Məhkəmə qərarları › İş №2(051)-1278/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1278/2022

06.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1278/2022 06.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən və torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaqlarını, cavabdehlərin onun mükiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərdi ki, ünvan 3 ünvanında yerləşən torpaq sahələri İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının qardaşı uşaqlarıdır. Cavabdehlər İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, Q.Nəbi küçəsi ev 1/4 ünvanda yerləşən evindən və Mingəçevir şəhəri Q.Nəbi küçəsin 3A və 3B ünvanında yerləşən torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Cavabdehlərin qərəzli olaraq iddiaçını öz evindən və torpağından istifadə etməyə qoymamasının səbəbi onun tək qadın olmağı və cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan evinin və torpaqlarının ələ keçirilməsidir. Dəfələrlə cavabdehlərlə mübahisələri olmuş və cavabdehlər iddiaçıya təzyiqlər etmişlər. İddiaçı öz mülkiyyət hüquqlarından lazımi qaydada istifadə edə bilmir və artıq 3-4 aydır ki, başqa yerdə qalır. Bu məsələnin həlli üçün iddiaçı cavabdehlərlə dəfələrlə danışmağa çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlərin iddiaçıya məxsus ev və torpaq sahəsinə hər hansı hüququ yoxdur, onlar başqa ünvanda qeydiyyatdadırlar. Mehribanın anasının vəfatından sonra cavabdehlər həmin evdə iddiaçını yaşamağa qoymurlar. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaları, cavabdehlərin İddiaçı mükiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun bibisidir. ünvan 5 ünvandakı fərdi yaşayış evində babası X9, X1, atası X10, anası X5, qardaşları Cavabdeh2 və Cavabdeh3, eləcə də bibisi İddiaçı bir ailə olaraq yaşamışlar. X1 vəfat etdikdən sonra İddiaçı evi tərk edib getmişdir. ünvan 5 ünvandakı fərdi yaşayış evi, ünvan 6 ünvandakı torpaq sahələri babası X6 mülkiyyətində olmuşdur. Musa İsayev vəfat etdikdən sonra həyat yoldaşı, onun X1nın mülkiyyətinə keçmişdir. Hazırda həmin evdə yaşayır, nənəsindən miras qalmış əmlakı faktiki qəbul etmiş və idarə edir. Doğrudur, anaları X2 şəhəri, Ş.İ.Xətai küçəsi 1№-li evin 1№-li mənzili onlara miras qalmışdır. Onlar həmin mənzildə də qeydiyyatdadırlar. Lakin darısqal olduğuna görə həmin mənzildə yaşaya bilmirlər. Ona görə də iddia tələbini əsassız hesab edir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş 22 aprel 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 fevral 2010-cu ildə vəfat etmiş X6 vərəsəsi ünvan 7 ünvanda yaşayan arvadı X7r. Şəhadətnamə verilən miras əmlak Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində, 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 63.3 kv.metr olan, yaşayış sahəsi 34.0 kv.metr olan, 1/4 saylı fərdi yaşayış evindən ibarətdir. İşə əlavə olunmuş 19 sentyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09 iyun 2004-cü ildə vəfat etmiş X11 vərəsəsi ünvan 7 ünvanda yaşayan anası X7r. Şəhadətnamə verilən miras əmlak ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. İşə əlavə olunmuş AN – İ ******* №-li, 06 iyun 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin (fərdi ev bağışlama) surətindən görünür ki, X8 0.06 ha torpaq sahəsində yerləşən, 3 (üç) otaqlı, ümumi sahəsi 74.7 kv.metr, yaşayış sahəsi 39.0 kv.metr olan, Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsindəki 1/4 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini heç bir məbləğ olmadan hədiyyə alanın - İddiaçı mülkiyyətinə əvəzsiz vermişdi. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 9 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi xx.xx.2017-ci ildə tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. İşdə olan X8 ilə İddiaçı arasında bağlanmış, Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş 01 avqust 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən 0.11 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 10 ünvandakı 0.06 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 9 ünvandakı 0.11 ha torpaq sahəsi xx.xx.2019cu il tarixdə İddiaçı adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 11 ünvandakı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1№-li evin 1 otaqlı 1№-li mənzili X3 tam mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. İş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ünvan 12 ünvanda yerləşən ev və ünvan 13əri iddiaçının tam mülkiyyətindədir, lakin cavabdehlər iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən və evdən istifadə etməyə imkan vermirlər. İddiaçı öz mülkiyyət hüquqlarından istifadə edə bilmir və başqa yerdə qalır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən evdən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaları, ünvan 1 ünvanda yerləşən evdən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, mübahisəli torpaq sahəsi və ev cavabdehlər tərəfindən əsassız olaraq tutulmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və evdən cavabdehlərin çıxarılmasını və onun mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maeələrin aradan qaldırılmasını tələb edir, cavabdehlər isə mübahisəli evə və torpaq sahəsinə onların da hüquqları olduğunu bildirir, lakin cavabdehlər mübahisələndirilən evə və torpaq sahəsinə onların hər hansı bir hüququ olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədilər. Ancaq iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli ev və torpaq sahələri iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən çıxarılmalı, cavabdehlər tərəfindən İddiaçı mükiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən, Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3A və Mingəçevir şəhəri Qaçaq Nəbi küçəsinin 3B ünvanında yerləşən torpaq sahəsindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 14 ünvanda yerləşən evdən, ünvan 15 ünvanında yerləşən torpaq sahələrindən çıxarılsın. Cavabdehlər tərəfindən iddiaçının mükiyyətində olan ünvan 14 ünvanda yerləşən evdən, ünvan 15 ünvanında yerləşən torpaq sahələrindən İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar