Məhkəmə qərarları › İş №2(051)-1141/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1141/2025

02.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1141/2025 02.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ona 40000 manat pul verməli olduğu üçün onunla mediasiya prosesində barışıq sazişi bağlamış və həmin borcu ödəyəcəyini etiraf etmişdir. Maraqlı şəxslə xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatinda barışıq sazişi bağlamışlar. Sözügedən barışıq sazişinə əsasən maraqlı şəxs ona borclu olduğu 40000 manat məbləğində borcu olmasını qəbul edir və 05 aprel 2025-ci ildən etibarən 2500 manat ödəməyi öhdəsinə götürür. Belə ki, Maraqlı şəxs əvvəl 30000 manat, 20 fevral 2025-ci ildə isə əlavə olaraq 10000 manat olmaqla, 40000 manat pul almışdır. Lakin maraqlı şəxs qəsdən barışıq sazişini icra etməkdən yayınmış və qərəzli olaraq sözügedən məbləği ödəməyərək sazişin şərtlərini pozmuşdur. Bundan əlavə barışıq sazişinin şərtlərinə görə Süleyman-X1 məbləği qaytarmadığı və məhkəmə qaydasında mübahisə olarsa, bütün məhkəmə xərclərinin və vəkilə ödənilən xərclərin ödənilməsini, bundan əlavə əldən çıxmış fayda və bank uçot dərəcəsinə uyğun faizlərin ödənilməsini öz üzərinə götürmüşdür. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclası zamanı bildirdi ki, o, pulu ərizəçidən kosmetika məhsullarının alışı məqsədi ilə almışdır. Belə ki, həmin məhsulların pərakəndə satışı ilə məşğul olur. Məhsulların ödənişini etməsinə baxmayaraq, onun bu məhsulları əldə etməsi mümkün olmadığından, pulu ərizəçiyə barışıq sazişində göstərilən formada hissə-hissə ödəyə bilməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, X3 Maraqlı şəxs 2024-cü ildə 30000 manat nağd olaraq borc pul verməsini öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X2 2024-cü ildə 30000 manat nağd olaraq borc pul almasını öz üzərinə öhdəlik götürməsi, X3 Maraqlı şəxs xx.xx.2025-ci il tarixində əlavə olaraq 10000 manat nağd olaraq borc pul verməsini öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X2 xx.xx.2025-ci il tarixində əlavə olaraq 10000 manat nağd olaraq borc pul almasını öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X5 ümumilikdə 40000 manat nağd olaraq pul borcunun olmasını öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X5 ümumilikdə 40000 manat nağd olaraq pul borcunu hər ayın 5-də və ən geci 10-na kimi 2500 manat olmaqla 16 ay müddətində ödəməyi öz üzərinə öhdəlik götürməsi, borc ödənişi xx.xx.2025-ci ildə tarixindən başlayaraq hər ay X3 bank hesabına (bank kartına) ödəniləcəyi, sözügedən 40000 manat pulu ödəmədikdə X5 həmin məbləğə münasibətdə illik Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq faiz, aylıq 5(beş) faiz olmaqla əldən çıxmış fayda formasında əlavə ödənişlər almaq hüququnun olması və Maraqlı şəxs bununla tam şəkildə razılaşması, barışıq sazişində olan öhdəlikləri icra etmədikdə X7 məhkəməyə müraciət ilə əlaqədar bütün xərcləri, vəkilə çəkilmiş xərcləri və digər ödənişləri Maraqlı şəxs ödəməsi və Maraqlı şəxs bununla bağlı bütün öhdəlikləri öz üzərinə götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, X7 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1,2,3,4 və 5-ci bəndləri artıq icra olunmuş və həmin bəndlər üzrə mübahisə yoxdur. Bununla belə barışıq sazişinin 6-cı bənd icra edilməmişdir. Ona görə də barışıq sazişi həmin hissədə təsdiq edilməli, lakin həmin sazişin 7-ci və 8-ci bəndləri isə qanuna zidd olduğundan, təsdiq edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış, Maraqlı şəxs X5 ümumilikdə 40000 manat nağd olaraq pul borcunu hər ayın 5-də və ən geci 10-na kimi 2500 manat olmaqla 16 ay müddətində ödəməyi öz üzərinə öhdəlik götürməsi, borc ödənişi xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay X3 bank hesabına (bank kartına) ödəniləcəyinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi X3 Maraqlı şəxs 2024-cü ildə 30000 manat nağd olaraq borc pul verməsini öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X2 2024-cü ildə 30000 manat nağd olaraq borc pul almasını öz üzərinə öhdəlik götürməsi, X3 Maraqlı şəxs xx.xx.2025-ci il tarixində əlavə olaraq 10000 manat nağd olaraq borc pul verməsini öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X2 xx.xx.2025-ci il tarixində əlavə olaraq 10000 manat nağd olaraq borc pul almasını öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs X5 ümumilikdə 40000 manat nağd olaraq pul borcunun olmasını öz üzərinə öhdəlik götürməsi, sözügedən 40000 manat pulu ödəmədikdə X5 həmin məbləğə münasibətdə illik Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq faiz, aylıq 5(beş) faiz olmaqla əldən çıxmış fayda formasında əlavə ödənişlər almaq hüququnun olması və Maraqlı şəxs bununla tam şəkildə razılaşması, barışıq sazişində olan öhdəlikləri icra etmədikdə X7 məhkəməyə müraciət ilə əlaqədar bütün xərcləri, vəkilə çəkilmiş xərcləri və digər ödənişləri Maraqlı şəxs ödəməsi və Maraqlı şəxs bununla bağlı bütün öhdəlikləri öz üzərinə götürməsinə dair hissədə təsdiq edilməsindən imtina edilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkündür. Azərbaycan Respublikası MPM-in 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış, Maraqlı şəxs X5 ümumilikdə 40000 manat nağd olaraq pul borcunu hər ayın 5-də və ən geci 10-na kimi 2500 manat olmaqla 16 ay müddətində ödəməyi öz üzərinə öhdəlik götürməsi, borc ödənişi xx.xx.2025-ci ildə tarixindən başlayaraq hər ay X3 bank hesabına (bank kartına) ödəniləcəyinə dair hissədə barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin digər bəndlərinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar