Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1099/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən bacısı xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun doğma onun doğma bacısıdır. Bacısı Esmira xx.xx.1984-cü ildə vəfat etmişdir. Bacısı vəfat etdikdən sonra Mingəçevir şəhər Sağ Sahil qəbiristanlığında dəf edilmişdir. Hazırda bacısının ölüm haqqında ölüm haqqında şəhadətnaməsi yoxdur. Qeydiyyat Şöbəsinə müraciət etsə də onun ölümü barədə şəhadətnamə ala bilməmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən bacısı xx.xx.1984-cü il təvəllüdlü X2 xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qaynı oğludur. Onlar üç uşaq olublar. Qız uşağı ölüb, iki uşaq isə sağdır. Onlar bir yerdə olmuşlar. Ərizəçinin anası 1984-cü ildə gəlin gəlmişdir. Sonra Esmira anadan oldu lakin o doğularkən xəstə olmuşdur. Sonra uşaq qəfil öldü. Onu Mingəçevir şəhəri Sağ Sahil qəbiristanlığında dəfn etdilər. Yas mərasimi olmadı lakin qohumlar uşaq ölən evə baş sağlığına gəldilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi Elvinin dayısıdır. Ölən uşaq Esmira isə onun bacısı qızıdır. Esmira doğulduqdan sonra cəmi 3 ay yaşadı. Daha sonra uşaq öldü. Uşaq öldükdən sonra onu Mingəçevir şəhəri Sağ Sahil qəbiristanlığında dəfn etdilər. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/Q- 07/15 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1984xx.xx.1988-ci illər üzrə yoxlama aparılmış, lakin X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X11 və X4 nikahı haqqında xx.xx.1983-cı il tarixdə 245 № li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 13, mənzil 12-də yaşamış mərhum X7 05 fevral 1985-ci il tarixdə Mingəçevir şəhəri “Sağ sahil” qəbrisitanlığında dəfn olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində X1 və X4 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə və X9 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X3 xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə evin özəlləşdirilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1099/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1099/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver