Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1365/2025 01.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, anası xx.xx.1958-ci il tarixdə doğulmuş — X7 xx.xx.2013-cü il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbin dəqiqləşməsi barədə ərizə verərək, xx.xx.1958-ci il tarixdə doğulmuş X8 19 may 2013-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 onun anasıdır. X3 xx.xx.2013-cü il tarixdə Şəki rayonu Böyük Dəhnə kəndində öz evində vəfat etmişdir. Həmin vaxt təcili yardıma müraciət etməmişlər. Anası Şəki rayonu Böyük Dəhnə kənd qəbirstanlığında dəfn etmişlər. Bu günə kimi anasının ölümünü təsdiq edən sənəd almamışlar. Həkim şəhadətnaməsi verilmədiyindən Qeydiyyat Şöbəsinə müraciət etməsinə baxmayaraq, anasının vəfat etməsi barədə şəhadətnamə ala bilməmişdir. Başqa qaydada anası ölüm haqqında şəhadətnaməsini almaq mümkün deyil. Bu fakti qohumları təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. X4 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi onun arvadıdır. Mərhum X1. Onkoloji xəstə idi. xx.xx.2013-cü il tarixdə vəfat etmiş, xx.xx.2013-cü il tarixdə Şəki rayonu Böyük Dəhnə kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə özü şəxsən iştirak etmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. X6 məhkəmə iclası zamanı bildirmişdir ki, ərizəçi onun gəlinidir. 2013-cü il may ayının 19-da saat 3-4 radələrində mərhum vəfat etdi. Uzun sürən xəstəlikdən əziyyət çəkirdi. Şəki rayonu Böyük Dəhnə kənd qəbirstanlığında dəfn olunmuş, yas mərasimi Dəhnə kəndində baş tutmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin edilməmiş, gəlməməsinin səbəbləri haqqında heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X8 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamış, X10 məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X14 həqiqətən Şəki rayonu Böyük Dəhnə kəndində yaşamış və öz yaşadığı evdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, anası X14, atası X13r. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi bacısının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi anası X14 xx.xx.2013-cü il tarixdə Şəki rayon, Böyük Dəhnə kəndində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X8 xx.xx.2013-cü il tarixdə Şəki rayon, Böyük Dəhnə kəndində ölməsi faktı müəyyən edilsin. X8 ölməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1365/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1365/2025
01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver