Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1138/2025 08.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi Elton qızının, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Elton qızının Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Elton qızı Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixli barışıq sazişinin 3-cü bəndinin təsdiq olunması tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Daha sonra ərizəçi iddia ərizəsinə düzəliş edərək, 3-cü bəndin təsdiq olunması zamanı alimentin tutulmasına xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2025—ci il tarixdən başlanması kimi qeyd olunmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Mediasiya Təşkilatında barışıq sazişi imzalamışdırlar. Barışıq sazişini tərtib edərkən tərəflər arasında olan razılaşma ondan ibarət olmuşdur ki, Maraqlı şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat uşaqların saxlanması üçün ona aliment ödəyəcəkdir. Ancaq 2 aydır ki, alimenti ödəmir. Bu səbəbdən də barışıq sazişinin yalnız 3-cü bəndinin təsdiq edilməli olması qənaətindədir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən Ərizəçi Elton qızı ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, ərizə ilə razı olduğunu, təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materialları : xx.xx.2022-ci il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanan Barışıq Sazişinin 3-cü bəndindən görünür ki, Birinci tərəf (Maraqlı şəxs) İkinci tərəfin (Ərizəçi Elton qızı) qəyyumluğunda olan övladlarına hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment ödənişi ödəyəcək və aliment ödənişini İkinci tərəfin açdığı bank hesabına ödəyəcək. Aliment ödənişini xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 10-na kimi ödəyəcək. İşin faktiki halı : xx.xx.2022-ci il tarixdə tərəflər arasında Barışıq Sazişinin bağlanmışdır. Sazişin 3-cü bəndinə əsasən Birinci tərəf (Maraqlı şəxs) İkinci tərəfin (Ərizəçi Elton qızı) qəyyumluğunda olan övladlarına hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment ödəməli və aliment ödənişini xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 10-na kimi ödəməlidir. Ərizəçinin verdiyi dəqiqləşdirmə ərizəsinə əsasən aliment əvvəllər ona ödənilmiş, tutulmasına xx.xx.2025-ci il tarixdən başlanılmasını xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə bağlı etiraz bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən Birinci tərəf (Maraqlı şəxs) İkinci tərəfin (Ərizəçi Elton qızı) qəyyumluğunda olan övladlarına hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment ödəməli, alimenti İkinci tərəfin açdığı bank hesabına ödəməli və aliment ödənişini xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 10-na kimi ödəməlidir. Ərizəçinin verdiyi ərizəyə əsasən maraqlı şəxs tərəfindən əvvəllər ödəniş edilmiş, yalnız 2025-ci ilin aprel ayından maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Barışıq sazişi maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə icra olunmadığından məhkəmə tərəfindən təsdiq olunmalıdır. Alimentin tutulmasıxx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ :
Ərizə təmin edilsin. Ərizəçi Elton qızı və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 3-cü bəndi aşağıdakı hissədə təsdiq edilsin. 3) Birinci tərəf (Maraqlı şəxs) İkinci tərəfin (Ərizəçi Elton qızı) qəyyumluğunda olan övladlarına hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment ödənişi ödəyəcək və aliment ödənişini İkinci tərəfin açdığı bank hesabına ödəyəcək. Aliment ödənişini xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 10-na kimi ödəyəcək. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Güləndam Quliyeva