Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1017/2020 04.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxx 1959-cu il təvəllüdlü həyat yoldaşı X2 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmiş, Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə baxışında nümayəndənin iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, xx xxxxxx 1959-cu il təvəllüdlü həyat yoldaşı X4 uzun müddət ürək xəstəsi olmuşdur. xx xxxxxx 2016-cı il tarixdə Bakışəhərində əri Rafaellə birlikdə qohum evindən yaşadıqları evə qayıtdıqdan sonra ərinin səhhəti qəflətən pisləşmişdir. X8 stansiyasına zəng edib həkim çağırmışlar. Lakin həkim briqadası gələnə kimi əri artıq vəfat etmişdir. Mərhumu Mingəçevir şəhər X9 qəbirstanlığında dəfn etmişlər. Hazırda həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi yoxdur. Həyat yoldaşının ölüm faktının müəyyən edilməsi miras məsələsinin həlli üçün vacibdir. Onun ölüm faktının başqa cür müəyyən edilməsi mümkün deyildir. Ona görə də həyat yoldaşı X2 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə uzun müddətdir ki, qonşudurlar. Onun əri mərhum Rafael Əhmədov ürək xəstəsi idi. xx xxxxxx 2016-cı il tarixdə mərhum Rafael Əhmədov Bakı şəhərində qəflətən dünyasını dəyişmişdir. Onu Mingəçevir şəhər X9 qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Təsdiq edir ki, ərizəçinin həyat yoldaşı Rafael xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində qəflətən dünyasını dəyişmişdir. Mərhumu Mingəçevir şəhər X9 qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsinin xx xxx 2020-ci il tarixli, 554 saylı arayışından görünür ki, X4 xx xxxxxx 2016-cı il tarixdə Mingəçevir şəhər X9 qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə olunmuş fotoşəkildən görünür ki, X4 xx xxxxxx 1959-cu ildə anadan olmuş, xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. İşə əlavə olunmuş Maraqlı şəxs xx xxx 2020-ci il tarixli, 05/Q-472/69 saylı məktubundan görünür ki, xx.xx.2016-xx.xx.2020-ci illər üzrə yoxlama aparılarkən X2 ölümünün qeydə alınması barədə akt qeydi aşkar olunmadı. Məhkəmə şahid ifadələrini, təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi həyat yoldaşının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuşşərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. X2 xx xxxxxx 2016-cı ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1017/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1017/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver