Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1009/2021 27.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun vəkili- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X5, Cavabdeh: Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili- Fərdi qaydada fəaliyyət göstərən X6 iştirakı ilə İddiaçı cavabdehlər, X7 qarşı «Əmlak» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1.Mingəçevir şəhəri Təbriz küçəsi 23 saylı evin 4 otaqlı 3 saylı mənzilinin təmirinə çəkilmiş 15000 (on beş min) manat vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 2.Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paıtar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədə stul, jurnal stolu, mətbəx stolu və 2 tabuterdən iabrət 7 adda ev əşyalarının özünün X2, 3. Çəkisi 39.7, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özünün cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 4. Dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəməyə “Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin azaldılmasına dair” ərizə təqdim edərək, o, Cavabdeh1, Cavabdeh2 qarşı tələbinin Mingəçevir şəhəri Təbriz küçəsi 23 saylı evin 4 otaqlı 3 saylı mənzilinin təmirinə çəkilmiş 15000 (on beş min) manat vəsaitin alınması hissəsini azaltmışdır. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh1 onun qaynanası, Cavabdeh2 qaynatasıdır. Cavabdeh3 isə Naim Mehdiyevin xalası Bəsti Qəhrəmanovanın əridir. O, cavabdehlər Gülnarə və Cavabdeh2lərin oğlu X13 ilə 19 fevral 2014-cü ildə nikaha girmişdir. Evləndikdən sonra Naim Mehdiyevin qeydiyyatda olmaqla yaşadığı Mingəçevir şəhəri Təbriz küçəsi ev 23, mənzil 14-ə gəlin köçmüşdür. Birgə evlilikdən onların 11 mart 2015-ci ildə Əbəlfəz, 13 may 2018-ci ildə Mədinə adlı uşaqları olmuşdur. X38 06 may 2020-ci ildə vəfat etmişdir. O vəfat edikdən sonra 2 azyaşlı uşağı onun himayəsində qalmışdır. 1. X38 vəfat edənə qədər fiziki şəxs kimi sahibkarlıqla, yəni dönər və sair satışı ilə məşğul olmuşdur. 22 aprel 2013-cü ildən o, vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Onlar ailəlikcə Mingəçevir şəhər Təbriz küçəsi 23 saylı evin, 14 saylı mənzilində yaşamışlar və ona məxsus cehiz əşyalarının həmin mənzilə yerləşdirilmişdir. Ancaq Gülnarə və Cavabdeh2lərin Mingəçevir şəhəri Təbriz küçəsi ev 23, mənzil ünvanda 4 otaqlı təmirsiz mənzilləri də vardır. Onlar ailə qurduqdan sonra onlar onlara təklif etmişlər ki, həmin ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzili təmir edib oraya köçsünlər. Bu səbəbdən əriylə birgə olan qazanclarını, həmçinin atası Elbrus Süleymanovun onlara hissə-hissə bağışladığı 3500 ABŞ dolları və 100000 (bir yüz min) rubl vəsaiti heç nə düşünmədən ora sərf etməyə başlamışlar. Mənzildə təmir divar, pol, suvax qapı-pəncərə, kommunal xətlər sökülməklə başlamışdır. Evin bir divarları qaldıqdan sonra hissə-hissə həmin evin təmirinə başalmışlar. 300 kv.metr sahəsinin suvaxı, 95 kv.metr şpaklyovkanın vurulmasının zəhməthaqqını Naimdən alaraq ustaya Cavabdeh2 ödəmişdir. Polu vurmaq istədikdə isə vəsait olmadığından Cavabdeh1 onun qızıllarını banka girov qoyaraq 2000 manat kredit götürmüş və evin polunun vurulmasına xərclənmişdir. Evdə görülmüş digər təmir işlərini Cavabdeh2 əri vəfat etdikdən sonra xərcləmişdir. ünvan 1 ünvanda yerləşən Cavabdeh1 adına olan mənzilə onun razılığı ilə 15000 manatdan artıq vəasit xərcləmişlər. X26 etdiyindən cavabdehlər onun vəsaiti hesabına əsassız varlanmışlar. Hazırda da varlıdırlar. Halbu ki, evin təmiri başa çatdıqdan sonra onlar həmin evə köçməli imişlər, evi isə oğlu Naimə bağışlayacağını vəd vermişlər. 2. Qaynanası Cavabdeh1 evin təmiri üçün 2000 manat kredit götürərkən ona məxsus toy zamanı hədiyyə edilmiş sep və bilərziyi, nişan üzüyünü banka girov qoymuşdur. 19 fevral 2021-ci ildə kredit ödənişi başa çatsa da, Cavabdeh1 ona məxsus qızıllarını geri qaytarmamışdır. Bildiyi qədər həmi qızılları yenidən banka girov qoyaraq kredit götürmüşdür. Həmin qızıllar bunlardır: 1. Boyunbağı yolka- çəkisi 39.7, əyarı 583. 2. Qolbağı- çəkisi 11 qram, əyarı 583. 3. Nişan üzüyü- çəkisi 5.9 qram, 750 əyarı, 1.5 karat . Qızılları bank tərəfindən 19 fevral 2020-ci ildə 4056 manat qymətləndirilmişdir.
3. Ancaq qaynanası hədsiz müdaxiləsi olması səbəbindən özlərinə kənar yerdə ev alamaq qərarına gəlmişlər. 2019-cu ildə ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzili satın almışlar. Ancaq sosial almaq məqsədilə həmin mənzili Naim Mehdiyevin xalasının əri Cavabdeh3 adına almışlar. Mənzil tam boş vəziyyətdə olduğundan həmin mənzilə birgə qazancları hesabına Madeyra mebel mağazasından yataq dəsti, televizor altlığı. Arçelik mağazasından İndezit markalı paltaryuyan, divan. Stol-stul, jurnal stolu, mətbəx stolu və 2 ədəd taburet satın alıb ora yerləşdirmişlər. Həmin əşyalar bunlardır: 1. Marsel TV altlığı 2. Seville dəst- paltar dolabı, kamod, trümo, çarpayı 3. İndezit markalı paltaryuyan -600 manat 4.Divan 5.Stol və 6 ədəd stul 6. Jurnal stolu 7. Mətbəx stolu və 2 taburet. Hazırda həmin əşyaları götürməyə Cavabdeh1 icazə vermir, Cavabdeh3 isə bu işə qarışmaq istəmədiyini bildirir. 4. Həmçinin X38 vəfat edənə qədər Mingəçevir şəhərində müxtəlif yerlərdə dönər, popkorn, şirin pambıq satışı ilə məşğul olmuşdur. Bu səbəbdən onun istifadəsində mülkiyyətində olan dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzədə tutulmuş 3 stol, 12 stul olmuş və ondan miras qalmışdır. Ancaq həmin əmlaklarını da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarmır. Onların Cavabdeh1 evinin təmirinə çəkilmiş vəsait hazırda ona qaldığından onda çəkdikləri zəhmətin, gördükləri işin dəyərini tələb edir. Həmçinin özünə və ərindən miras qalmış əmlaklarını, uşaqlarının haqqını tələb edir. Ona görə də məhkəmədən 1. Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 tabuterdən iabrət 7 adda ev əşyalarının özünün X2, 2. Çəkisi 39.7, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özünün cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3. Dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özünün cavabdehlər Cavabdeh2, Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X14 məhkəmə iclası zamanı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasına verdiyi izahatında göstərmişdir ki, X37 iddiaçı X12 ilə 19 fevral 2014-cü il tarixdə nikaha girmişdir. Onların nikahından 11 mart 2015-ci il təvəllüdlü Əbəlfəz, 13 may 2018-ci il təvəllüdlü Mədinə adlı nəvələri olmuşdur. X37 06 may 2020-ci il tarixdə vəfat etmişdir. Divan özünün olmuşdur və müvəqqəti olaraq oğluna vermişdir. İddia tələbində qeyd olunmuş aparatları ona hədiyyə deyil, işlətmək üçün müvəqqəti olaraq verilmişdir. Oğlunun ölümündən 9 gün sonra Samirə getmişdir. Ona görə də Samirə oğlunun ruhuna hörmət edib divanı geri qaytarmır. Popkorn və pambıq aparatlarını qaytarmağa razıdır. Qızıl-zinət əşyaları arasında “Tros” olmayıb, yalnız “Yolka” olmuşdur. Məhkəmədən qətnamə çıxarərkən izahatında göstərdiyi halları nəzərə almasını və iddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili X15 izahatında cavabdehin izahatında göstədiyi xüsusatları təsdiq edib məhkəmə iclası zamanı iddianın qismən təmin olunmasını xahiş etdi. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, 07 noyabr 1989-cu il təvəllüdlü X8 atası kimi Cavabdeh2 və anası kimi isə Cavabdeh1 qeyd edilmişdir. İşə əlavə olunmuş RX Seriyalı, 051446 №-li DƏDRX-nın çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi, tam mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata lınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, 11.03.2015ci il təvəllüdlü X16 və 13.05.2018-ci il təvəllüdlü X17 adlı uşaqların ataları kimi X13 və anaları kimi isə X3 qeyd edilmişdir. İşə əlavə olunmuş Nikah haqqında şəhadətnamənin sürətindən görünü ki, 07 noyabr 1989cu il təvəllüdlü X13 ilə 16 avqust 1990-cı il təvəllüdlü X3 arasında nikah 19 fevral 2019 –cu il tarixdə X24 65 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandırdaq sonra arvada ərin soyadı verilmişdir. İşə əlavə olunmuş AZ-İİ № 080056 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 06 may 2020-ci il tarixdə Qaraciyərin dəqiqləşdirilməmiş toksiki zədələnməsi səbəbindən Bakı şəhəri, Yasamal rayonunda ölmüşdür. İşə əlavə olunmuş "xxxx" ASC-nin 062 №-li 13 yanvar 2021-ci il tarixli cavab məktubundan görünür ki, mərhum X8 "xxxx" ASC-nin Mingəçevir filialında 3 sayda, 25.8 qr qızıl-zinət əşyaları:
1. Kişi üzüyü- 1 ədəd (750 əyyar, 3.7 qr), 2. Qolbağı- 1 ədəd (583 əyyar, 19 qr), 3. Kişi üzüyü- 1 ədəd (585 əyyar, 3.1 qr) vardır. İşə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi X10r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" ASC Mingəçevir filialının 062 №-li 13 yanvar 2021-ci il tarixli məktubuna əsasən mərhum X8 girov qoyduğu Kişi üzüyü (1 ədəd-750 əyyar, 3.7 qr), Qolbağı (1 ədəd- 583 əyyar, 19 qr), Kişi üzüyü( 1 ədəd- 585 əyyar, 3.1 qr) qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi X11r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" ASC Mingəçevir filialının 062 №-li 13 yanvar 2021-ci il tarixli məktubuna əsasən mərhum X8 girov qoyduğu Kişi üzüyü (1 ədəd-750 əyyar, 3.7 qr), Qolbağı (1 ədəd- 583 əyyar, 19 qr), Kişi üzüyü( 1 ədəd- 585 əyyar, 3.1 qr) qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak "xxxx" ASC Mingəçevir filialının 062 №-li 13 yanvar 2021-ci il tarixli məktubuna əsasən mərhum X8 girov qoyduğu Kişi üzüyü (1 ədəd-750 əyyar, 3.7 qr), Qolbağı (1 ədəd- 583 əyyar, 19 qr), Kişi üzüyü( 1 ədəd- 585 əyyar, 3.1 qr) qızılzinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Gigiyena və Epidemilogiya Mərkəzinin 174 №-li 17 aprel 2013-cü il tarixli sanitar-gigiyenik rəyindən görünür ki, fiziki şəxs X13 təəfindən təşkil edilmiş dönər satışı bütün göstəricilərə görə sanitar normalara uyğun gəldiyi üçün onun fəaliyyətinə Gigiyena və Epidemilogiya Mərkəzi etiraz etmir. İşə əlavə olunmuş Borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında 07.06.2021-ci il tarixli protokoldan görünür ki, üzərinə həb qoyulmuş əmlaklar : 1. 1 ədəd Marsel tv altlığı 2. Seville yataq dəsti 3. 3 ədəd paltar dolabı, kamod 4. 1 ədəd divan 5. 1 ədəd stol və 6 ədəd stul 6. 1 ədəd junal stolu 7. 1 ədəd mətbəx stolu və 2 taburet. İşə əlavə olunmuş "xxxx" ASC-in 3/2 №-li 07 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda Cavabdeh1 adına "xxxx" ASC-də sadalanan qızıl-zinət əşyalarından 1 ədəd qolbağı ( 11 qr, 583 əyyar) və 1 ədəd nişan üzüyü (5.9 qr, 750 əyyar) saxlanc girovundadır. 1 ədəd boyunbağı yolka (39.7 qr, 583 əyyar) 03.05.2021-ci il tarixində girovdan azad olunmuşdur. 25.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərar icraata götürülüb və sadalanan qızılzinət əşyalarının özgəninkiləşdirilməsi qadağa edilmişdir. İşə əlavə olunmuş Qeydiyyat № (VÖEN) ********** fiziki şəxsin sahibkarlıq uşotu haqqında şəhadətnamədən görünür ki, X1 kimi Azərbaycan Repsublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 040753 seriyalı “Arçelik” Azərbaycanın Zəmanət Talonundan görünür ki, “İndesit” markalı, İWSB 50851 modelli Paltaryuyan 21.07.2019-cu ildə Mehdiyev Naimə satılmış və 3 illik zəmanət müddəti müəyyən edilmişdir. İşə əlavə olunmuş 20.05.2021-ci il tarixli Mingəçevir Madeyra 2 mağazası direktoru X18 tərəfindən verilmiş izahatdan görünür ki, X8 adına rəsmiləşdirilmiş 22.07.2019-cu il tarixdə və 30.07.2019-cu il tarixdə olan malların ümumi dəyəri 815 AZN təşkil etmiş və Ş.İ.ünvan 4 ünvanında quraşdırılaraq təhvil verilmişdir. Aldıqları malların (mebellərin) adları: 1. Seville y/d-i (tumbasız) 2. Döşək ecosoft 160x200 3. Marsel tv altlığı. Ümumi dəyəri 815 AZN təşkil etmişdir və həmin məbləğ mağaza kassa aparatına X13 tərəfindən daxil edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X23 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, ustadır. Sözügedən evdə usta kimi işləmişdir. Ona işi dayısı oğlu tapmışdır. Tavana alçipan yığmışdır, paduqa vurmuşdur. Evin təmiri ilə bağlı Naimlə danışmışdır. Ona evi təmir etməyi deyib. Ancaq pulu isə ona pulu Nəriman verib. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, Naimin bacısıdır. Dönər, popqoron və pambıq aparatını onun yoldaşı alıb. Mersedesin arxasına qoyub gətirmişlər. Pulu isə atası verib. Aparat işlənmiş aparat idi. Yoldaşı rəhmətlik qardaşı ilə birlikdə almışdı. Aparatı qardaşına almışlar. İş üzrə şahid qismində dindirilmiş X19 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, qapı-pəncərə ustasıdır. Qapı və pəncərə işini o görmüşdür. Evə gəlib qapı-pəncərəni ölçdüyü qiymətdə razılaşmışlar. O da gətirib qapı-pəncərəni qoymuşdur. İş üzrə şahid qismində dindirilmiş Mehdiyev Məhəmməd Nəriman oğlu məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, O, Naimin qardaşıdır. Əvvəl qardaşının yanında işləyirmiş. O, vaxt 12-13 yaşı vardı. Aparat qardaşının olub. İndi özü işlədir. Aparatların pulunu atası verib. Qardaşı xəstə olduğu üçün o işlətmişdir. Hal-hazırda da işlədir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarına əlavə olunmuş olunmuş sənədləri təhlil edib belə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını və şahid ifadələrini əhatəli şəkildə təhlil edib belə hesab edir ki, 1. şahid ifadələrində bir daha təsdiq olunmuşdur ki, dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarını mərhum Mehdiyev Naim satın almışdır. Həmin əşyalar 2013-cü ildən Naim Mehdiyevin istifadəsindədir. Həmin xidmət aparat və əşyaların alınması üçün pulu Naimin atası Cavabdeh2 xərclədiyi ehtimal edilsə də, o, həmin pulu oğlu Naimə bağışlamışdır. X28 hal-hazırda mirasını qəbul etmiş 3 şəxs- arvadı və 2 azyaşlı uşağı vardır. Uşaqlar halhazırda iddiaçı Mehdieyva Samirənin himayəsində yaşayırlar. Ona görə də iddiaçının mərhum Mehdiyev Naimdən miras qalmış əşyaları cavabdehlərin qanunsuz faktiki sahibliyindən geri istəməsi tam qanunidir. 2. Cavabdeh1 məhkəmə iclası zamanı izahtında “Yolka” adlanan qızılzinət əşyasının özünə məxsus olduğunu iddia etsə də, bunu sübut edə biləcək hər hansı bir dəlil irəli sürməmiş, yalnız formal mülahizə ilə kifayətlənmişdir. 3. Cavabdeh tərəf ev əşyalarından bir divandan başqa qalan iddianı mübahisələndirməmişdir. Mübahisə predmeti olan divan isə iş materillarından görünür ki, Naim Mehdieyvin sağlığından özü tərəfindən alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburetdən ibarət 7 adda ev əşyalarının özü X2, çəkisi 39.7 qram, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özü cavabdehlər Cavabdeh1 və Cavabdeh2, dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özü cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı qızına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Marsel tv altlığı, seville yataq dəstinə daxil olan paltar dolabı, kamod, trümo çarpayı, “İndezit” markalı paltaryuyan, 1 ədəd divan, stol və 5 ədəd stul, jurnal stolu, mətbəx stolu və 2 taburetdən ibarət 7 adda ev əşyalarının özü X2, çəkisi 39.7 qram, əyarı 583 olan qızıl yolka bəzəkli Boyunbağı, çəkisi 11 qram, əyarı 583 olan qızıl qolbağı və çəkisi 5.9 qram, əyarı 750 olan 1.5 karat brilyant qaşlı nişan üzüyündən ibarət 3 adda, qızıl-zinət əşyalarının özü cavabdehlər Cavabdeh1 və Cavabdeh2, dönər aparatı, popkorn aparatı, şirin pambıq aparatı, toster, xidmət üçün nəzərdə tutulmuş 3 stol, 12 stuldan ibarət 5 adda xidmət əşyalarının özü cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM: Ələkbər Hüseynov.