Məhkəmə qərarları › İş №2(051)-1041/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1041/2021

18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1041/2021 18.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, əmisi X8 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X13 onun əmisidır. Rasim Soltanov 01 iyul 1930-cu ildə Ağdaş şəhərində anadan olmuşdur. Əmisi ruhi xəstə olduğundan ailə qurmamış, valideynlərinin himayəsində olmuş, valideynləri vəfat etdikdən sonra X30a onun atası X10 baxmışdır. X28 05.09.2010-cu ildə vəfat etmiş və atası vəfat etdikdən sonra X30a onun anası Humay Soltanova baxmışdır. Əmisi Rasim Soltanov 02 sentyabr 2014-cü ildə Mingəçevir şəhərində vəfat etmişdir. Əmisini 03 sentyabr 2014-cü ildə Mingəçevir şəhər kənd qəbirstanlığında dəfn etmişlər. Əmisinə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun ölümü qeydə alınmadığına görə şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi əmisinə ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Kəmalə onun həyat yoldaşıdır, onlar 1992-ci ildə ailə qurmuşlar. Kəmalənin əmisi Rasimi tanıyırdı. Rasim Kəmalənin atası ilə birlikdə yaşayırdı, ailəsi olmayıb, xəstə idi, 03 sentyabr 2014-cü ildə vəfat edib. Yas mərasimində qohum kimi yaxından iştirak etmişdir. X18 şəhərində dəfn etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Kəmalə onun bacısıdır. Əmisi Rasim xəstə idi, ailə qurmamışdır, onun atası ilə birlikdə yaşayırdı. Əmisi Rasim 03 sentyabr 2014-cü vəfat etmişdir. Onu Mingəçevir şəhərində dəfn etmişlər. X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 35 il olar ki, qonşudur. Həqiqətən də, Rasim Kəmalənin valideynləri ilə birlikdə yaşamışdır. Rasim 03 sentyabr 2014-cü ildə Mingəçevir şəhərində vəfat etmişdir. Onu Mingəçevir şəhərində dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, 01 iyul 1930-cu il təvəllüdlü X8 atası X14, anası Şirinova Məlekə Nəsirullah qızıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 iyul 1942-ci il təvəllüdlü X4 atası X14, anası Şirinova Məlekə Nəsirullah qızıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü X6 atası Soltanov Sədiyar Məmməd oğlu, anası X7r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 sentyabr 2010-ci ildə vəfat etmişdir. İşdə olan MKT İstehsalat Birliyindən verilmiş 10 iyul 2020-ci il tarixli forma 2 arayışdan görünür ki, X1 şəhər Kür küçəsi 26 №-li evdə qeydiyyatdadır. İşdə olan MKT İstehsalat Birliyindən verilmiş 22 iyul 2020-ci il tarixli 174 №-li arayışdan görünür ki, 1930-cu il təvəllüdlü X13 1960-cı ildən vəfat etdiyi 02.99.2014-cü il tarixədək ünvan 1 ünvanda yaşamışdır. İşə əlavə edilmiş Təcili və X16 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində göstərilir ki, 02 sentyabr 2014-cü il tarixdə saat 19:20-də ünvan 2 ünvandan 1930-cu il təvəllüdlü X13 barədə çağırış daxil olmuşdur. Həmin yerdə kişi meyidi (həkimə qədər ölüm) aşkar olundu. İşə əlavə edilmiş Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli 1781 saylı arayışda göstərilir ki, X13 03 sentyabr 2014-cü ildə Mingəçevir şəhəri kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/76-138/13 saylı 20 sentyabr 2019-cu il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 03.10.2012-20.09.2019-cu il üzrə yoxlama aparılarkən X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X8 03 sentyabr 2014-cü ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X8 03 sentyabr 2014-cü ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 01 iyul 1930-cu ildə Ağdaş rayonunda anadan olmuş X8 03 sentyabr 2014-cü ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar