Məhkəmə qərarları › İş №2(051)-1077/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1077/2024

01.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1077/2024 01.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi , İddiaçı: İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X12rşı 18-1-61/3-1- 44/2024 xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və bu dövr arasında yaranmış əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X12rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər X7 Hüquqi Şəxs tərəfindən verilən 18-1-61/3-1-44/2024 xx.xx.2024-cü il tarixli əmrin ləğvini, işə bərpaya dair işə bərpaya və bu dövr arasında yaranmış əmək haqqı fərqinin ödənilməsinə və Mediasiyaya ödədiyi 60 manat pulun Mingəçevir şəhər X7 Hüquqi Şəxsdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ei ildə Mingəçevir şəhər Xəstəxanasının onkoloji şöbəsində xadimə işləmişdir 2015-ci ildə hamin şöbənin təsərrüfat bacısı kimi işləmişdir 2017-ci ildən 2019-cu ilin avqust ayına kimi porter “xəstə daşıyıcı” vəsiləsində çalışmışdır. 2019-cu ilin avqust ayında Acil bölməsində təsərrüfat bacısı kimi çalışmışdır. 2023-cü il noyabr ayında ona töhmət verilmişdir. Bu töhmətin əsassız olmasına baxmayaraq heç bir şikayət etməmişdir. 8 yanvar 2024-cü il tarixində 2004-cü il təvəllüdlü oğlu Süleymanov Turalın xəstəliyi ilə əlaqədar 20 dəqiqə işə gecikmişdir. Bunla bağlı izahat yazdı. 10 yanvar 2024-cü il tarixində xəstəxananın müdiri onu yanına çağırıb digər işə, yəni xadimə işinə keçirilməsi ilə bağlı ərizə yazmağını istədi. Əks təqdirdə onu işdən çıxardacağı ilə təhdid etdi və o, məcbur olub ərizə yazdı. Ona bildirdi ki, sən ərizəni yaz, 15 günə onu yenidən işə qaytaracaq. Lakin sözünü tutmadı. Bu vəzifələrin arasında fərq 300 manatdır. Onun bu 300 manata ehtiyacı var. Lakin xəstəxana müdiri onu məcburi digər işə keçməsinə ərizə yazmağa məcbur etdi. O yaxşı bilirdi ki onun 3 azyaşlı övladı var, ikisinin səhhətində problemi var və ailəsində yeganə qazanc gətirən odur. O, bununla bağlı müvafiq orqanlara və Əmək Müfəttişliyinə və Prokurorluğa müraciət etdi. Lakin heç bir cavab almamışdır. O, mediasiyaya müraciət etməyinə baxmayaraq cavabdeh mediasiya prosesində iştirak etmiş, lakin razılığa gəlməmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil1 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda İddiaçı öz işinə bərpa etmək üçün yer yoxdur. Lakin qeyd edir ki, iddiaçının bir başa hüquqları pozulub. İşdə nöqsan olduğu halda inzibati tənbeh tətbiq edilməli olduğu halda digər qərarlar qəbul edilmişdir. İddiaçının hüquqları bərpa edilməlidir. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-44/2024 saylı əmrlə Mingəçevir şəhər X3 Xidmətləri Şöbəsinin Təsərrüfat bölməsinin təsərrüfat bacısı xx.xx.2024-cü il tarixindən Cərahiyyə şöbəsinə xadimə vəzifəsinə keçirilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər X7 Hüquqi Şəxsin direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-44/2024 saylı əmrinə əsasən Mingəçevir ŞMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin təsərrüfat bacısı xx.xx.2024-cü il Tarixdən etibarən Cərrahiyyə şöbəsinə xadimə vəzifəsinə keçirilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli PHŞ-18-1-61/2-278/2024 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən məlum olur ki, xx.xx.2024-cü il tarixdə Xəstəxananın Cərrahiyə şöbəsinə xadimə vəzifəsinə Keçirilməyinizlə bağlı işəgötürənə ərizə ilə müraciət etmisiniz. Həmin ərizəyə əsasən şəgötürən xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-44/2024 nömrəli əmr vermiş və bununla bağlı yazılı əmək müqaviləsinə sizin tərəfinizdən imza edilmədən (razılığınız alınmadan) ərizəniz dəyişdirilərək xadimə vəzifəsinə keçirilmisiniz. Beləliklə, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13in direktoru X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq onun barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, işə-götürənlə əlaqə saxlamağınız tövsiyyə olunur. Müraciətinizdə və izahatınızda qeyd etdiyiniz məsələlərlə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 töhmət verilməsi barədə 05 oktyabr 2023-cü il tarixli 1382 № li əmrdən görünür ki, Mingəçevir ŞMX.PHŞ-in Təcili yardım bölməsinin işçiləri əmək funksiyalarını pozduqları üçün təsərrüfat bacısı İddiaçı Azərbaycan Respublikası ƏM-nin 186.3-cü maddəsinə əsasən xəbərdarlıq elan edilmişdir. İşə əlavə edilmiş 04 dekabr 2023-cü il tarixli töhmət verilməsi barədə əmrdən görünür ki, Mingəçevir ŞMX.PHŞ-in Təsərrüfat bölməsinin təsərrüfat bacısı İddiaçı etik davranış qaydalarını pozduğu üçün Azərbaycan Respublikası ƏM-nin 186.2-ci maddəsinin “a” bəndinə əsasən “Şiddətli töhmət” elan edilmişdir. İşdə olan tam maddi məsuliyyət haqqında xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, işəgötürən Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru Könül Ələkbərov və işçi İddiaçı arasında müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 3 saylı əlavədən görünür ki, Mingəçevir şəhər X7 Hüquqi Şəxsin direktoru Könül Ələkbərov və işçi İddiaçı arasında xx.xx.2005-ci il tarixli 792 saylı əmək müqaviləsinin 4.1, 4.3 və 4.10-cu bəndlərinə dəyişiklik edilməsi, işçiyə hər ay 506 manat əmək haqqı ödənilir, əmək haqqı ayda bir dəfə növbəti ayın ilk on təqvim günü müddətində ödənilir və işçi hər həftənin 5 günü 08:00-dan 15:00-dək şənbə günü 08:00-dan 13:00-dək müəyyən edilməsi, əmək müqaviləsinin digər bəndləri dəyişilməz qalması barədə razılıq əldə edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədən görünür ki, Mingəçevir şəhər X7 Hüquqi Şəxsin direktoru Könül Ələkbərov və işçi İddiaçı arasında xx.xx.2005-ci il tarixli 792 saylı əmək müqaviləsinin 4.1-ci bəndinə dəyişiklik edilməsi barədə razılıq əldə edilmiş, işçiyə hər ay 232 manat əmək haqqı ödənilir. İşdə olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə 2 saylı əlavədən görünür ki, Mingəçevir şəhər X7 Hüquqi Şəxsin direktoru Könül Ələkbərov və işçi İddiaçı arasında xx.xx.2005-ci il tarixli 792 saylı əmək müqaviləsinin 1.2 və 4.1-ci bəndlərinə dəyişiklik edilməsi barədə razılıq əldə edilmiş, işçi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 Dəstək xidmətləri şöbəsinə (təcili yardım bölməsinə) təsərüfat bacısı vəzifəsinə işə qəbul edilir, işçiyə hər ay 282 manat məbləğdə əmək haqqı ödənilir. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X17 Cərrahiyyə Şöbəsində xadimə vəzifəsində çalışır, aylıq əmək haqqı 414 manat təşkil edir, əmək müqaviləsinin başlama tarixi xx.xx.2005-ci il tarixi olmaqla, əmək müqaviləsinin növü müddətsizdir. İşdə olan X10 Xidməti Mərkəzi Aran regional şöbəsinin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru Faiq Abdullayevə ünvanlandığı məktubdan görünür ki, Faiq Abdullayev Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 manat cərimə olunması və məcburi icra tədbirinin icra edilməsi xəbərdar edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında 29 aprel 2024-cü il tarixli MN № ******* saylı qərardan görünür ki, Faiq Abdullayev işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Mingəçevir şəhər X7 hüquqi şəxsin direktoru X8 və işçi İddiaçı arasında xx.xx.2005-ci il tarixli 792 saylı əmək müqaviləsinin 1.2 və 4.1-ci bəndlərinə dəyişiklik edilməsi barədə razılıq əldə edilmiş, işçi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 cərrahiyyə şöbəsinə xadimə vəzifəsinə işə qəbul edilir, işçinin tarif maaşı 374 manat, əmək haqqına əlavə isə İcbari Tibbi Sığorta üzrə dövlət X6 21 yanvar 2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi” X13 tabeliyindəki tibb müəsisələrində çalışan cərrahiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına müvafiq olaraq 40 manat təyin edilmiş, işçiyə 414 manat məbləğdə əmək haqqı ödənilməsi qeyd edilmişdir. Əmək maqaviləsinin digər bəndləri dəyişilməz olaraq qalmışdır. Tərəflərin imzaları və ünvanları qrafasında işəgötürən imza etmiş, möhürlə təsdiq etmiş, işçinin isə nə həmin qrafada və nə də işçi əlavənin bir nüsxəsini almışdır qrafası da imzalanmamışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2005-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış, sonuncu tarixdən 10 yanvar 2024-cü il tarixədək Mingəçevir şəhər X3 Xidmətləri Şöbəsinə TTTY şöbəsinin Təcili Yardım bölməsinə təsərrüfat bacısı vəzifəsində işləmişdir. Lakin iddiaçının izahatına görə, xəstəxana direktorunun ona məcburi şəkildə yazdırdığı yazılı razılıq ərizəsinə əsasən o, 10 yanvar 2024-cü il tarixindən tərəflər arasında əmək müqaviləsinə əlavə ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 Cərrahiyyə şöbəsinə xadimə vəzifəsinə qəbul edilmiş, Ona görə də, iddiaçı sonradan məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə əlavə və dəyişikliklərin əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 44-cü bəndinin 3-cü hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə əlavə qanunvericiliyin tələblərinə riayət olunmayaraq bağlanmış, belə ki, sözügedən əlavədə tərəflərin imzaları və ünvanları qrafasında işəgötürən imza etmiş, möhürlə təsdiq etmiş, işçinin isə nə həmin qrafada və nə də işçi əlavənin bir nüsxəsini almışdır qrafası da imzalanmamışdır. Halbuki əmək qanunvericiliyinin işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranması tələbi imperativ olduğundan mütləq şəkildə işçi tərəfindən əmək müqaviləsinə əlavə imzalanmalı, bir nüsxəsi onun tərəfindən imzalanıb qəbul edilməli idi. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının Mingəçevir şəhər X4 X15 Xidmətləri Şöbəsinin Təsərrüfat bölməsinin təsərrüfat bacısı vəzifəsindən xx.xx.2024-cü il tarixindən Cərrahiyyə Şöbəsinə xadimə vəzifəsinə keçirilməsinə dair “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun 18-1-61/3-1- 44/2024 xx.xx.2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, İddiaçı Mingəçevir şəhər X3 Xidmətləri Şöbəsinə TTTY şöbəsinin Təcili Yardım bölməsinə təsərrüfat bacısı vəzifəsinə bərpa edilməli və xx.xx.2024-cü il tarixindən əvvəlki vəzifəsinə bərpa olunduğu günə qədər yaranmış əmək haqqı fərqi hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərcinin yarısı, yəni 25 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun İddiaçı Mingəçevir şəhər X4 X15 Xidmətləri Şöbəsinin Təsərrüfat bölməsinin təsərrüfat bacısı vəzifəsindən xx.xx.2024-cü il tarixindən Cərrahiyyə Şöbəsinə xadimə vəzifəsinə keçirilməsinə dair 18-1-61/3-1-44/2024 saylı, xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni “Mingəçevir şəhər X4 X15 Xidmətləri Şöbəsinin Təsərrüfat bölməsinin təsərrüfat bacısı vəzifəsinə bərpa edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X17 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa olunan tarixə qədər aylar üzrə yaranmış əmək haqqı fərqi hesablanaraq tam ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin yarısı olan 25 manat pul “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X11 tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar