Məhkəmə qərarları › İş №2(051)-1298/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1298/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1298/2021 22.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum qardaşı X6 10 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx xxx 1952-ci ildə anadan olmuşdur. X9 onun qardaşıdır. X14 10 dekabr 2020-ci ildə qəflətən dünyasını dəyişmişdir. Onun qəflətən ölümü onları sarsıtdığı üçün bu barədə qeydiyyat şöbəsinə vaxtında müraciət edib ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O və ailə üzvləri mərhum qardaşı Yevlax rayonu, Hürüuşağı kənd qəbirstanlığında dəfn etmişlər. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qardaşı rəhmətə gedən zaman Təcili və X3 Stansiyasının həkimləri gəlmişlər və onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Bununla bağlı o, şəhər Qeydiyyat şöbəsinə qardaşının ölüm faktıyla bağlı şəhadətnamə almaq üçün müraciət etmişdir. Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Buna görə də o, məcbur olub məhkəməyə müraciət edir. Onun qeyd etdiklərini məhkəməyə gətirəcəyi şahidləri təsdiq edə bilərlər. Bundan başqa o, Mingəçevir şəhər Təcili və X3 Stansiyasına müraciət edərək tibbi arayış almış və həmin arayışı da ərizəsinə əlavə edir. Məhkəmədən mərhum qardaşı X6 10 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin şahidlərin dindirilməsi ilə mübahisəni araşdırmışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, X9, həqiqətən, 10 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhərində rəhmətə getmişdir. Onun dəfn mərasimin də o da iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan doğum haqında şəhadətnamənin surətindən görünür ki, 26 iyul 1964-cü il təvəllüdlü X9 və xx xxx 1952-ci il təvəllüdlü Ərizəçi adlı şəxslərin ataları kimi X8 və anaları kimi isə X5 qeyd edilmişdir. İş materiallarında olan Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 1964-cü il təvəllüdlü X9 həkimə çatana qədər yolda ölmüşdür. İş materiallarında olan Yevlax rayonu, Hürüuşağı Bələdiyyəsinin 05 nömrəli arayışından görünür ki, həqiqətən, 15.06.1964-cü il təvəllüdlü X9 11.12.2020-ci ildə rəhmətə gedib və Yevlax rayonu, Hürüuşağı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizəçinin qardaşı X6 10 dekabr 2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: X6 10 dekabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilmiş hesab olunsun. X6 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar