Məhkəmə qərarları › İş №2(051)-1101/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1101/2020

07.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1101/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın-ölüm faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci ildə X5 ölümünün qeyd edilmə faktı barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, Ərizəçi X8 ilə xx.xx.1981-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşuq. X8 xx.xx.2020-ci il tarixdə qəflətən ürək çatışmamazlığı nəticəsində vəfat etmişdir. Mingəçevir şəhər T və TTYS-nın həkimi ölüm səbəbini tibbi arayışda qeyd etmədiyindən Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. X5 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi tələbi onun ölüm haqqında şəhadətnaməsinin Maraqlı şəxsndən alınması və gələcəkdə ona aid mülkiyyətin üzərində vərəsələrinin sərəncam vermək hüququnun əldə edilməsi zərurətindən irəli gəlir. X5 ölümü onun dəfnində iştirak etmiş yaxınlarının ifadələri və fotoşəkillərlə təstiqlənə bilər. Ona görə də Beydiyeva Elmira Niftalı qızı ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci ildə X6 ölümünün qeyd edilmə faktı barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Şahid X2 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərdi ki, ərizəçi X3 onun yaxın qohumudu. X8 xx.xx.2020-cİ ildə Mingəçevir şəhərində vəfat etmişdir, o da dəfn və yas mərasimində iştirak etmişdir. Şahid X9 şahid X1 ifadəsinə uyğun ifadə verərək göstərdi ki, Ərizəçi onun yaxın qohumudur. X8 xx.xx.2020-ci ildə Mingəçevir şəhərində vəfat etmiş, o da dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçi və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşdə olan Təcili və X7 Stansiyasının ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X8 xx.xx.2020-ci ildə ünvan 1 mənzil 21 ünvanında vəfat etmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-cu ildə vəfat etmiş X5 ölüm haqqında tibbi şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1958-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Təqdim olunmuş sənədlərdə əks olunan məlumatlar ziddiyyətsiz olmaqla bir-birini tamamlayır. Təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi yoldaşının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. X5 xx xxxxx 2020-cu il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar