Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1237/2025 06.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1967-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X3 xx.xx.1989-cu ildə, anası X9 isə xx.xx.2009-cu ildə vəfat etmişdir. Eyni zamanda qardaşı X15 isə xx.xx.1976-cı ildə rəhmətə getmişdir. Həmin vaxt qardaşı Mahirin ölümü onları sarsıtdığı üçün bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edib ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda torpaq sahəsinin sənədləşməsi ilə bağlı ondan qardaşı Mahirin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı müraciət etmiş, lakin Maraqlı şəxs ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, məhkəməyə müraciət edilməsini bildirmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 öz izahatında göstərdi ki, Ərizəçi onun dayısı qızıdır. X4 onun dayısı oğlu olmuşdur. Mahir Əliyev doğulduqdan təxminən 40 gün sonra vəfat etmişdir. Həmin vaxt Mahir Əliyev qəflətən vəfat etdiyindən həkim çağırmamışlar. X11 şəhərində dəfn edilmiş və dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında göstərdi ki, Ərizəçi ilə uzun illərdir ki, qonşudurlar. Həmin vaxtlar yaşadığı evdə gəlin olan zaman qaynanası qonşuda yas olduğunu bildirərək ora getmişdir. Mahir Əliyev təxminən 1976-cı ilin may ayının əvvəlində vəfat etmişdir. X11 şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X6 izahat verərək ərizə ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/7-Ə-131-xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.1976-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, X3, anası X7r. AZ-İ 384134 №li xx.xx.2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 508 № ilə qeyd edilmişdir. xx.xx.1989-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində ölmüşdür. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi torpaq sahəsinin sənədləşməsi ilə bağlı qardaşı Mahir Əliyevin ölüm haqqında şəhadətnaməsini almaq istəyir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin qardaşı xx.xx.1976-cı il təvəllüdlü X10 ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin oğlu X15 xx.xx.1976-cı ildə Mingəçevir şəhərində doğulmuş, xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmənin mövqeyi: Ərizəçinin qardaşı X15 xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində ölmüş və Mingəçevir Şəhər Qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qardaşı xx.xx.1976-cı il təvəllüdlü X10 Mingəçevir şəhərində doğulub, xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində vəfat etdiyi və Mingəçevir şəhər qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1976-cı il təvəllüdlü X10 xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş X10 xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Güləndam Quliyeva