Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1119/2020 04.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2006cı il təvəllüdlü övladı Göyüşova Zərifə Seyfəli qızının xx xxxxxx 2013-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilmiş, Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə baxışında nümayəndənin iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ərizəçi xx xxxxx 1988-ci ildə Kəlbəcər rayonunun İstisu kəndində anadan olmuşdur. 2005-ci ildə Göyüşov Seyfəli Əsgər oğlu ilə ailə qurmuşlar. Birgə nikahdan onların iki övladı dünyaya gəlmişdir. Lakin xx xxxxxx 2013-cü ildə qızı Göyüşova Zərifə Seyfəli qızı 7 yaşında olarkən qəflətən dünyasını dəyişdi. Uşağın qəflətən ölümü onu sarsıtdığıüçün Ölüm haqqında şəhadətnamənin alınması üçün Miingəçevir şəhər Qeydiyyat Şöbəsinə vaxtında müraciət edə bilməmişlər. Uşaq ölən zaman Mingəçevir şəhər X1 və X3 Yardım stansiyasına da müraciət edə bilməmişlər. Uşaq vəfat etdikdən sonra Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn etmişlər. Onun ölüm faktının başqa cür müəyyən edilməsi mümkün deyildir. Ona görə də uşağıGöyüşova Zərifə Seyfəli qızının xx xxxxxx 2013-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişMəmmədova Nailə Talıb qızı ifadəsində göstərmişdir ki, ərizəçi dayısının nəvəsidir. Gülnar anası gilnən bir yerdə yaşayırdı. Həqiqətəndə Gülnarın uşağı xx xxxxxx 2013-cü il tarixdə Mingəçevir şəhərində qəflətən dünyasını dəyişmişdir. Onu Mingəçevir şəhər X5 qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər. Məcburi köçkün düşdükdən sonra Avtoşqolada məskunlaşmılar. Təsdiq edir ki, ərizəçinin uşağı Zərifə xx xxxxxx 2013-cü il tarixdə Mingəçevir şəhərində qəflətən dünyasını dəyişmişdir. Mərhumu Mingəçevir şəhər X5 qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 734 saylı arayışından görünür ki, Göyüşova Zərifə Seyfəli qızı xx xxxxxx 2013-cü il tarixdə Mingəçevir şəhər Sağ Sahil qəbirstanlığında dəfn olunmuşdur. İşə əlavə olunmuş fotoşəkildən görünür ki, Göyüşova Zərifə Seyfəli qızı xx xxxxxxx 2006-cı ildə anadan olmuş, xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli, 05/Q-65/15 saylı məktubundan görünür ki, xx.xx.2013-xx.xx.2020-ci illər üzrə yoxlama aparılarkən Göyüşova Zərifə Seyfəli qızının ölümünün qeydə alınması barədə akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Bölməsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi məcburi köçkün kimi H.Əliyev prospekti bina 10, mənzil 29 ünvanda qeydiyyatdadır. Məhkəmə şahid ifadələrini, təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi həyat yoldaşının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunmasıüçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuşşərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. Ərizəçi xx xxxxxx 2013-cü ildə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1119/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1119/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver