Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1367/2025 05.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürməsi barədə barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, birgə nikahdan 2 uşağı vardır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-678/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında xx.xx.2005-ci il tarixində Mingəçevir Şəhər VVADQ Şöbəsi tərəfindən qeydə alınmış və 169 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə aralarında barışıq sazişi bağlanmış və həmin sazişinin 2-ci bəndində tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razı olmaları göstərilmişdir. Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmiş, sazişin 4-cü bəndində göstərilmişdir. Lakin qarşı tərəf Barışıq Sazişinin şərtlərinə əməl etmir, uşaqların maddi təminatında və saxlanmasında iştirak etməmişdir. Heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır, maraqlı şəxs könüllü aliment ödəmir. Barışıq sazişinin 4-cü bəndinə əsasən həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməlidir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, maraqlı şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razı olmaları, Ərizəçi xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 atası- Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürməsi, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq, hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürməsi, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə bu Sazişin 4-cü bəndində razılaşdırılmış sabit pul məbləğində alimentin miqdarının hər il uşaqlar üçün müəyyən edilən yaşayış minimumuna uyğun olaraq artıracağına dair öhdəlik götürməsi, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 təhsili və dini etiqadı ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığının olmaması ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-678/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında xx.xx.2005ci il tarixində Mingəçevir Şəhər VVADQ Şöbəsi tərəfindən qeydə alınmış və 169 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X1 və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 anası Ərizəçi, atası Maraqlı şəxsdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməsi hissəsində könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında barışıq sazişi qanunda nəzərdə tutulmuş qaydada bağlanmış, lakin imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində barışıq sazişinin 4-cü bəndi, yəni uşaqların saxlanması üçün alimentinə ödənilməsi hissəsi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürməsinə dair hissədə barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğdə pul vəsaiti maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin noyabr ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürməsinə dair barışıq sazişinin 4-cü bəndi təsdiq edilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1367/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1367/2025
05.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver