Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1340/2021 29.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 19.06.1965-ci il təvəllüdlü anası X2 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 onun doğma anasıdır. Anası onkologiya xətəsi imiş, daima müalicələr alırmış. Anası 16.12.2020-ci il tarixdə vəfat etmiş və Mediabad qəbirstanlığında dəfn olunmuşdur. Hazırda onun ölüm haqqında şəhadətnaməsi yoxdur. Qeydiyyat şöbəsinə müraciət etsə də, onun ölümü barədə şəhadətnamə ala bilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Onun ölümünü qohum və qonşular təsdiq edə bilərlər. Ona görə də məhkəmədən , 19.06.1965-ci il təvəllüdlü anası X2 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPMnin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, X2 yaxınıdır. X3, həqiqətən, 16.12.2020-ci il tarixdə Mingəçevir şəhərində rəhmətə getmişdir. Onun dəfnində o da iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan AZ-İİ № 067933 saylı doğum haqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi atası X6 anası X3 göstərilmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 19.06.1965-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş Abşeron rayonu Mehdiabad Bələdiyyəsi 06 №-li 13 yanvar 2021-ci il tarixli Arayışından görünür ki, həqiqətən də mərhumə X3 16.12.2020-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur və dəfn xərclərini oğlu Ərizəçi tərəfindən çəkilmişdir. İş materiallarında olan Maraqlı şəxs 05/Q-12/15 saylı 03.02.2021-ci il tarixli məktubundan görünür ki, X4 ərizəsinə baxılmış və X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı ilə bağlı təlimatının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. MPM-nin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, X2 16.12.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: X2 16.12.2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X2 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən X1 qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün və ölüm haqqında şəhadətnamə verməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1340/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1340/2021
29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver