Məhkəmə qərarları › İş №2(051)-1113/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1113/2022

18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1113/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun X7 ilə birgə nikahlarından xx.xx.1994cü il tarixdə X5 doğulmuşdur. Qızı Aysel xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Qızı Mingəçevir şəhəhri Əli qəbirstanlığında dəfn olunmuşdur. X4 xx.xx.2021-ci il tarixdə RF Kirov vilayəti, Kirov şəhərində vəfat etmiş və Mingəçevir şəhərinə gətirilərək Əli qəbirstanlığında dəfn olunmuşdur. Hazırda onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Maraqlı şəxsnə müraciət etsə də, onun ölümü barədə şəhadətnamə ala bilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Onun ölümünü qohum və qonşular təsdiq edə bilər. Odur ki, məhkmədən xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmə iclası zamanı verdiyi izahatında məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında nikah 31 avqust 1985-ci il tarixdə bağlanmışdır. İşə əlavə olunmuş Doğum haqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X3 atası kimi X7 və anası kimi isə Ərizəçi göstərilmişdir. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, ərizəçinin ailə üzvlərinin qəbr abidələrinin yaxınlığında uşaq məzarı vardır. İşə əlavə olunmuş 9 saylı MİS tərəfindən verilmiş Aktdan görünür ki, xx.xx.1994-cü il tarixdə naməlum səbəbdən X5 vəfat etmişdir. Mərhumə Mingəçevir şəhəri Əli qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, 2 sentyabr 1964-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş X7 09 fevral 2021-ci ildə 00:50-də Rusiya Federasiyası, Kirov vilayəti, Kirov şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 05/Q-18/15 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. X3 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Belə ki, MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar