Məhkəmə qərarları › İş №2(051)-1219/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1219/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1219/2024 22.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş və xx.xx.2004-cü ildə X12 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 ilə xx.xx.1989-cu ildə Maraqlı şəxsndə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.1991ci il təvəllüdlü X20, xx.xx.1993-cü il təvəllüdlü X15 və 03.09.199-cu il təvəllüdlü X21 adlı uşaqları doğulmuşdur. Övladları Arzu və Aytən yetkinlik yaşına çatmış, ailə qurmuşlar. X8 xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş və bu barədə xx.xx.1999-cu ildə İ-Az seriyalı, 057344 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Azyaşlı oğlu Murad Namazov böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi, xx.xx.2004-cü ildə vəfat etmiş və onu Mingəçevir şəhər kənd qəbiristanlığında dəfn etmişlər. Mingəçevir ASAN xidmətin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqinda xx.xx.2024-cu il tarixli, ******* saylı arayışdan görünür ki, ərizəçilərin mülkiyyətində olan ünvan 1 ünvanda X2, Ərizəçi2 Məmmədəli qızı, X20, X17 və X21 qeydiyyatdadırlar. Pensiya təyinatı və gələcəkdə mirasla bağlı məsələlər üçün mərhum oğlu X14 ölüm haqqında şəhadətnaməsi alması zəruridir. Maraqlı şəxsnə müraciət etdikdə isə oğlu Muradın vəfat etməsi barədə həkim şəhadətnaməsi verilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilməmişlər və məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, əmlakı kürəkəninə bağışlamaq istəyir, ona görə uşağının ölüm faktının müəyyən edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 Ərizəçi2 əmisi qızıdır. Onun 3 övladı olmuşdur. Sonradan bir uşağı böyrək çatışmamazlığı xəstəliyindən rəhmətə getmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, Ərizəçi1 uzun müddətdir taniyir, ərizəçinin dostu olub. Ərizəçinin 3 nəfər uşağı olub. Ərizəçinin oğlu Murad Namazov 1999-cu ildə doğulmuş və böyrək çatışmamazlığı xəstəliyindən 2004-cü ildə vəfat etmişdir. X22 şəhəri “Mingəçevir kənd” qəbiristanlığında dəfn olunmuşdur və dəfnində iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Ərizəçilərin iki qızı və bir oğlu olmuşdur. Sonradan oğlu 2004-cü ildə Murad Namazov rəhmətə getmiş və o, Mingəçevir şəhəri “Mingəçevir kənd” qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etməsə də, qəbr ziyarətinə getmişdir. Məhkəmə ərizəni, maraqlı şəxsin nümayəndəsini ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.1999-cu il tarixdə Mingəçevir şəhərində X6 və Ərizəçi2 birgə nikahından doğulmuşdur. Adın, Ata adının və soyadının dəyişdirilməsi haqqında AZ-İ seriyalı, 012616 nömrəli şəhadətnamənin surətindən görünür ki, X1 şəhərində xx.xx.1967-ci il doğulmuş, soyadı – Misirov, adı- Paşa, ata adı- Vəlyəddin oğluna dəyişdirilmişdir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1033 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanda yaşamış mərhum X21 xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhəri “Kənd” qəbrisitanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/7-11-150.1/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2001-ci il-xx.xx.2007-ci illər üzrə yoxlama aparılmış, lakin X12 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarialı qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə X7 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Misirov, arvada Namazova soyadı verilmişdir; Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə şahid qismində dindirilmiş X3 ifadəsini sübut növü kimi qəbul etmir, belə ki, o, məhkəmə tərəfindən X12 nə vaxt anadan olmasıvə nə vaxt vəfat etməsi barədə suallara cavab verə bilməmişdir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlu xx.xx.1999-cu il təvəllüdlü X21 -xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə əmlakını bağışlamaq üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. 03 sentyabr 1999-cu il təvəllüdlü X12 18 noyabr 2004-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X12 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar