Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1127/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyə n etdi: Ərizəçi ərizəiləMingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il təvəllüdlü övladı X1 Ağdaş rayonunun Qaradeyin kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, X3 onun ıqızı idi. Mərhum xx xxxx 2019-cu il tarixdə anadan olmuş və beyindaxili təzyiqdən xx xxxxxxx 2019-cu ildə vəfat etmişdir. Mərhum Ağdaş rayonunun Qaradeyin kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda qızının ölüm haqqında şəhadətnaməsi yoxdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Fakt təsdiq etmək üçün ona bildiriblər ki, məhkəməyə müraciət etməlidir. Ona görə də, xx xxxx 2019-cu il təvəllüdlü övladı X1 Ağdaş rayonunun Qaradeyin kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşdə olan Təcili və X2 Stansiyasının ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2019-cu ildə ünvan 1 ünvanında vəfat etmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X1 ölüm haqqında tibbi şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradeyin kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarizli 158 saylı arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və Ağdaş rayonunun Qaradeyin kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Təqdim olunmuş sənədlərdə əks olunan məlumatlar ziddiyyətsiz olmaqla bir-birini tamamlayır. Təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. xx xxxx 2019-cu il təvəllüdlü X1 xx xxxxxxx 2019-cu il tarixdə Ağdaş rayonunun Qaradeyin kəndində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1127/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1127/2020
27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver