Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1016/2020 11.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, anası X1 Mingəçevir şəhərindəki xx.xx.2018-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.1942-ci il təvəllüdlü X4 onun anasıdır. Anası yaşlı qadın idi və uzun müddət idi ki, ürək və damar xəstəliklərindən əziyyət çəkirdi. Anası dəfələrlə tibbi müayinələr olunsa və müalicələr qəbul etsə də, yaşlı olduğndan müalicələr ona təsir etməyib. Buna görə də, xx xxxxxx 2018-ci il tarixində ağrılara dözməyərək Mingəçevir şəhərində evd dünyasını dəyişmişdir. Mərhumu Mingəçevir şəhər Əli (Sağ-Sahil) qəbirstanlığında dəfn ediblər. Hazırda, anasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Onun ölümünü qohum və qonşular təsdiq edə bilərlər. Ona görə də, anası X1 xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı vəyeri barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Şahid X5 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərdi ki, Ərizəçi onun yaxın qohumudur. X6 xx.xx.2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. O da dəfn və yas mərasimində iştirak etmişdir. Şahid X7 şahid X2 ifadəsinə uyğun ifadəsinə uyğun ifadə verərək göstərdi ki, X6 xx.xx.2018-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. O da dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhəri, MKTK 2 saykl MİS-nin arayışından görünür ki, Əhmədova X3 şəhəri, C.Əliyev küçəsi ev 26 mənzil 38 ünvanında qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X4 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Mingəçevir şəhər Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 555 saylı arayışından görünür ki, ünvan 3 ünvanında yaşamış mərhum X4 xx.xx.2018-ci ildə Mingəçevir şəhər Sağ-sahil Qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Təqdim olunmuş sənədlərdə əks olunan məlumatlar ziddiyyətsiz olmaqla bir-birini tamamlayır. Təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi anasının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. X1 xx xxxxxx 2018-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1016/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1016/2020
11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver