Məhkəmə qərarları › İş №2(051)-1019/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1019/2024

25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1019/2024 25.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum bacısı xx.xx.1993-cü ildə doğulmuş X1 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 onun bacısıdır. Bacısı xx.xx.1993-cü ildə doğulmuş, xx.xx.1997-ci il tarixdə isə ölmüşdür. Bacısı Mingəçevir şəhər “Əli” qəbirstanlığında dəfn olunmuşdur. Hazırda anasının adına olan mənzili öz adına keçirmək istəyir, lakin həmin mənzil də bacısı Həqiqətin adı olduğuna görə o, mənzili öz adına keçirə bilmir. Həmin sənədləşmə işləri ilə bağlı bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmiş, ona ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X6 məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi xx.xx.1993-cü il tarixdə doğulmuş bacısı X1 ölümü haqqında şəhadətnamənin istənilməsi ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Ərizəçinin ərizəsi əsasında akt qeydləri arxivində xx.xx.1994 – xx.xx.2000-ci illər üzrə, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış, lakin X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ona görə də Maraqlı şəxs tərəfindən ərizəçiyə, bacısının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun əmisinin nəvəsidir. X15 1992-ci ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, onlar ailəsi ilə birlikdə Mingəçevir şəhəri, Az Dres qəsəbəsində məskunlaşmışlar. 1993-cü ildə ərizəçinin Həqiqət adlı bacısı dünyaya gəlmişdir. Həqiqət xəstə uşaq kimi dünyaya gəlmişdir. Çünki ərizəçinin valideynləri də əlil olmuşdur. Hətta hazırda ərizəçinin bir bacısı da əlildir, ona da Nəcibə baxır. Həqiqqət 4 il yaşadı, xəstə olduğu üçün 1997-ci ildə vəfat etmişdir. O, Mingəçevir şəhər “Əli” qəbirstanlığında dəfn olunmuşdur. Əmisi əlil olduğu üçün Həqiqətin dəfnində şəxsən o, iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Həmçinin də həmyerlidirlər. Həqiqətən ərizəçinin valideynlərinin hər ikisi əlil olmuşdur. 1993-cü ildə Nəcibənin Həqiqət adlı bir xəstə bacısı dünyaya gəlmişdi. Həmin uşaq çox yaşamamış və 1997-ci ildə dünyasını dəyişmişdir. O da yaxın qonşu kimi uşağın dəfnində iştirak etmişdir. Çünki ərizəçinin valideynləri əlil olduğuna görə onlara daim qonşular köməklik edirdilər. Hazırda da ərizəçi evdə xəstə bacısına baxır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi ərinin əmisi nəvəsidir. Ərizəçinin valideynlərinin hər ikisi də xəstə olduğu üçün bütün qohumlar onlara köməklik edirdilər. Ərizəçi 1992-ci ildə Həqiqət adlı bir bacısı doğulmuş, lakin həmin qız anadangəlmə xəstə olduğuna görə çox yaşamamışdır. Həqiqət adlı uşaq 1997-ci ildə vəfat etmişdir. Yaxın qohum kimi dəfndə iştirak etmişdir. Həqiqət Mingəçevir şəhər “Əli” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş Ərizəçi anası X9, atası X5r. İşdə olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə doğulmuş X1 anası X9, atası X5r. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 aprel 2019cu il tarixdə vəfat etmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 650 saylı arayışdan görünür ki, X3 xx.xx.1997-ci il tarixində Mingəçevir şəhər «Əli» qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və xx.xx.1994 – xx.xx.2000-ci illər üzrə Maraqlı şəxs akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış, lakin X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 ərizəçinin bacısıdır. Həqiqət Əsgərli xx.xx.1993-cü ildə doğulmuş, xx.xx.1997-ci il tarixdə isə ölmüşdür. X7 şəhər “Əli” qəbirstanlığında dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda bəzi sənədləşmə işləri ilə bağlı ərizəçidən bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1–ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1993-cü il tarixdə doğulmuş X1 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307–311 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş X1 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar