Məhkəmə qərarları › İş №2(051)-1383/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1383/2023

11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1383/2023 11.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı Çıxarışların ləğv edilməsi, əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh1 və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı Çıxarışların ləğv edilməsi, əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş aidiyyət qaydalarına dair zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar inzibati orqan olan DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı ərizə verməklə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin hərəkətləri haqqında iddia qaldırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq üçün və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsində göstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddiaya baxılması predmetinə görə inzibatiiqtisadi məhkəmələrin səlahiyyətinə aid olduğundan geri qaytarılmalı və iddiaçılara Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq ümumi əsaslarla həmin məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı Çıxarışların ləğv edilməsi, əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə saat 12:05-də "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən filialına ********* nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 101 manat məbləğində pul İddiaçı1 qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə eilməklə) şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar