Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1319/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, 04 avqust 2021-ci il təvəllüdlü oğlu X6 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, 04 avqust 2021-ci il təvəllüdlü Əli onun oğludur. Əli doğulandan xəstə olmuş, bir neçə ay müayinə və müalicə olunmasına baxmayaraq, uşaq 22 noyabr 2021-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Uşağı Şəki rayonu Çayqaraqoyunlu kənd qəbristanlığında dəfn etmişlər. Uşaq körpə olduğundan yas mərasimi keçirilməmiş, ancaq qohum-əqrəba, qonşular, tanışlar başsağlığı üçün yaşadıqları mənzilə toplaşmışlar. Əlinin ölümü onu və ailə üzvlərimi hədsiz sarsıtdığı üçün, eləcə də başları qarışdığı üçün ölüm haqqında arayış ala bilməmişlər. Ölüm faktını təsdiq edən arayış olmadığı üçün Maraqlı şəxs tərəfindən Əlinin ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Oğlu Əlinin ölümünü şahidlər təsdiq edə bilərlər. Ona görə də ərizənin təmin olunmasını, 04 avqust 2021-ci ildə Mingəçevir şəhərində anadan olmuş X6 22 noyabr 2021-ci ildə ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs rəisi X4 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının qızıdır. Səmranın oğlu Əli doğulandan xəstə olmuşdur. Bir müddət aparılan müayinə və müalicələr nəticə verməmiş, uşaq 22 noyabr 2021-ci ildə vəfat etmişdir. Uşaq körpə olduğundan yas mərasimi keçirilməmiş, yalnız qohum və qonşular başsağlığı üçün gəlmişlər. Övladının ölümü Səmranı çox sarsıtdığından o, demək olar ki, bir ay müddətində xəstə yatmışdır. Bu səbəbdən vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Uşağı Şəki rayonu Çayqaraqoyunlu kənd qəbristanlığında dəfn etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır. Səmranın ikinci övladı Əli xəstə olduğu üçün 2021-ci ilin noyabr ayında vəfat etmişdir. Uşağı Şəki rayonu Çayqaraqoyunlu kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 avqust 2021-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X3, anası Ərizəçidır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-10/15 saylı 02 mart 2022-ci il tarixli arayışdan görünür ki, 22 noyabr 202-ci il tarixdən 02 mart 2022-ci illər üzrə yoxlama aparılarkın 04 avqust 2021-ci il təvəllüdlü X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. İşdə olan Şəki rayonu İHB-nın Turan qəsəbə İnzibati Ərazi Dairəsinin 12 may 2022-ci il tarixi, 234 saylı arayışı və həmin tarixdə tərtib edilmiş Aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi və ünvan 2 X5 04 avqust 2021-ci il təvəllüdlü oğlu Əli xəstə olması səbəbi ilə müalicə olunmasına baxmayaraq, 22 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Uşaq Şəki rayonu Çayqaraqoyunlu kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı X6 22 noyabr 2021-ci ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X6 22 noyabr 2021-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 04 avqust 2021-ci ildə Mingəçevr şəhərində anadan olmuş X6 22 noyabr 2021ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1319/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1319/2022
28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver