Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1212/2021 26.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi-vəkil X1 iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, əri X3 03 aprel 2019–cu il tarixdə Krım Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə müraciət edərək, məhkəmədən əri X3 30.03.2019–cu il tarixdə X9 Respublikasının Simferopol şəhərində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə 14 aprel 1989-cu ildə nikaha bağlamaqla evlənmişdir. X15 əvvəllər X7 ad və soyadını daşımışdır. Sonradan ad vəsoyadında dəyişiklik edərək, X10 adını daşımışdır. O, 03 aprel 2019-cu ildə vəfat etmiş və Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfn edərkən isə onun ad və soyadını dəyişdirməsindən xəbərsiz olan qohumlar bələdiyyəyə qəbir yeri üçün müraciət edərkən onun əvvəlki ad və soyadını-X7 olmasını bildirmişlər. Ruhi İbrahimov (Knyaz Knyazov) Krım Respublikasında vəfat etdiyindən və ona ölüm haqqında şəhadətnamə Krım Respublikasında alındığından, Azərbaycan Respublikası Krımı Rusiya Federasiyasının ərazisi kimi tanınmadığından, notariat kontoru X10 barəsində tərtib olunmuş ölüm haqqında şəhadətnaməni qəbul etməmişdir. Vərəsəlik məsələlərini həll etmək üçün ölüm faktın müəyyən olunması vacibdir. Odur ki, məhkəmədən əri X3 03 aprel 2019–cu il tarixdə Krım Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi-vəkil X2 ilkin və əlavə ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından əlavə olaraq göstərdi ki, onun mərhum əri Ruhi İbrahimov (Knyaz Knyazov) 30.03.2029-cu il tarixdə X9 Respublikasının Simferopol şəhərində vəfat etmiş və 03.04.3019-cu il tarixdə Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişdir. Yerli adətə görə qəbir daşına dəfn olunduğu tarix yazılmışdır. Eləcə də, qohumlar arasında o, Ruhi İbrahimov kimi tanındığına görə qəbir daşına da həmin ad və soyad qeyd edilmişdir. Halbuki, Ruhi İbrahimov 07.06.2017-ci il tarixdə ad və soyadını dəyişib Knyaz Knyazov kimi yazdırmışdır. Ruhi İbrahimova (Knyaz Knyazova) ölüm haqqında şəhadətnamə isə ölüm yerinə görə tanınmamış Krım Respublikasının Ədliyyə nazirliyinin müvafiq orqanı tərəfindən verilmişdir. Hazırda Azərbaycan Respublikası Krımı Rusiya Federasiyasının ərazisi kimi tanınmadığından, notariat kontoru X10 barəsində tərtib olunmuş ölüm haqqında şəhadətnaməni tərcümə edib təsdiq etməkdən imtina etmişdir. Təmsil etdiyi şəxs isə həmin sənədi başqa cür əldə edə bilməmişdir. Hazırda isə təmsil etdiyi şəxsə mərhum ərinin ölüm haqqında şəhadətnaməsi, ondan miras qalmış əmlakların vərəsəlik qaydasında sənədləşməsi üçün zəruridir. Həmin ölüm haqqında şəhadətnamə isə Azərbaycan Respublikasının heç bir dövlət orqanlarında rəsmi sənəd kimi qəbul edilmir. Ona görə də təmsil etdiyi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanan 05/Q-672/13 saylı məktubla məhkəmə iclasında üzrlü səbəblərdən nümayəndələrinin iştirak edə bilməyəcəyini bildirərək, mülki işə onların iştirakı olmadan baxılmasını və qanunmüvafiq qərar qəul edilməsini xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumu olmaqla, həm də yaxın qonşusudur. Həqiqətən ərizəçinin əri Ruhi Kərimov 03 aprel 2019–cu il tarixdə vəfat etmiş və Mingəçevir kənd qəbirstanlığında dəfn edilmiş, o da yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 şahid X5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 22.01.2020–ci il tarixli 05/70-97/69 saylı arayışdan görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi üçün “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 18.09.2019-cu il tarixli 05/70-1705/69 saylı arayışdan görünür ki, X10 ilə Ərizəçi 14.04.1989-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İşdə olan Mingəçevir “ASAN XİDMƏT” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07062017 nömrəli çıxarışdan görünür ki, İbrahimov Ruhi Əli oğlu adını və soyadını 07.06.2017-ci il tarxdə X6 dəyişdirmişdir. İşdə olan Mingəçevir “ASAN XİDMƏT” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 11.08.2021-ci l tarixli 1451 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Krım Respublikasını Rusiya Federasiyasının subyekti kimi tanımadığı üçün qanunvericiliyin və Beynəlxalq hüququn tələblərinə uyğun olaraq təqdim edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X10 30.03.2019-cuil tarixdə X9 Respublikasının Simferopol şəhərində vəfat etmiş və 03.04.2019-cu il tarixdə Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişdir. Ölüm yerinə görə tanınmamış Krım Respublikasının ədliyyə orqanı tərəfindən X3 adına ölüm haqqında şəhadətnamə tərtib edilmişdir. Lakin Azərbaycan Respublikası Krımı Rusiya Federasiyasının subyekti kimi tanımadığı üçün ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilməsindən imtina etmişdir. Ərizəçi isə mərhum ərinin vəfat etməsi faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Ona görə də ərizəçinin mərhum ərindən miras qalmış əmlakları vərəsəlik qaydasında əldə etməsi mümkün olmamışdır. Halbuki, ərizəçi birinci növbəli qanun üzrə vərəsə kimi mərhum ərindən miras qalmış əmlaklardan pay almaq hüququna malikdir. Ona görə də ərizəçinin mərhum ərinin ölüm faktınının müəyyən edilməsi, onun vərəsəlik qaydasında əmlak əldə etməsinə imkan verir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi ərinin vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi onun ərinin vəfat etməsi fatının müəyyən edilməsindən ibarətdir. Həmin faktının müəyyən edilməsi isə ərizəçinin vərəsəlik qaydasında əmlak əldə etməsi üçün zəruridir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizəçinin ərinin vəfat etməsi fatının müəyyən edilməsi, ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM–in 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölün haqqında şəhadətnamə almaq üçün, ölüm haqqında şəhadətnamə isə ərizəçiyə vərəsəlik hüququnun həyata keçirilmək üçün lazımdır. Qeyd olunan fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan, hüquqi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. 07.11.1964-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, X3 30.03.2019-cu il tarixdə X9 Respublikasının Simferopol şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1212/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1212/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver