Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1259/2021 23.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi X1 iştirakı ilə Ərizəçi X1 «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: X4 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, qızı X6 08 oktyabr 1992-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında bildirdi ki, 01 oktyabr 1988-ci ildə Akif Baxışovla nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 4 övladları olmuşdur. 18 may 1992-ci il təvəllüdlü qızı X13 08 oktyabr 1992-ci ildə vəfat etmişdir. Lakin uşaq körpə olduöğundan doğum haqqında şəhdaətnamə ala bilməmişlər. Qeydiyyat şöbəsinin akt qeydləri arxivində yoxlama aparılarkən, X7 ölümünün qeydə alınması barədə heç bir akt aşkar olmadığından Qeydiyyat Şöbəsi ölümün qeydə alınması barədə şəhadətnamə verməkdən imtina etmişdir. Qızı K.Baxışovanın ölümünün qeydə alınması barədə ölüm şəhadətnaməsini almaq başqa qaydada mümkün deyil. Buna görə də qızı X6 08 oktyabr 1992-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə 19 iyun 2021-ci il tarixdə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirdi ki, ərizəçinin qonşusu olmuşdur. 08 oktyabr 1992-cu il tarixdə K.Baxışovanın vəfat etdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 şahid T.Əzizovanın ifadəsinə uyğun ifadə verdi. Ərizəçinin tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. X9 Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-330/15 03 iyun 2021-ci il tarixli arayış, nikahın bağlanması haqqında şəhadətnamənin surəti, Mingəçevir Şəhər Maraqlı şəxs tərəfindən verilmiş 02 iyun 2021-cu il tarixli 05/Q-51/15 nömrəli məktub aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, həqiqətən də, X14 X1 əridir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs 02 iyun 2021-ci il tarixli 05/Q-51/15 nömrəli arayışından görünür ki, X6 Maraqlı şəxsndə ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ona görə də ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin anası X5 10 dekabr 2019-cu il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 08 oktyabr 1992-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X6 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X3 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1259/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1259/2021
23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver