Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-113/2023 29.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «miras payın müəyyən edilməsi və bağışlanması » tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində atası X3 ½ hissə miras payına İddiaçı1 ¼ hissə miras payının müəyyən olunması, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması, Mingəçevir şəhəri 2 saylı Notariat kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh o, İddiaçı1 doğma bacısıdır. İddiaçı2 isə onun doğma oğludur. X1 ilə X4 birgə evliliyindən doğulmuş övladlarıdır. Onlardan başqa valideynlərinin Kifayət və Sevda adlı iki nəfər uşaqları vardır. Valideynləri Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin, 13 saylı mənzilində yaşamışlar. Mənzil 16 aprel 1993-cü ildə mənzillərin özəlləşdirilməsi qaydasında Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən anası X11ma bağışlanmış və onun mülkiyyət hüquqları qeydə alınmışdır. Valideynlərinin oğul övladı olmadığından ilk nəvələri olan oğlu İddiaçı2 faktiki övladlığa götürməklə böyüdüb boya başa çatdırmışlar. X19 İddiaçı2 bütün əmlakını vəsiyyət etmişdir. O, 01 aprel 1996-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ailə üzvlərinin razılığı ilə o, və ailə üzvləri olan əri İsmayıl Nuriyev, digər övladları Pərviz və Mehriban Nuriyevlər həmin mənzilə köçmüşlər və həmin mənzildə atasına qulluq etməyə, mənzili idarə etməyə başlamışlar. Həmçinin həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. 05 fevral 2004-cü ildə atası X7 Nuriyevin adına olan vəsiyyətnaməyə baxmayaraq Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin, 13 saylı mənzilinə Mingəçevir şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V-1-16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı2 iddiası əsasında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-3932/2006 saylı 14 iyul 2006-cı il tarixli qətnaməsi ilə atam Abbasəli Musayevin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə İddiaçı2 vəsiyyət üzrə vərəsə olması səbəbindən ½ hissəsinə münasibətdə ləğv edilmişdir. 12 iyul 2004-cü ildə atası Abbasəli Musayev öz payını onun təkidi ilə Cavabdeh vəsiyyət etmişdir. Belə ki, həmin vaxt oğlu İddiaçı2 boşanırdı və atası yurdu dağılmasın deyə bacısına etibar edirdi. Bu minvalla oğlu İddiaçı2 də inandırdı ki, öz payını onun bacısı Cavabdeh bağışlasa, mübahisə bitdikdən sonra xalası evi bizə qaytaracaqdır. Oğlu İddiaçı2 özünə məxsus olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində ki, ½ hissədə əmlak payını ünvan 2 Kontorunun 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı bağışlama muüqaviləsinə əsasən onunda etibarnamə üzrə nümayəndəsi olduğu Cavabdeh bağışlamışdır. Bundan əlavə 17 aprel 2005-ci ildə vəfat etmiş atası Abbasəli Musayevdən miras qalmış Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə ünvan 2 Ofisində 02 oktyabr 2015-ci ildə V-219/2015 saylı vərəsəlik işi açılmış və 15 sentyabr 2020-ci ildə mənim adıma həmin torpaq sahəsinə Cavabdehnm vəsiyyətnaməsi olması nəzərə alınmaqla lA hissədə miras payım tanınmışdır. O, atasından qalan mirası o vəfat etdiyi gündən qəbul etsədə atasından miras qalmış Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində olan ½ hissə payından ona pay verilməmişdir. Qeyd edir ki, həmin mirasla bağlı vərəsəlik işi heç bir vaxt açılmamış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. O, İddiaçı2 göstərir ki, o, xalası Cavabdeh öz payını onun adına keçirərkən hesab etmirdi ki, onu mənzildən çıxarmağa çalışar. Əksinə ailədaxili razılaşmaya əsasən onun keçmiş arvadı Elnarə Nuriyeva mənzildə qeydiyyatda olduğu müddətdə həmin mənzil xalasının adına qalacaqdır və sonra da onların mənzilini özlərinə qaytarmalı idi. Qeyd edir ki, Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin də bütün sənədləşməsini onlar aparmışlar və işin həqiqi hallarına uyğun olaraq da Cavabdeh ilə heç bir mübahisələri olmadan həmin torpağı bacısı Mehriban Nuriyevaya bağışlamışdır. Əlavə olaraq onu da qeyd edir ki, Dilbər Musayeva sağlığında Cavabdeh üçün ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilin yarı məbləği, 4500 dollar məbləğində pulun 2500 dollarını İddiaçı1 alaraq Cavabdehnm evinin alınmasına hədiyyə etmişdir. Bu səbəbdən də bu illər ərzində Cavabdeh Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində bir gündə olsun yaşamamış və əmlakı qəbul etməmişdir. Bu illər ərzində mənzilin bütün kommunal xərclərini onlar ödəmişlər. Məhz bu razılaşmaya da güvənərək həmin mənzildə ailəlikcə təmir işləri aparmışlar. O, İddiaçı2 Cavabdehnm adına keçirilmiş əmlakını geri istəyir. Bu səbəbdən ki, ona qarşı Şəki İnzibati Məhkəməsində mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair iddia qaldırmışdır. İddiaçı2 hazırda evsizdir və başqa yaşayış yeri yoxdur. Cavabdeh isə Mingəçevir şəhərində və Rusiya Federasiyasında hər birində 3 otaqlı olmaqla mənzilləri vardır. Ona görə də Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində atası X3 ½ hissə miras payına İddiaçı1 ¼ hissə miras payının müəyyən olunması, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması, Mingəçevir şəhəri 2 saylı Notariat kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil1 da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, İddiaçı1 doğma bacısıdır. İddiaçı2 isə onun doğma oğludur. X1 ilə X4 birgə evliliyindən doğulmuş övladlarıdır. Onlardan başqa valideynlərinin Kifayət və Sevda adlı 2 qızları da vardır. Valideynləri Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin, 13 saylı mənzilində yaşamışlar. Mənzil 16 aprel 1993-cü ildə mənzillərin özəlləşdirilməsi qaydasında Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən anası X11ma bağışlanmış və onun mülkiyyət hüquqları qeydə alınmışdır. Valideynlərinin oğul övladı olmadığından ilk nəvələri olan oğlu İddiaçı2 faktiki övladlığa götürməklə böyüdüb boya başa çatdırmışlar. X19 İddiaçı2 bütün əmlakını vəsiyyət etmişdir. O, 01 aprel 1996-cı ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ailə üzvlərinin razılığı ilə o, və ailə üzvləri olan əri İsmayıl Nuriyev, digər övladları Pərviz və Mehriban Nuriyevlər həmin mənzilə köçmüşlər və həmin mənzildə atasına qulluq etməyə, mənzili idarə etməyə başlamışdır. Həmçinin həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. 05 fevral 2004-cü ildə atası X7 Nuriyevin adına olan vəsiyyətnaməyə baxmayaraq Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 nömrəli evin, 13 saylı mənzilinə Mingəçevir şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V-1-16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı2 iddiası əsasında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-3932/2006 saylı 14 iyul 2006-cı il tarixli qətnaməsi ilə atası Abbasəli Musayevin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə İddiaçı2 vəsiyyət üzrə vərəsə olması səbəbindən ½ hissəsinə münasibətdə ləğv edilmişdir. 12 iyul 2004-cü ildə atası Abbasəli Musayev öz payını onun təkidilə Cavabdeh vəsiyyət etmişdir. Belə ki, həmin vaxt oğlu İddiaçı2 boşanırdı və atası yurdu dağılmasın deyə bacısına etibar edirdi. Bu minvalla oğlu İddiaçı2 də inandırdı ki, öz payını onun bacısı Cavabdeh bağışlasa, mübahisə bitdikdən sonra xalası evi bizə qaytaracaqdır. Oğlu İddiaçı2 özünə məxsus olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində ki, ½ hissədə əmlak payını ünvan 2 Kontorunun 26 aprel 2007-ci il tarixli 4Ə/1-154 saylı bağışlama muüqaviləsinə əsasən onunda etibarnamə üzrə nümayəndəsi olduğu Cavabdeh bağışlamışdır. Bundan əlavə 17 aprel 2005-ci ildə vəfat etmiş atası Abbasəli Musayevdən miras qalmış Mingəçevir şəhəri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə ünvan 2 Ofisində 02 oktyabr 2015-ci ildə V-219/2015 saylı vərəsəlik işi açılmış və 15 sentyabr 2020-ci ildə onun adına həmin torpaq sahəsinə Cavabdehnm vəsiyyətnaməsi olması nəzərə alınmaqla lA hissədə miras payı tanınmışdır. O, atasından qalan mirası o vəfat etdiyi gündən qəbul etsədə atasından miras qalmış Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində olan ½hissə payından ona pay verilməmişdir. Qeyd edir ki, həmin mirasla bağlı vərəsəlik işi heç bir vaxt açılmamış və vərəsəlik şəhadətnaməsi verilməmişdir. O, İddiaçı2 göstərir ki, o, xalası Cavabdeh öz payını onun adına keçirərkən hesab etmirdi ki, onu mənzildən çıxarmağa çalışar. Əksinə ailədaxili razılaşmaya əsasən onun keçmiş arvadı Elnarə Nuriyeva mənzildə qeydiyyatda olduğu müddətdə həmin mənzil xalasının adına qalacaqdır və sonra da o onların mənzilini özlərinə qaytarmalı idi. Qeyd edir ki, Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin də bütün sənədləşməsini onlar aparmışlar və işin həqiqi hallarına uyğun olaraq da Cavabdeh ilə heç bir mübahisələri olmadan həmin torpağı bacısı Mehriban Nuriyevaya bağışlamışdır. Əlavə olaraq onu da qeyd edir ki, Dilbər Musayeva sağlığında Cavabdeh üçün ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilin yarı məbləği, 4500 dollar məbləğində pulun 2500 dollarını İddiaçı1 alaraq Cavabdehnm evinin alınmasına hədiyyə etmişdir. Bu səbəbdən də bu illər ərzində Cavabdeh Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilində bir gündə olsun yaşamamış və əmlakı qəbul etməmişdir. Bu illər ərzində mənzilin bütün kommunal xərclərini onlar ödəmişlər. Məhz bu razılaşmaya da güvənərək həmin mənzildə ailəlikcə təmir işləri aparmışlar. O, İddiaçı2 Cavabdehnm adına keçirilmiş əmlakını geri istəyir. Bu səbəbdən ki, ona qarşı Şəki İnzibati Məhkəməsində mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair iddia qaldırmışdır. O, hazırda evsizdir və başqa yaşayış yeri yoxdur. Cavabdeh isə Mingəçevir şəhərində və Rusiya Federasiyasında hər birində 3 otaqlı olmaqla mənzilləri vardır. O, İddiaçı2 üçünsə yeganə yaşayış yerini Cavabdeh bağışlamaq son dərəcə ağır yükdür. Bütün göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarmağınızı Sizdən xahiş etmişdir. Cavabdeh vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd ediməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, işin faktiki hallarını araşıdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notariat haqqında təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1996-cı ildə ölmüşdür və onun ölümü haqqında xx.xx.1996-ci il tarixli 139 №-li akt tərtib olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notariat haqqında təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2005-ci ildə ölmüşdür və onun ölümü haqqında xx.xx.2005-ci il tarixli 227 №-li akt tərtib olunmuşdur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin notariat haqqında təsdiq edilmiş surətindən görünür ki, X3 X9 ilə nikahından xx.xx.1958-ci il təvəllüdlü Ziyafət adlı uşaqları doğulmuşdur. İşə əlavə edilmiş X12 Xidmət Mərkəzində Notariat Ofisinin 29 iyun 2022-ci il tarixli 1189 nömrəli məktubundan görünür ki, xx.xx.2005-ci il tarixdə ölmüş X2 miras qalmış əmlaka ünvan 2 ofisində xx.xx.2015-ci il tarixdə V-219/2015 saylı vərəsəlik işi açılmış və mərhumun vərəsələri olan qızı-Cavabdeh və qızı İddiaçı1 xx.xx.2020-ci il tarixli 2V-547 və 2V-548 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Lakin mərhum X2 qalmış ünvan 5 ünvanında yerləşən 13 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşə əlavə edilmiş 12 iyun 2004-cü il tarixli vəsiyyətnamdən görünür ki, ünvan 5, mənzil 13-də yaşayan X6 bütün əmlakını, torpaq sahəsini və mülkünü Mingəçevir şəhəri M.Maqomayev küçəsi 50 mənzil 20-də yaşayan X5 vəsiyyət etmişdir. Məhkəməyə təqdim olunmuş DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 81,91 kv.m ümumi, 59,69 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 13 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı2 ½ hissə, Cavabdeh ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyetrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 26 aprel 2007-ci il tarixli Daınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Yevlax rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 252 nömrəli arayışa əsasən dörd otaqlı, ümumi sahəsi 81,91 kvadrat metr, yaşayış sahəsi 59,69 kvadrat metr olan Mingəçevir şəhər D.Əliyeva küçəsi ev 20, mənzil 13-də olan və kvadrat metr torpaq sahəsində yerləşən mənzilin olna məxsus olan ½ hissəsini Cavabdeh bağışlamışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri Dəliyeva Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzili tam mülkiyyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Belələiklə məhkəmədə müəyyən olundu ki, mübahisəli mənzil mərhum X10 və mərhum X3 birgə nikah dövründə əldə edilmişdir. X8 xx.xx.1996-cı ildə ölmüşdür və mübahisəli mənzilin ona düşəyən payını nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. X6 isə xx.xx.2005-ci ildə ölmüşdür. X6 öz payını qızı Cavabdeh vəsiyyət etmişdr. Mübahisəli mənzilə İddiaçı2 ½ hissə, Cavabdeh ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyetrində 6 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı2 öz payını xalası hal-hazırki iş üzrə Cavabdeh bağışlamış və mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüquqi üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Halhazırda İddiaçı1 bununla razılaşmayaraq Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə onun ¼ miras payının müəyyən olunmasını iddia edir. İddiaçı2 isə bağışlanmadan imtina edərək əmlakın Cavabdeh geri alınmasını və bağışlama müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbinə hissəvi olaraq qiymət verərək aşağıdakı nəticəyə gəlir: ilk növbədə iddia tələbinin mübahisəli Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı1 ¼ miras payının müəyyən olunması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, hal-hazırda mübahisəli miras əmlak vərəsəlik üzrə və bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüquq üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, İddiaçı1 həmin mənzilin tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsini və onun miras əmlaka pay hüququnun olmasını iddia etməsə də əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olan vərəsəlik şəhadətnaməsi və çıxarış mübahisələndirilmədiyi üçün, həmin sənədlər qüvvədə oluduğu halda iddiaçının miras əmlaka payını tələb etməsi əsassızdır və hal-hazırda İddiaçı1 həmin tələb üzrə subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə Məhkəmə İddiaçı2 iddiasına qiymət verərkən iddia tələbi hədiyyətinin geri qaytarılmasını qeyd etsə də işin hallarından da müəyyən olunur ki, iddia bağışlamadan imtina edilərək hədiyyənin geri alınması tələbidir. Odur ki, məhkəmə İddiaçı2 iddia tələbinə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə olan İddiaçı2 ½ hissə bağışlanmış payının bağışlamaqdan imtina edərək Cavabdeh geri alınması və ünvan 2 Kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli, 4Ə/1-154 saylı bağışlama müqaviləsini ləğv edilməsinə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Qanunvericiliyi bağışlamaqdan imtinanın və bağışlama müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:- hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;- hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;- bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmçinin məhkəm qeyd edir ki, mülki qanunvericilik hədiyyənin geri götürülməsini hədiyyə alan hədiyyəni qəbul edənədək mümkün olmasını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. İş materiallarından və məhkəmə araşdırmasının nəticələrindən də görünür ki, qanunvericiliklə müəyyən edlmiş bağışlamaqdan imtina edərək geri alınmasına və müqavilənin ləğvi üçün əsas verən həmin hallar mövcud deyil və iddiaçı həmin halların mövcudluğu barəsində məhkəməyə sübutlar təqdim edə bilmədi. Həmçinin bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər mövcud deyildir. Bağıqşlama müqaviləsi tərəflərin iradə ifadəsi ilə notariat kontorunda yazılı surətədə tərbib edilmiş, tərəflərin iradə ifadəsi yoxlanılmış və təsdiq edilmişdir və hədiyyə alan hədiyyəni qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və bağışlama müqailəsinin ləğvi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı1 ¼ miras payının müəyyən olunmasına dair iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı2 Cavabdeh qarşı D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması və ünvan 2 Kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli, 4Ə/1-154 saylı bağışlama müqaviləsini ləğv edilməsinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı1 Cavabdeh qarşı Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı1 ¼ miras payının müəyyən olunmasına dair iddia tələbi rədd edil edilsin. İddiaçı2 Cavabdeh qarşı D.Əliyeva küçəsi 20 saylı evin 13 saylı mənzilinə İddiaçı2 ½ hissə bağışlanmış payının Cavabdeh geri alınması və ünvan 2 Kontorunda bağlanmış 26 aprel 2007-ci il tarixli, 4Ə/1-154 saylı bağışlama müqaviləsini ləğv edilməsinə dair iddia tələbi rədd edlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-113/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-113/2023
29.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver