Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1077/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi qardaşı X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qardaşı X2 21.02.2000-ci il tarixdə RF-nin Komi vilayətinin Sosnoqorsk rayonunun Sosnoqorsk kəndində ölməsi faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili X3 məhkəməyə yazılı ərizə ünvanlayaraq, tələbdən imtina etdiyini, hazırda maraqlı şəxs tərəfindən fakt artıq müəyyən edildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin ərizəsini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, ərizəçinin tələbdən imtina etməsi başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur, həmçinin onun imtinasıqanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə, ərizəçinin tələbdən imtina etməsi barədə ərizəsini və iş materiallarını Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, ərizəçinin öz tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən ərizəçinin hüquqi faktın müəıyyən edilməsi ilə bağlı tələbindən imtina etməsini qəbul edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ərizəçiyə izah olunmalıdır ki, hazırki qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmədə iddia qaldıra bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.5, 191.2, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizəçi qardaşı X2 21.02.2000-ci il tarixdə RF-nin Komi vilayətinin Sosnoqorsk rayonunun Sosnoqorsk kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verilməsinə dair hazırki qərardad qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1077/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1077/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver