2000 manatın və birgə nikah dövründə inşa edib təmir edilmiş fərdi yaşayış evinin tikinti və təmir xərclərinə çəkimiş 30000 (otuz min) manat pulun yarısı olan 15000 (on beş min) manatın və ödənilmiş 187 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə cehiz əşyaları, həmçinin nişan üzüyü, adi üzük, sep, bilərzik və uşaq bilərziyi ona qaytarılmışdır. Odur ki, cavabdehlərdən 2000 manat dəyərində 25 qramlıq sep, 480 manat dəyərində olan 6 qramlıq bilərzik, hər biri 3 qramlıq olan 2 ədəd üzükdən ibarət qızıllar, 1 baş inək və balasının dəyəri olan 2000 manat pulun, fərdi yaşayış evinin dəyərinin (30000 manat) yarısı olan 15000 manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əri Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı ildə X3 və xx.xx.2020-ci ildə X4 adlı iki övladları doğulmuşdur. Övladları onun himayəsindədir. Cavbadehlər ailədaxili münaqişələr zəminində faktiki olaraq uzun müddətdir ki, ayrı yaşayırlar. Məhkəmə qaydasında nikahları pozulmuşdur. O, gəlin köçdüyü vaxt onun valideynləri, qohumları tərəfindən müxtəlif cehiz-əmlak və toy hədiyyəsi kimi həm valideynləri, qohumları həm də, oğlan evi tərəfindən qızı-zinət əşyaları verilmişdir. Lakin cavabdehlə ailə münasibətləri kəsildiydən və ayrıldıqdan sonra həmin əmlakları cavabdehin evində qalmışdır. Əmlaklarını tələb etsə də cavabdehlər ona verilmiş cehiz-əmlak və toy hədiyyəsi olaraq verilmiş qızı-zinət əşyalarını ona qaytarmamışdır. Cavabdehlərə dəfələrlə müraciət etsə də, əmlaklarını (qızıl və cehiz) ona verməmişlər. Cehiz əmlakları-mebel dəsti-5000 manat, paltaryuyan LG-650 manat, televizor LG-550 manat, tozsovuran qalaksi-50 manat, ətçəkən qalaksi-150 manat, şirəçəkən heins-100 manat, blendr-50 manat, duxovka-80 manat, ləpəçəkən-30 manat, salatdoğrayan maşım- 20 manat, soğançəkən maşın-8 manat, termuz 4 litr-25 manat, 2 ədəd 1 litrlik termuz-25 manat, tefal dəsti 5 parça-150 manat, tefal tava 2 ədəd-40 manat, kasturka 3 ədəd-40 manat, çuqun vedrə 2 ədəd-30 manat,çuqun tabağ 1 ədəd-25 manat, çuqun qafadan-40 manat, nerjavik tabaq 2 ədəd-20 manat, tian 2 ədəd-70 manat, teşt qapaqlı 2 ədəd-50 manat, aşsüzən 2 ədəd-20 manat, ləyən plastik 5 ədəd-35 manat, aftafa ləyən 1 ədəd-10 manat, zibilqabı-10 manat, paltar səbəti-10 manat, paltar asan setka-30 manat, padnos naboru-40 manat, təkli padnos 2 ədəd-15 manat, kabab şişi 6 ədəd-6 manat, qaşıq çamadan 12 nəfərlik-70 manat, bıçaq 5 ədəd-10 manat, meyvə bıçağı 12 ədəd-4 manat, qayçı bıçaq naboru 3 parça-10 manat, qozsındıran 1 ədəd-3 manat, tyorka 1 ədəd-3 manat, kartofəzən-3 manat, kartofkəsən-2 manat, kəpkir-3 manat, çömçə yemək-3 manat, dağ qaşığı 2 ədəd-4 manat, salat taxtası-4 manat, ələk-2 manat, çörəkqabı-2 ədəd-10 manat, ütü-30 manat, ütü stolu-50 manat, şpilka vedrəsi-36 ədəd şpilka-10 manat, paltar asqısı 6 ədəd-6 manat, plastik çömçə-2 manat, saat-30 manat, güzgü-20 manat, güldan 1 ədəd-50 manat, konfetqabı 2 ədəd-100 manat, qəndqabı 4 ədəd-20 manat, meyvəqabı 4 ədəd-50 manat, ləpəqabı 2 ədəd-20 manat, mürəbbəqabı 6 ədəd-6 manat, külqabı 3 ədəd-15 manat, salfetkaqabı 2 ədəd-8 manat, tortqabı naboru 7 ədəd-15 manat, servis naboru-250 manat, rumka 4 dəst-100 manat, xurustal stəkan-nəlbəki ədədlik-30 manat, 36 ədəd stəkan 36 ədəd nəlbəki-50 manat, armudu çaşka nəlbəki 6 ədəd-10 manat, şüşə çaşka 6 ədəd-5 manat, plov tarelkası 24 ədəd-24 manat, souz tarelkası 24 ədəd-24 manat, kabab tarelkası 24 ədəd-24 manat, salat tarelkası 24 ədəd-24 manat, kasa 12 ədəd-12 manat, masqura 12 ədəd-12 manat, bulud 4 ədəd-20 manat, lüstür 1 ədəd-55 manat, pərdə 2 pəncərə 1 qapı-180 manat, xalça 1 ədəd-150 manat, masa örtüsü klonka- 36 manat, süfrə 1 ədəd-10 manat, şirniyyatqabı-30 manat, çay dəsmalı 6 ədəd-20 manat, əl-üz dəsmalı 10 ədəd-80 manat, əl-üz dəsmalı naboru-10 manat, qətifə 6 ədəd-80 manat, pastel 4 dəst-100 manat, taxt örtüyü-150 manat, adyal 3 ədəd-100 manat, yorğan döşək 5 dəst-500 manat, yastıq 12 ədəd-150 manat, nalça 14 ədəd-140 manat, krafat uşaq üçün- 250 manat, dolab-30 manat, vanna naboru-30 manat, kalyaska-190 manat olmaqla, cəmi 10918 manatdır. Qızıl-zinət əşyaları-nişan üzüyü 1 ədəd 4 qram 583 əyyarlı-320 manat, üzüklər 3 ədəd hər biri 3 qram cəmi 9 qram 583 əyyarlı-720 manat, sep 1 ədəd 25 qram 583 əyyarlı-2000 manat, bilərzik 1 ədəd 3 qram 583 əyyarlı-240 manat, sep 1 ədəd 6 qram 583 əyyarlı-480 manat, bilərzik 1 ədəd 6 qram 583 əyyarlı-480 manat, uşaq bilərziyi 1 ədəd 2 qram 583 əyyarlı-160 manat olmaqla, cəmi 4400 manatdır. Həmçinin o, cavabdehin evində yaşadığı zaman atası hədiyyə olaraq ona bir baş balalı inək hədiyyət etmişdi ki, həmin inək və balasıda hazırda cavabehin evində qalmaqdadır. Cavabdeh atasının ona hədiyyə etdiyi inəyi və balasınıda ona qaytarmamışdır. Hazırda həmin inəyin balası ilə birlikdə orta bazar qiyməti təxminən 2000 manat edəcəkdir. Çünki inəyin balası artıq böyümüşdür. Eləcədə birgə nkah dövründə cavabdeh Rusiflə özlərinə yaşamaq üçün fərdi yaşayış evi inşa etmişlər və təmir etdirmişlər. Tikinti və təmir işlərinə 30000 (otuz min) manat pul xərclənmişdir. Odur ki, qeyd edilən cehiz-əmlakların və birgə nikah dövründə əldə edilmiş əmlakların və ya onların dəyərinin 1/2 hissəsi cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlər tərəfindən qızılların çox hissəsi və cehiz əşyaları məhkəmə gedişində qaytarılmışdır. Digər qızılzinyət əşyaları, inək və onun balası, tikilmiş evin dəyərinin yarısı hissəsində isə əmlaklar alınıb verilməmişdir, odur ki, iddianın həmin hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 oğli məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlər tərəfindən qızılların bir hissəsi və cehiz əşyaları məhkəmə gedişində qaytarılmışdır, digər qızıl-zinyət əşyaları, inək və onun balası, tikilmiş evin dəyərinin yarısı hissəsində isə əmlaklar alınıb verilməmişdir, odur ki, iddianın həmin hissədə təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin qalan hissədə təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının cehiz əşyaları və qızıl-zinət əşyaları iddiaçıya təhvil verilmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, oğlu Rusif vaxtaşırı onlara pul göndərmiş, göndərilmiş pulla iddiaçının və özlərinin tələbatları qarşılanmışdır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əmlaklardan iddiaçıya məxsus cehiz əmlakları hamısı geri qaytarılmışdır. İddiaçıya məxsus qızıllardan ikisi qalmış, qalanları isə geri qaytarılmışdır. Qeyd edilən qızıllarının qaytarılmamasının səbəbi odur ki, qeyd edilən qızıllar satılaraq uşağın müalicə xərcləri qarşılanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan zərgər-ekspert Abdullazadə Yaşar və “Almaz” qızıl dükanının direktoru Şəfa Qafarova tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının indiki bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair rəydən görünür ki, 4 qram çəkidə, 583 əyarlı nişan üzüyü dəyəri-320 manat, 9 qram çəkidə, 583 əyarlı üzüklər (hər biri 3 qram) dəyəri-720 manat, 25 qram çəkidə, 583 əyarlı sep dəyəri-2000 manat, 3 qram çəkidə, 583 əyarlı bilərzik dəyəri-240 manat, 6 qram çəkidə, 583 əyarlı sep dəyəri-480 manat, 6 qram çəkidə, 583 əyarlı bilərzik dəyəri-480 manat, 2 qram çəkidə, 583 əyarlı uşaq bilərziyi dəyəri-160 manat olmaqla, cəmi dəyərləri 4400 manat məbləğindədir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-64/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı aralarında Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 18 may 2016-cı il tarixli, 323 saylı nikah pozulması, tərəflərin birgə nikahdan 28 dekabr 2016-cı ildə doğulmuş X3 və 07 noyabr 2020-ci ildə doğulmuş X4 adlı uşaqları anaları İddiaçı yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh1 hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 mart 2023-cü il tarixli, 5-66-8/2-30/23 nömrəli arayışından görünür ki, Masallı rayon Yeni Zuvand kənd sakini Cavabdeh2 verdiyi məlumata əsasən Masallı rayon Yeni Zuvand kəndində ona məxsus həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsində oğlu X8 2020-ci il tarixdə özü üçün ümumi sahəsi 264 kv.m olan iki mərtəbəli 5 otaqlı fərdi yaşayış evi tikmişdir. Qeyd edilən ev X5 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə X6 tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh2 tərəfindən ona 2021-ci ilin qış aylarında qara rəngdə düyə satmışdır. Düyə ona 390 manata satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh3 tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı məxsus cehiz əmlaklarını istədiyi vaxt götürə bilər. Həmçinin, 1-ci sırada qeyd edilmiş nişan üzüyü oğlu Rusifə hədiyyə edilmişdir. 2-ci sırada olan 3 üzükdən birini Türkan üç il öncə itirmişdir. 2 ədəd üzük isə hazırda onlardadır. 3-cü və 4-cü sırada göstərilən sep və bilərzik ona, yəni Vəciyəyə məxsus olmuşdur və istifadə edilməsi üçün Türkana verilmişdir. Həmin sep və bilərziyi nəvəsi Kazım xəstə olan zaman köhnə bazarda 700 manata satmışdır və uşağın müalicəsinə xərcləmişlər. 5,6 və 7-ci sırada qeyd edilmiş qızıllarda onlara məxsus evdədir və məhkəmədə təqdim etmişlər. Həmçinin, onların özlərinə məxsus 70 başa qədər qoyunları, Türkanın atası tərəfindən verilmiş inək və inəyin balası satılaraq nəvəsi Kazımın müalicə xərclərinə ödənilmişdir. İnək 390 manata, dananı isə 400 manata satmışdır. Həmçinin, Türkan tərəfindən mübahisələndirilən ev oğlu Roman tərəfindən tikilmiş və Romana məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Yüzbaşov Şamo Gülhəsən oğlu tərəfindən verilmiş izahatdan görünür ki, Roman onunla əlaqə saxlayaraq atası Cavabdeh2 həyətində özünə məxsus tikdiyi yaşayış evinin suvağını vurmasını xahiş etmişdir. O, Romanla razılaşmış və həmin evin ikinci mərtəbəsinin suvağını vurmuşdur. Raman ona suvaq işinə görə 700 manat pul vermişdir. Pulun 300 manatını Romanın atası Vaqif, qalanın isə Roman özü vermişdir. Digər pul məsələlərini Roman özü onunla etmiş və evin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Masallı rayon bazarının direktoru M.R.Həşimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 42 nömrəli arayışdan görünür ki, X7 şifahi sorğusuna əsasən 2-ci qarın doğmuş diri çəkisi 300-350 kq, yanında 120 kq diri çəkili erkək cins balası olan, yanıbalalı heyvanın orta bazar qiyməti alıcılar və satıcılar arasında 2500 manat olaraq dəyərləndirilmişdir. İş materiallarında olan Masallı rayon məhkəməsində tərəflərin özləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsinin icraatında olan 2(050)-996/2023 saylı iş üzrə iddia predmeti olan qızıl-zinyət əşyalarından 1 ədəd nişan üzüyü, 1 ədəd digər üzük, 1 ədəd uşaq bilərziyi, 1 ədəd 3 qramlıq bilərzik və 1 ədəd 6 qramlıq sepi cavabdehlər təqdim etmiş və iddiaçı həmin qızılları qəbul etmişdir. İş materiallarında olan Masallı rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə əmlakların olduğu borclular Masallı rayonu yeni Zuvand kəndində yerləşən evdən qızıl-zinyət əşyalarından başqa icra sənədində tələbkara məxsus cehiz əmlaklar tam şəkildə icra sənədi üzrə tələbkar İddiaçı təhvil verilmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iş üzrə iddia predmenti olan qızılzinyət əşyalarından 1 ədəd nişan üzüyü, 1 ədəd digər üzük, 1 ədəd uşaq bilərziyi, 1 ədəd 3 qramlıq bilərzik və 1 ədəd 6 qramlıq sepi naturada cavabdehlər təqdim etmiş və iddiaçı həmin qızılları qəbul etmişdir, həmçinin Masallı rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da müəyyən edildi ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə əmlakların olduğu borclular Masallı rayonu Yeni Zuvand kəndində yerləşən evdən qızıl-zinyət əşyalarından başqa icra sənədində tələbkara məxsus cehiz əmlaklar tam şəkildə icra sənədi üzrə naturada tələbkar İddiaçı təhvil verilmişdir. Məhkəmə iddia tələbinin evin dəyərinin yarı pulunun alınması, bir baş inək və balasının alınıb verilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Masallı rayonu Güllütəpə Bələdiyyəsinin ərazisində yaşayan X5 Yeni Zuvand kəndində fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 500.0 kv.m torpaq sahəsinin Planından görünür ki, Masallı rayonu Güllütəpə Bələdiyyəsinin ərazisində yaşayan X5 Yeni Zuvand kəndində fərdi yaşayış evi tikilisi üçün nəzərdə tutulan 500.0 kv.m torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) tələblərinə müvafiq olaraq nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.1, 36.3-36.5). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müavif olaraq ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətindədir.(maddə 225.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir.(maddə 225.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hal-hazırda özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Məhkəmə mübahisəli məsələ ilə bağlı qeyd edir ki, iddiaçının tələb etdiyi əşyalardan 480 manat dəyərində olmaqla hər biri 3 qramlıq olan 2 ədəd üzükdən ibarət qızıllar cavabdehlər tərəfindən etiraf edildiyindən həmin əşyaların mövcud olması və onların hazırda cavabdehlərə məxsus evdə yerləşməsi işin mübahisəsiz halıdır. Həmçinin Cavabdeh3 tərəfindən etiraf edilən 25 qramlıq sep, 6 qramlıq bilərzik hissədə iddia təmin edilməməlidir. Belə ki, qeyd edilən qızıllar Cavabdeh3 məxsus olmuşdur, iddiaçı həmin qızılların ona verilməsi və məxsus olması barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının cavabdehlərdən “1 ədəd inək və balasının dəyəri olan 2000 manat” hissədə tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh3 etirafına əsasən 1 baş inək və balasının olması öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçının gəlin köçdükdən sonra atası Şaiq tərəfindən iddiaçıya hədiyyə edilmiş 1 baş balalı inəyin iddiaçının cavabdehlərə məxsus evdən getdikdən sonra satılması sübuta yetirilir. Həmçinin iddiaçı iddia edir ki, 1 baş inək və balasının ümumi dəyəri 2000 manat məbləğindədir. Heyvanın dəyərinə dair isə Masallı rayon bazarının direktoru tərəfindən tərtib edilmiş 08 aprel 2023-cü il tarixli arayışı sübut kimi təqdim edir. Cavabdeh Vəciyə isə həmin iki baş heyvanı, yəni bir baş inəyin 390 manata, dananın isə 400 manata satıdığını bildirmişdir. X6 yazılı izahatında bildirmişdir ki, cavabdeh Vaqif tərəfindən 2021-ci ildə qara rəngli düyəni 390 manata almışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə X1 izahatı cavabdehin vermiş olduğu izahatla eynilik təşkil etdiyindən 1 baş inəyin qiyməti 390 manat olması öz təsdiqini tapır. Həmçinin, 1 baş dananın dəyəri iddiaçının tələbi, cavabdeh Vəciyənin izahatı, Masallı rayon bazarının direktoru tərəfindən verilmiş 08 aprel 2023-cü il tarixli arayışın qarşılıqlı təhlili nəticəsində məhkəmə 1 baş dananın qiymətinin 1000 manat müəyyən edilməsini qanuna müvafiq hesab edir. Odur ki, həmin heyvanların satılmış olmaqla hazırda mövcud olmamaları nəzərə alınmalı, hər bir heyvanın dəyəri təqdim etdiyi sübuta əsasən qiymətləndirilməklə, bir baş inəyin dəyəri 390 manat və 1 baş dananın dəyəri 1000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının cavabdehlərdən “fərdi yaşayış evinin dəyərinin (30000 manat) yarısı olan 15000 manat pulun” alınaraq ona verilməsi hissəsində qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evi Masallı rayonu Güllütəpə Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Planla müəyyən edilir ki, ərazisində yaşayan X5 Yeni Zuvand kəndində fərdi yaşayış evi tikilisi üçün nəzərdə tutulan 500.0 kv.m torpaq sahəsi verilmişdir. Belə olan halda iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin iddiaçının əri Rusifə deyil, qaynı Romana məxsus olması öz təsdiqini tapır. Bu səbəbdən iddia qeyd edilən hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri 3 qram olan 583 əyyarlı 2 ədəd qızıl üzük və ya dəyəri 480 manat alınaraq İddiaçı verilməli, həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1 baş inək və ya dəyəri 390 (üç yüz doxsan) manat və 1 baş dana və ya dəyəri 1000 (bir min) məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada hər biri 3 qram olan 583 əyyarlı 2 ədəd qızıl üzük və ya dəyəri 480 manat alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1 baş inək və ya dəyəri 390 (üç yüz doxsan) manat və 1 baş dana və ya dəyəri 1000 (bir min) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-996/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-996/2023
11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver